Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2404/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nüməyəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “X4 verilməsi əsasının dəyişdirilməsi, maddi və mənəvi zərərə görə təzminat ödənilməsi” tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 MMC-nə qarşı “X4 verilməsi əsasının dəyişdirilməsi, maddi və mənəvi zərərə görə təzminat ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin, cavabdeh tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikası Əmək Məcəllənin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair hərəkətləri əsassız hesab edərək, cavabdehin xx.xx.2015-ci il tarixli, 9N°-li əmrinin əsasının dəyişdirilməsi, Cavabdeh1 MMC-dən ona vurulmuş maddi və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində təzminat (kompensasiya) tutularaq ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixdə müddətsiz olaraq əmək müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən o, cavabdeh MMC-də sürücü peşəsi üzrə əmək vəzifələrini yerinə yetirirdi. Beləcə olaraq o, işə başlamış, lakin işə başladıqdan 3 gün sonra, yəni xx.xx.2015-ci il tarixdə əmək müqaviləsinə tərəflərin qarşlıqlı razılaşması əsasında xitam verilmişdir. Cavabdeh özünün xx.xx.2015-ci il tarixli, 9N°-li əmrini çıxartmış və ƏƏSMN-nin elektron informasiya sistemində yerləşdirmiş və bu zaman cavabdeh ona məxsus əmək kitabçasında heç bir qeyd aparmamış, beləcə olaraq onun əmək müqaviləsinə hansı norma ilə xitam verilməsindən xəbəri olmamışdır. Ötən dövr ərzində o, müxtəlif sahibkarlıq subyektləri (işəgötürənlər) ilə əmək müqaviləsi bağlayaraq işləmişdir. Lakin sonradan nədənsə, həmin işəgötürənlər onun ilə bağlanmış əmək müqaviləsini davam etdirilməsində maraqlı olmamış və tez bir zamanda müqaviləyə xitam vermişlər. Bunun hansı səbəbdən baş verməsini o, uzun müddət bilməmiş, yalnız bu yaxınlarda xoş bir təsadüf nəticəsində öyrənə bilmişdir ki, vaxtı ilə yəni 2015—ci il də hazırkı iş üzrə cavabdeh müəssisə tərəflər arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Qeyd edilən məsələ ilə bağlı onun Azərbaycan Respublikası ƏƏSM-nə çoxsaylı müraciətlər etmiş, oradan verilən cavablar aşağıdakılardan ibarət olmuşdur: “Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməkdikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur.” Daha sonra o, X4 verilməsi əsasının dəyişdirilməsi ilə bağlı, aidiyyatı dövlət qurumlarına müraciət etmiş, oradan isə ona sözügedən məsələnin həmin dövrdə əmri vermiş işəgötürənin səlahiyyətlərinə aid olduğunu izah etmiş, o, nəhayət olaraq "BADALOV COMPANY” MMC-nin hüquqi ünvanını müəyyən etmiş, orada isə MMC-nin fəaliyyətinin dayandırıldığını bildirmiş, bu səbəbdən də o, Mülki Məcəllənin tələblərinə əsasən cavabdehin məlum olduğu sonuncu hüquqi ünvanı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin əsassız və qanunsuz hərəkətləri nəticəsində o daimi və dayanaqlı işdən məhrum olduğuna görə ona maddi və mənəvi zərər dəymişdir. İş üzrə o, iddia tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmiş, buna dair xx.xx.2025-cti il tarixli arayış verilmişdir. Cavabdehin X4 verilməsinə dair hərəkətləri əsassız və qanunsuz hesab edilməli, X4 verilməsi əsasları məhkəmə qaydasında dəyişdirilməli, eləcə də ona vurulmuş maddi və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində təzminat (kompensasiya) cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Mirzəhüsyen oğlu iddia tələbini müdafiə edərək tərəflər arasında barışıq olmadığını, cavabdeh MMC-də cəmi 4 gün işlədiyini, 4 günün maaşı olan 80 manatı aldığını, işə başladığı günün 4-cü günü iş yerindən zəng gələrək onun işdən çıxarıldığını bildirdiklərini, onun işlədiyi günlərin əmək haqqısını başqa bir əməkdaş tərəfindən ona əlbəəl verildiyini bildirmişdir. Əmək kitaçasını işəgötürənə təqdim etməməsinin səbəbi işəgötürənin tələb etməməsi olmuşdur. Onun vəzifəsi işçilərə maşınla birlikdə yemək paylamaq olmuşdur, o işlədiyi üç gün ərzində işəgötürənə hər hansı maddi zərə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nüməyəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddiaçının əmək kitabçasını işəgötürənə təqdim etməməsi səbəbindən iddiaçı ilə cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanması və xitam verilməsinə dair məlumatlar əmək kitbçasına yazılmadığını bildirmiş, eyni zamanda iddiaçının sözügedəm MMC-də sürücü vəzifəsində digər çalışanlara yemək aparmaq olduğunu, lakin işlədiyi 3 gün ərzində cavabdehə maddi ziyan yetirmiş, beləki birinci gün avtomobili şlaqbauna vurmuş, ikinci gün avtomobil vaistəsi ilə işçilərə aparmalı olduğu yeməkləri vaxtında çatdıra bilməmişdir. Bundan sonra işçi ilə bağlanmış X4 verilmişdir. İşlədiyi 3 günün müddəti işçiyə işəgötürən tərəfindən ödənilmişdir. İşçinin işdən çıxaılmasına dair əmr və ona əlavə edilmiş sənədlər MMc-nin faktiki ünüvanın dəyişməsi zamanı, habelə əmrin verilmə tarixdən xeyli müddət keçməsi ilə əlaqədr hazırda arxiv sənədlərinin içindən tapılmadığını bildirmişdir. Cavabdeh1 MMC-nin nüməyəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" MMC-yə qarşı “X4 verilməsi əsasının dəyişdirilməsi, maddi və mənəvi zərərə görə təzminat (kompensasiya) tələbi” barədə olan 2(008)-2404/2025 saylı mülki iş sizin icraatdadır. İddiaçı iddia ərizəsində göstərir ki, onunla cavabadeh arasında xx.xx.2015-ci il tarixdə müddətsiz müqavilə bağlanlmış, xx.xx.2025-ci il tarixdə isə həmin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bu barədə məlumatı olmamış, işdən azad olunduqdan sonra təxminən 5-6 yerdə işləmiş, sonradan ona məlum olmuşdur ki, cavabdeh onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə tam qanuni və əsaslı olaraq xx.xx.2015-ci il tarixli 9 saylı əmrlə xitam verilmişdir. İddiaçı əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, sürücü kimi vəzifəsini kobud surətdə pozmuş, işəgötürənə maddi ziyan vurmuşdur. Ona görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla olan əmək müqaviləsinə düzgün olaraq xitam verilmişdir. İddiaçıdan işə qəbul olunduğu vaxt "xxxx" tələb olunmuş, lakin sonra təqdim edəcəyini vəd etsə də, MMC-yə təqdim etməmiş, bu səbəbdən də onun əmək kitabçasında müvafiq qeydiyyatlar aparılmamışdır. Bundan başqa belə hesab edir ki, iddiaçı işdən azad olunması barədə olan əmrdən məlumatlı olmuş və qanunla müəyyən olunmuş müddətdə 1 ( bir aylıq) əmri mübahisələndirməmişdir. Ona görə də iddia tələbi ilə əlaqədar iddia müddəti tətbiq edilməlidir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçı qanunla müəyyən olunmuş müddəti, yəni 1 təqvim ayı müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər”. İddiaçı "xxxx" MMC-yə qarşı “X4 verilməsi əsasının dəyişdirilməsi, maddi və mənəvi zərərə görə təzminat (kompensasiya) tələbi” barədə olan iddia tələbinə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını barədə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri İdarəsinin İddiaçı Mirhüseyn oğluna ünvanladığı 25 sentyabr 2024-cü il tarixli, 3-17-5/2-M-60003/2/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mirhüseyn oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xx.xx.2015-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verldiyini, "xxxx" MMC-dən tələb olunan sənədlər təqdim olunmadığından müraciət araşdırılmasını başa çatdırmaq mümkün olmadığı bildirilmişdir. xx.xx.2024-cü il tarixli X1 əldə olunmuş X4 verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin « ç » bəndinə əsasən xitam verilmişdir. Cavabdeh1 MMC tərəfindən təqdim edilən 09 nömrəli xx.xx.2015-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh1 MMC-nin sürücüsü İddiaçı Mirzəhüsey oğlu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin « ç » bəndinə əsasən xitam verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/1/2024-00576 nömrəli 18 yanvar 2025-ci il tarixli arayışında görünür ki, 50 manat məbləğində mediasiya xərci, 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 1-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmas əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə mülki işin hallarından habelə cavabdeh tərəfindən verilmiş izahatdan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanarq iddiaçı cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş, lakin işçi işə başladığı gündən 4 gün sonra xx.xx.2015-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən işəgötürən Cavabdeh1 MMC iddiaçı ilə bağlanmış X4 verilməsi əsası kimi işçinin işəgötürənə maddi ziyan vurması ilə izah etsədə bu hallı təsdiq edəcək möhtəbər və təkzib olunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Yegənə sübut kimi Cavabdeh1 MMC iddiaçı ilə aralarında bağlanmış X4 verilməsinə dair əmrin surətini məhkməyə təqdim etmiş olsada, sözügedən əmrdə cavabdeh təşkilata məxsus möhr olmamış, hebələ həmin əmr qanunvericiliklə nəzərdə tutulan qaydada əsaslandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair əsaslar mövcud olmadığından və sözügedən əmr qanunun tələblərinə uyğun tərtib edilmiş olmadığından ləğv edilməlidir. Məhkəmə iclaslarında həmçinin o halda müəyyən edildi ki, iddiaçı sözügedən əmrin verilməsinin ona məlum olduğu gündən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günədək qanunla nəzərdə tutulmuş bir aylıq müddəti ötürmuş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci və üçüncü hissəsinə əsasən u maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə iddiaçı xx.xx.2015-ci il tarixli əmrdən məlumatı olmadığını bildirsədə, mülki işin matriallarına iddiaçı tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri İdarəsinin İddiaçı Mirhüseyn oğluna ünvanladığı 25 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Mirhüseyn oğlunun ən geci sözügedən əmrdən xx.xx.2024-cü il tarixdə məlumatı olmuş, lakin o qanunla nəzərdə tutulmuş bir aylıq müddətdən istifadə etməyərək yalnız xx.xx.2025ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “X4 verilməsi əsasının dəyişdirilməsi, maddi və mənəvi zərərə görə təzminat ödənilməsi” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsi ilkin hissə ilə əlaqədarr olduğundan və tələb ilkin hissədə təmin edilmədiyindən bu hissədədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “X4 verilməsi əsasının dəyişdirilməsi, maddi və mənəvi zərərə görə təzminat ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2404/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2404/2025
29.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver