Məhkəmə qərarları › İş №2(008)-2402/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2402/2025

22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2402/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X8 xx.xx.1933-cü ildə Bakı şəhəri, Maştağa qəsəbəsində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – “Hüseynov Atababa XXX oğlu”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X1”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, ərizəçinin atası X20 xx.xx.1933-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşdur. Atası xx.xx.1986-cı il tarixdə 53 yaşında vəfat etmişdir. Bu barədə xx.xx.1986-cı il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Ərizəçinin atası X18, anası X10 ilə xx.xx.1964-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların nikahı Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Anası X10 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Atası ilə anasının birgə nikahından 3 övladı - Cəfərova (Hüseynova) Əminə Əliağa qızı xx.xx.1965-ci il tarixdə, Rəhmanova (Hüseynova) Sədaqət Əliağa qızı xx.xx.1967-ci il tarixdə və Mustafayeva (Hüseynova) X48 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Bakı şəhəri Sabunçu RİHBnın Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən mərhum X20 vəfat etdiyi xx.xx.1986-cı il tarixinədək Maştağa qəsəbəsi, B.Bağırov (Məktəb) küçəsi, ev 111 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında X8 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Ərizəçinin atası X11 aid hər hansı bir sənəd qalmamışdır. Atasının doğum haqqında şəhadətnaməsinin olmamasına görə vərəsəliklə əlaqədar sənədləşdirmə işlərinin aparılması mümkün deyidir. Ərizəçi Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək, atası X7 doğum tarixinin xx.xx.1933-cü il tarixi olmasını nəzərə almaqla doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Valideynlər haqqında məlumatlar qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra atasının doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında müvafiq arayış ilə təmin olunacaqdır. Göründüyü kimi, mərhum X8 doğum haqqında şəhadətnaməsini başqa cür əldə etmək mümkün deyil, bunun üçün doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi tələb edilir. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. X8 anası X1 olmuşdur və xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Atası X7 atası Hüseynov Atababa XXXX oğlu olmuşdur. Ərizəçinin nənəsinin adına fərdi yaşayış evi mövcuddur. Vərəsəlik qaydasında həmin evin sənədləşdirilməsi ilə bağlı ərizəçinin atasının doğum haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir. Göstərilənlərə əsasən, nümayəndə ərizəçinin atası X8 xx.xx.1933-cü ildə Bakı şəhəri, Maştağa qəsəbəsində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında Hüseynov Atababa XXX oğlu, atanın milliyyəti olaraq azərbaycanlı, ana qrafasında X1, milliyyəti azərbaycanlı qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Atası Əliağa 1933-cü ildə Maştağa qəsəbəsində anadan olmuş, milliyəti azərbaycanlı idi. Nənəsi Bikəxanım olmuş, milliyyəti azərbaycanlı idi. O, ancaq nənəsini görmüşdür, babasını görməmişdir. Lakin ona məlumdur ki, babasının adı Atababa olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Qohum olmadan əvvəl, yaxın qonşu olmuşlar. Qaynatası Əliağa ilə onun əmisi dost olmuşlar. Qaynatası Əliağa 1933-cü ildə Maştağa qəsəbəsində anadan olmuşdur. Ərizəçi babası Atababa, nənəsi Bikəxanım olmuş, milliyyətləri azərbaycanlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun gəlinidir, qohum olmadan əvvəl onun ailəsi ilə qonşu olmuşlar. Ərizəçinin atasının adı Əliağa olmuşdur. Onlar dörd qardaş olmuşlar. Əliağa Maştağa qəsəbəsində doğulmuşdur, atasının adı Atababa, anasının adı Bikəxanım olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Nənəsinin adına həyət evi var. Həmin həyət evində hazırda əmisi uşaqları qalır. Nənəsinin adı Bikəxanım, soyadı Quliyeva olmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri, Lenin rayonu VVAQ şöbəsi, Maştağa qəsəbə soveti tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş Vİ ЖГ 326435 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X23, anası X6r. - AZE 0******* serialı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Sabunçu rayonu X5 Qeydiyyatı şöbəsinin xx.xx.1996-cı il tarixli Vİİ ЖГ 283149 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhərində xx.xx.1973-cü il tarixdə doğulmuş X9 ilə Bakı şəhərində 05.0.1979-cu il tarixdə doğulmuş X14 arasında xx.xx.1996-cı il tarixdə 125 nömrəli akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. - Maştağa qəsəbə soveti tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X18, anası X6r. - AZE 16175151 serialı şəxsiyyət vəsiqəsindən görünür ki, X25 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - AZE 17882572 serialı şəxsiyyət vəsiqəsindən görünür ki, X15 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - xx.xx.1964-cü il tarixli АЗ 017272 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan SSR Bakı şəhərində 1933-cü il tarixdə doğulmuş X20 ilə Azərbaycan SSR Bakı şəhərində 1936-cı il tarixdə doğulmuş X16 arasında xx.xx.1964cü il tarixdə 711 nömrəli akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. - Bakı şəhəri, Lenin rayonu VVAQ şöbəsi, Maştağa qəsəbə soveti tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş İİİ ЖГ 334870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 257801 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ 617412 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X23, anası X6r. - Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-18-5/2-4626/2024 saylı məktubundan görünür ki, mərhum X18 vəfat etdiyi xx.xx.1986-cı il tarixinədək Maştağa qəsəbəsi, B.Bağırov (Məktəb) küçəsi, ev 111 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 3-48/DA/2-M-885-6-1024/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-48/DA/2-M-1178-6-1357/2024 saylı məktublarından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli **********54 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X2 adına arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Tərəflərindən təqdim edilmiş texniki pasportun idarənin arxivində mövcud olan nüsxəsində X3 adı aşkar edilməmişdir. Texniki pasportda adı olan X41 ilə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat ofisinin məktubu) təqdim edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur və sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,074375 ha qeyd edilsə də, faktiki sahə 0,0279 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Bakı şəhəri X21 xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 saylı məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi ərizəçinin müraciətinə cavab olaraq bildirmişdir ki, atası X7 xx.xx.1933-cü ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulması faktının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 52 Neli qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından atasının doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Həmçinin bildirilmişdir ki, valideynlər haqqında məlumatlar qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra atasının doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında müvafiq arayış ilə təmin olunacaqdır. - Məzardaşının fotoşəklində “X13 xx.xx.1940-xx.xx.2014” yazıları, “X30 Rza 1920xx.xx.1990”, “X12 xx.xx.1936-xx.xx.2013” yazıları və “X26 1933-xx.xx/1986” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası X20 xx.xx.1933-cü ildə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşdur. Ərizəçinin nənəsinin adına mövcud olan fərdi yaşayış evinin vərəsəlik qaydasında sənədləşdirilməsi ilə bağlı ərizəçinin atasının doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin həmin sənəd itirilmişdir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi atası X8 xx.xx.1933-cü ildə Bakı şəhəri, Maştağa qəsəbəsində doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında – “Hüseynov Atababa XXX oğlu”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X1”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası X8 xx.xx.1933-cü ildə Bakı şəhəri, Maştağa qəsəbəsində doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında – “Hüseynov Atababa XXX oğlu”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X1”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar