Məhkəmə qərarları › İş №2(008)-241/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-241/2022

21.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-241/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi (əri) Safarov Valehin iştirakları ilə, İddiaçı Cavid qızının Cavabdeh qarşı bağ sahəsinə avtomobillə keçidin təmin olunması üçün cavabdehin torpaq sahəsindən istifadə hüququnun təmin olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavid qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 837a saylı 0,05 ha bağ sahəsinə avtomobillə keçidin təmin olunması üçün cavabdehin mülkiyyətində olan torpaq torpaq sahəsindən eni 2,50 metr, uzunluğu 20 metrə qədər hissəsindən istifadə hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 837a saylı 0,05 ha bağ sahəsinin mülkiyyətçisidir. Həmin bağ sahəsi ona vərəsəlik qaydasında keçmişdir. İddiaçının bağ sahəsindən yola giriş-çıxışı yoxdur, dörd tərəfdən qonşularla əhatə edilmişdir. Həmin bağa avtomobil yolu yoxdur. İddiaçınınbağından avtomobil yoluna çıxış üçün ən yaxın və ən sərfəli yol cavabdehin həyətindən mümkün ola bilər. Bununla bağlı cavabdehə müraciət edərək həyətindən yola çıxış üçün zəruri olan yolun verilməsini xahişt etmiş, lakin cavabdeh imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (əri) Safarov Valeh iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 837a saylı 0,158455 ha bağ sahəsi İddiaçı Cavid qızının mülkiyyətindədir (xx.xx.2020-ci il qeydiyyat tarixi, **********4 qeydiyyat nömrəsi). Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 836 saylı 0,05 ha bağ sahəsi Cavabdeh mülkiyyətindədir (xx.xx.2013-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi). «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci l tarixli rəydən görünür ki, iddiaçının bağ sahəsi dörd tərəfdən qonşu sahələrlə əhatə olunur, avtomobil yoluna çıxışı mövcud deyil, qonşular tərəfindən zəbtetmə halları mövcud deyil. mövcud vəziyytdə iddiaçının bağ sahəsindən avtomobil yoluna çıxışın təmin edilməsi üçün bütün normativlər nəzərə alınmaq şərtilə hansı ölçüdə və hansı bağ sahəsindən yolun verilməsi məqsədəmüvafiq olub-olmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətləriə aid olmadığından həmin sual cavablandırılmamışdır. Məhkəmə tərəflərin iştirakı ilə bağ sahələriə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının bağ sahəsinə avtomobillə keçidin təmin olunması üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsindən eni 2,50 metr, uzunluğu 20 metrə qədər hissəsindən istifadə hüququnun təmin olunması üçün cavabdehə məxsus torpaq sahəsinin faktiki iki yerə bölünməsi tələb edilir. Hazırda iddiaçı bağ sahəsindən avtomobil yoluna çıxışı cavabdehin bağ sahəsi hesabına təmin olunmasını xahiş edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 255.1-ci madəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci madəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3-cü madəsinə əsasən servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4-cü madəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5-ci madəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6-cı madəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7-ci madəsinə əsasən servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8-ci madəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü maddəsinin: 1-ci bəndinə əsasən servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır . 2-ci bəndinə əsasən - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 54-cü maddəsinin 4-cü bəndinə əsasən torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: -torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Qeyd edildiyi kimi, cavabdehin torpaq sahəsindən keçidin verilməsi yolverilən deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar