Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2408/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Fərəcova Nigar Zeyni qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (iddiaçı) Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (cavabdeh) Cavabdeh4 iştirakları ilə, İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh4 və X4 olmaqla “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələblərinə dair, eyni zamanda iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələblərinə dair iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh4 və X4 olmaqla “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən ona məxsus Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması və onun torpaq sahəsindən və qanunsuz tikilidən çıxarılması, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinə torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən onun adına çıxarışın verilməsi öhdəliyinin Azırbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli 3M-2306 reyestr nömrəli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3, İddiaçı və Cavabdeh4 müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2958/2025 saylı qərardadı ilə həmin mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-2408/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddiasına etiraz edərək, İddiaçı iddia tələbini müdafiə edərək belə əsaslandırdı ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən 5000 manata almışdır. Qeyd edilən torpaq sahəsini təsərrüfat yaratmaq məqsədi ilə almışdır. Həmin torpaq sahəsinə baxarkən torpaq sahəsini ona satan şəxs bildirmişdir ki, bu tikili qanunsuz özbaşına tikilidir və ona məxsusdur. Bundan sonra o, torpaq sahəsinə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumun xx.xx.2025-ci il tarixli məktubu ilə ona çıxarış verməkdən imtina olunaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğu üçün çıxarış verilə bilməz. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair torpağı ona satmış Cavabdeh3 adına verilmiş arayışdan görünür ki, arayışda qeyd edilən torpaq sahəsi torpağın icarə hüquqlarının alqısatqısı müqaviləsinə əsasən ona satılarkən torpaq barədə məhdudiyyətin (yüklülüyün) olduğu göstərilməmişdir. Buna görə də, torpaq haqqında məhkəmə mübahisəsinin olduğunu bilməmiş və belə mübahisənin olduğunu bilsə idi, alqı-satqı müqaviləsi bağlamazdı. Bu arayışın verilməsi ilə ona çıxarışın verilməsindən imtina edilməsi barədə verilən cavab məktubu arasında 28 gün müddət keçmişdir. Arayışın etibarlılıq müddəti isə 1 ay göstərilmişdir. Ərizə ilə 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2024-cü ildə müraciət etmişdir. İddiaçı səlahiyyətli dövlət orqanı olaraq 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən həmin arayışa inanaraq alqı-satqı müqaviləsi bağlamış və torpaq sahəsinin mübahisəli olduğunu bilə bilməzdi. Alqı-satqı müqaviləsi bağlandıqdan və ona çıxarış verilməsindən imtina olunduqdan sonra ona məlum olmuşdur ki, torpaq sahəsi əvvəllər ərarvadın birgə nikah dövründə əldə olunmuş əmlak olmuş, həmin torpaq sahəsi üçüncü şəxsə satılmış və həmin şəxs, yəni alqı-satqı müqaviləsini onunla bağlayan Cavabdeh3 isə həmin torpaq sahəsini torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən ona satmışdır. Bundan başqa, notariat ofisinə təqdim etmək üçün Abşeron Rayon İcra Hakimiyyətinin Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X2 verdiyi xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, qeyd edilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün bu torpaq sahəsini torpaqdan təyinatına uyğun istifadə edəcəyi təqdirdə İddiaçı satılmasına etiraz etmirlər. Göstərilənlərə əsasən, nümayəndə və vəkil iddianın təmin edilməsini, Cavabdeh1 “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddasının rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (iddiaçı) Cavabdeh1, İddiaçı iddia tələbini qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək belə əsaslandırdı ki, cavabdehlərdən Cavabdeh4 ilə xx.xx.2009-cu ildə faktiki olaraq el adəti ilə toy edib evlənmişlər. 2010-cu ilin dekabr ayında isə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2010-cu ildə Nərmin və xx.xx.2017-ci ildə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında olan ailə münasibətləri əvvəlcədən normal olmamış, mütəmadi olaraq küsüb-barışmışlar. Sonuncu dəfə 2023-cü ilin iyun ayında cavabdeh heç bir əsaslı səbəb olmadan onu azyaşlı uşaqları ilə birlikdə yaşadıqları evdən qovmuşdur. Cavabdehin bu cür hərəkətlərinə tez-tez məruz qalmışlar. Hazırda cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2014-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1500 kv.m torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirmişlər. Evin tikintisi başa çatdıqdan sonra 2017ci ilin oktyabr ayında həmin evə köçərək orada yaşamağa başlamışlar. Ev işıq, su və qaz təchizatı ilə təmin edilmişdir.Torpağa və evə dair əmlak vergilərini Cavabdeh4 adından ödəmişlər. Cavabdeh4 onların evdə yaşamaqlarına müxtəlif maneələr törətmişdir. Onun Cavabdeh4 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(062)-2027/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4987/2024 saylı qətnaməsi təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin külki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-87/2025 saylı qərarı ilə təmin edilməmişdir. Hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(062)- 2027/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh4 qanunsuz olaraq alqı-satqı etmiş və evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh3 adına Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlamış və Cavabdeh3 adına xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra Cavabdeh3 onun azyaşlı uşaqları ilə birlikdə evdə yaşadığını gördükdə torpağa dair İddiaçı ilə xx.xx.2024-cü il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlamışdır. Göründüyü kimi, aralarında məhkəmə mübahisəsi gedən ərəfədə cavabdehlər qanunsuz hərəkətlər etmiş və məhkəmə qətnamələri ilə onun istifadə hüququnun olduğu təsdiq edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yüklü olduğu halda, qanunsuz olaraq Cavabdeh3 adına çıxarış verilmişdir. Evə dair mülkiyyət hüququ barədə sənəd olmasa da, evin yerləşdiyi torpaq sahəsini birgə nikahda olduqları dövrdə almışlar və birgə nikahda olduqları dövrdə tikdirərək həmin evə köçmüşlər. İşin bu halları məhkəmə prosesi zamanı Cavabdeh4 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, evə dair mülkiyyət sənədlərinin olmaması onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə etməsini istisna etmir. Hesab edir ki, evin yerləşdiyi torpaq sahəsini və evin özünü birgə nikah dövrində əldə etdikləri üçün onun həmin evdən azyaşlı uşaqlarıyda birlikdə manəsiz istifadə etmək hüququ var. Həmçinin onun bu hüququ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(062)-2027/2023 saylı xx.xx.2023-cti il tarixli qətnaməsi ilə tanınmışdır. Cavabdehlər ona azyaşlı uşaqları ilə birlikdə evdən istədiyi kimi istifadə etməyinə maneçilik yaradır. Hazırda Cavabdeh3 onları evdən çıxarmaqla hədələyir. Cavabdehlərdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirdi ki, İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı evə gələrək ondan evdən çıxmasını tələb etmişdir. Həmin vaxt İddiaçı telefon nömrəsini götürmüş, sonra onunla telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı İddiaçı demişdir ki, Cavabdeh4 ona makler olduğunu, həmin evin Cavabdeh3 evi olduğunu, həmin şəxsin rayonda olduğunu, evi satıb pulu ona göndərməli olduğunu bildirmişdir. O da Cavabdeh4 24.000 manat evə görə, 200 manat isə “makler” pulu kimi vermişdir. Əmindir ki, Cavabdeh3 və İddiaçı evi ələ keçirməsi üçün Cavabdeh4 ilə əlbir olmuşlar, İddiaçı əvvəldən məsələdən xəbəri olmuşdur. Belə olmasa idi, İddiaçı ona qarşı iddia qaldırıb onun evdən çıxarılmasını tələb etmək əvəzinə, yüklü olan evi satdıqlarına görə, Cavabdeh3 və İddiaçı qarşı məhkəmədə iddia qaldırardı. Göstərilənlərə əsasən o, iddiasının təmin edilməsini, İddiaçı ona qarşı qaldırdığı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddia müstəqil tələb irəli sürməyən üçüncü şəxs (cavabdeh) Cavabdeh4 izahatında bildirdi ki, İddiaçı ilə onun heç bir əlaqəsi, şəxsi tanışlığı olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1500 kv.m torpaq sahəsini 2017-ci ildə X1 almışdır. O, torpaq sahəsini alarkən onun üzərində ev olmamışdır. Evi Cavabdeh1 ilə birgə nikahda olduqları dövrdə inşa etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X4 izahatında bildirmişdir ki, Cavabdeh4 2017-ci ildə ondan həmn torpaq sahəsini almış, sonra orada ev tikərək ailəvi yaşamışlar. Ötən il Cavabdeh4 evi satacağını bildirmiş və evi Cavabdeh3 satmışdır. Daha sonra Cavabdeh3 ona etibarnamə vermiş, o da Abşeronda 2 saylı notariat ofisinə getmiş, İddiaçıla alqı-satqı edərək evi ona satmışdır. Cavabdeh3 tanımır, Cavabdeh4 vasitəsilə ona etibarnamə verilmişdir. Əvvəllər vasitəçi kimi daşınmaz əmlak alqı-satqısı ilə məşğul olsa da, hazırda məşğul olmur. İddiaçı tanımır. Evi həmin şəxsə satanda onun evin mübahisəli olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin və Abşeron rayon 2 saylı notariat ofisinin nümayəndəsinə, Cavabdeh3 və X3 rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər və nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddiası rədd edilməli, İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh4 və X4 olmaqla “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında araşdırılmış: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Cavabdeh4 xx.xx.2024-cü il tarixdə verilmiş ********** nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1222 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2005-ci il tarixli 262 nömrəli icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-1393 reyestr nömrəli torpağın icarə hüquqların alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh4 xeyrinə icarə hüququnun alqı-satqısı ilə yüklü edilmişdir. - xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli **********16 reyestr nömrəli çıxarışa əsasən özünün icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarını alıcı Cavabdeh3 5000 manata satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********* olan arayışa əsasən müqavilə bağlananadək icarə hüququ satılan torpaq sahəsi ipoteka yüklü edilməmiş, həbs altında deyil və icarə hüquqlarının satılmasına qadağa qoyulmamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisi yerləşən 0.015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icra hüququ ilə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə 1222 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Cavabdeh3 xx.xx.2024-cü il tarixdə verilmiş ********** nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1222 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2005-ci il tarixli 262 nömrəli icarə müqaviləsi və xx.xx.2024-cü il tarixli, 3M-2306 reyestr nömrəli torpağın icarə hüquqların alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə icarə hüququnun alqı-satqısı ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, rayon icra hakimiyyəti vətəndaş Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** nömrəli çıxarışla Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən icarəsində olan 0.015 ha torpaq sahəsindəki icarə hüququnun kənd təsərrüfat təyinatlı torpaq sahələrinin kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli rolu olduğunu və ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq həmin torpaqdan təyinatı üzrə istifadə edəcəyi təqdirdə qanunamüvafiq olaraq alqı-satqı yolu ilə İddiaçı satılmasına etiraz etmir. Eyni zamanda, torpaq üzərində icarə hüququ satılan şəxsə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq torpaq sahəsinə görə Abşeron RİH ilə icarə müqaviləsi bağlaması və torpaqdan təyinatı üzrə istifadə edilməsi tövsiyə olunmuşdur. - xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 (əvəzinə X4) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarını alıcı İddiaçı 5000 manata satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək icarə hüququ satılan torpaq sahəsi ipoteka yüklü edilməmiş, həbs altında deyil və icarə hüquqlarının satılmasına qadağa qoyulmamışdır. - Cavabdeh3 tərəfindən X3 verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, etibarnamə üzrə Cavabdeh3 həmin etibarnamə ilə Azərbaycan Respublikasi DƏDRX-nin tərəfindən verilmiş reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, xx.xx.2024cü il tarixli çıxarışa əsasən, ona icarə hüququ ilə ayrılmış Abşeron Rayonu, Maştağa Subtropik sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi sənədləri Azərbaycan Republikasi DƏDRX-nə təqdim edib adına 1 saylı arayış alib həmin torpaq sahəsinin alqı-satqısına sərəmcam verməyi, satmağı, bağışlamağı, dəyişməyi ipoteka (girov) qoymağı, əmlakın satılması ilə əlaqədar adından razılıq ərizəsini imzalamağı və bu işlə əlaqədar banklardan ona çatası pulu almağı, buna dair müqavilə imzalamağı, Abşeron Rayon İcra Hakimiyyətindən arayış və digər sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından notarial qaydada ərizə və ya ərizə verməyi və onun adından bütün kommunal xidmətlərdə, “ASAN xidmət" mərkəzlərində iştirak etməyi, sənədləşmə işlərini aparmağı, notariat qaydada ərizə və ya ərizə verməyi, imza etməyi, müqavilələri bağlamağı, sayğacların dəyişdirilməsi ilə əlaqədar bütün tədbirləri həyata keçirməyi, sayğac qoymağı, sayğacları dəyişdirmayi, müqavilələr bağlamağı, müqavilələri yemləməyi, qaz, su və işıq kartlarını dəyişməyi, bloka düşmüş kartları açdırmağı, yeni kod almağı, dəyişdirməyi, adında olan borcları ödəməyi, başqa şəxsin adına sənədləşdirməyi (keçirməyi), imza etməyi, buna dair qəbzləri və sair sənədləri almağı, o cümlədən "Azəriqaz”, "SOCAR", “Azərsu”, “Azərişıq”, “ASAN Kommunal"da adından bütün kommunal işləri görməyi, bu iş ilə əlaqədar bütün hərəkətləri etməyi etibar edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh3 **********16 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr" Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların yüklənməsi (icarə hüququnun alqı-satqısı) haqqında xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair məhkəmə mübahisəsinin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1948/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh4 tərəfindən iddiaçı Cavabdeh1, azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1948/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4987/2024 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-87/2025 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İşin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən edildi ki, Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2005-ci il tarixli icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli torpağın icarə hüquqların alqı-satqısı müqaviləsinə əsasən, Cavabdeh4 xeyrinə icarə hüququnun alqı-satqısı ilə yüklü edilmişdir. Cavabdeh1 ilə birgə nikahda olduqları dövrdə kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsində qanunsuz tikili inşa etmişlər. Daha sonra aralarındakı münasibət pisləşmiş, nikahları məhkəmə tərəfindən pozulmuşdur. Cavabdeh1 hazırda övladları ilə birlikdə həmin evdə yaşamağa davam edir. Cavabdeh1 məlumatı olmadan xx.xx.2024-cü ildə Cavabdeh4 həmin torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh3 5000 manata satmışdır. Sonuncu isə, xx.xx.2024-cü il tarixdə nümayəndəsi X4 vasitəsilə həmin torpaq sahəsinin icarə hüquqlarını 5000 manata İddiaçı satmışdır. Abşeron Rayon İcra Hakimiyyəti torpaqdan təyinatı üzrə istifadə edəcəyi təqdirdə, torpaq sahəsinin icarə hüquqlarının İddiaçı satılmasına etiraz etməmişdir. İddiaçı çıxarış almaq üçün aidiyyəti quruma müraciət etmiş, lakin əmlak barədə məhkəmə mübahisəsi olması əsası ilə qurum tərəfindən ona çıxarış verməkdən imtina edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ona məxsus Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması və onun torpaq sahəsindən və qanunsuz tikilidən çıxarılması, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinə torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən onun adına çıxarışın verilməsi öhdəliyinin Azırbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın icarə hüquqlarının alqı-satqısına dair hər iki müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə Cavabdeh1 iddiasına münasibətdə qeyd edir ki, məhkəmə sorğusuna əsasən, Dövlət Notariat Arxivindən əldə edilmiş notariat işindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hüquqları yüklü edilməklə, həmin torpaq sahəsi xx.xx.2005-ci il tarixli 262 nömrəli icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-1393 reyestr nömrəli Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü ildə Cavabdeh4 adına dövlət qeydiyyatına alınmışdır. Yəni Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və keçmiş əri Cavabdeh4 mülkiyyətində olmamışdır, onlar torpağın icarə hüquqların alqı-satqısı müqaviləsinə əsasən, həmin torpaq sahəsinə sahiblik və ondan istifadə etmişlər. Hətta qanunazidd olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişlər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.8-ci bəndinə qeyd edilmişdir ki, ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6cı maddəsi tətbiq oluna bilməz. Həmin Qərarın 7.9-cu bəndində qeyd edilmişdir ki, bəzən məhkəmə təcrübəsində ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onlardan biri tərəfindən bağlanmış əqdlərdə vicdanlılığı istisna edən qayda əldə edən tərəfindən sonrakı əvəzli özgəninkiləşdirmə əqdlərinə də tətbiq edilir və əşyaya dair bağlanmış sonrakı bütün əqdlər etibarsız hesab edilərək, əşya ər-arvadın birgə mülkiyyətinə qaytarılır. Halbuki Mülki Məcəllənin 225.6-cı maddəsi ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan Plenum Qərarına əsasən, icarə hüququ reyestrdə qeydə alınan tələb hüququ olduğundan, icarə hüququnun alqı-satqısı barədə yaranan münasibətlərə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz. Yəni, Cavabdeh1 razılığının alınmaması əsası ilə torpağın icarə hüquqlarının alqı-satqısına dair hazırda mübahisələndirilən müqavilələr etibarsız sayıla bilməz. Məhkəmə hazırkı iş üzrə İddiaçı vicdanlı əldə edən kimi yanaşır. Belə ki, onun Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair icarə hüquqlarının Cavabdeh4 tərəfindən birgə nikah dövründə əldə edildiyini bilməsinə, sonuncunun icarə hüquqlarını keçmiş arvadının razılığı olmadan satmasına, həmin əmlakın keçmiş ər-arvad arasında mübahisəli əmlak olduğunu əvvəlcədən bilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh1 Cavabdeh3 və İddiaçı evi ələ keçirməsi üçün Cavabdeh4 ilə əlbir olduqlarını, İddiaçı bundan xəbəri olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq, o, özü məhkəməyə verdiyi izahatında İddiaçı yaşadığı evə gələrək həmin evi 20.000 manata aldığını, bu məqsədlə Cavabdeh4 200 manat “makler” pulu verdiyini dediyini bildirmişdir. Bu nüansın özü İddiaçı Cavabdeh4 Cavabdeh1 keçmiş əri olduğundan xəbərsiz olması, həmin şəxsi vasitəçi kimi tanıması, beləliklə də, onun vicdanlı olması nəticəsinə gəlmək üçün əsasdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Qeyd olunan səbəblərdən, məhkəmə Cavabdeh1 iddiasını qanunsuz və əsassız, İddiaçı iddiasını isə qismən əsaslı hesab edir. Belə ki, Həsənov X8 rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinin icarə hüquqlarının vicdanlı alıcısı olduğundan, onun həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək hüququ təmin edilməlidir. Cavabdeh1 isə, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikilidə yaşadığından, İddiaçı qeyd olunan torpaq sahəsindən sahiblik və istifadə hüququnu reallaşdıra bilmir. Bu səbəbdən də, iddia həmin hissədə təmin edilərək, Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin icarə hüquqlarının həyata keçirilməsinə münasibətdə sahiblik və istifadə hüquqlarına maneələr aradan qaldırılmalı və o, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, İddiaçı qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi olmadığından, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Məhkəmə, iddianın torpaq sahəsinə torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dəvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2408/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh1 iddiası rədd edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İddiaçı iddiasının qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilərək, ondan İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon 2 saylı Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh4 və X4 cəlb edilməklə “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına törədilən maneələr aradan qaldırılsın. Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsi və üzərində inşa edilmiş qanunsuz tikilidən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh1 aid edilərək, ondan iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2408/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2408/2025
11.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver