Məhkəmə qərarları › İş №2(008)-2411/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2411/2024

24.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2411/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus və siyahıda qeyd edilmiş bütün əşyaların arvadı və oğlu ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evdən çıxarılmasına, həmçinin 6 saylı Mediasiya təşkilatına ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun və məhkəməyə 50,40 (əlli manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 101 (bir yüz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahibi olduğu ünvan 2 ünvanında yerləşən fərdi evdə arvadı X5, oğlu X13, onun keçmiş arvadı Cavabdeh, nəvələri X7 və X15 ilə birlikdə yaşamışlar. Sabunçu rayon Məhkəməsinin 2(008)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə oğlunun arasında bağlanmış nikaha xitam verilmiş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 analarının yanında saxlanılmaları, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün oğlumdan hər ay hər uşağa görə 160 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ilə oğlu arasında olan nikaha xitam veriləndən sonra cavabdeh ona, arvadına və oğluna qarşı iddia irəli sürərək Sabunçu rayon Məhkəməsinə, nikah dövründə onlarla birlikdə yaşadığı və onun halhazırda arvadı və oğlu ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən, mərkəzi yoldan 80-100 metr aralı, köhnə “Geoloq” lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evə uşaqlarla köçürülmələri tələbi ilə müraciət etmişdir. Lakin, Sabunçu rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan həmin iş üzrə iddiaçı tərəfindən Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına apellyasiya şikayəti verilmiş və həmin şikayət təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişdik. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3727/2021 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə tərəflərindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxılaraq 2(103)- 8600/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, cavabdehlə oğlu arasında bağlanmış nikaha məhkəmənin müvafiq qətnaməsi ilə xitam verilməsindən sonra cavabdehə dəfələrlə tərəfindən gətirilmiş iddia ərizəsinə qoşmada əlavə edilmiş siyahıda qeyd edilmiş cehiz və digər əşyaların hal-hazırda arvadı və oğlu il birlikdə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi evdən çıxarılmasını xahiş etmələrinə baxmayaraq, hələ də həmin əşyalar çıxarılmır. Həmin əşyalar qeyd etdiyi ünvandan çıxarılmadığına görə ailənin rahat yaşamağ, evin içində maneəsiz hərəkət etmək, həmçinin istədiyi əşyanın yenisi ilə əvəz etməyi mümkün olmur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X13 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, sözügedin evin Zenfira xanıma məxsus olduğunu, əşyalarının orada olduğunu, lakin həmin əşyalarını aparmağa yeri olmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh oğlu ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Lenin rayon Xalq soveti deputatların İcra Komitetinin 04 avqust 1989-cu il tarixli qərarının surətindən görünür ki, ünvan 2 X1 ev tikmək üçün verilmişdir. xx.xx.1989-cu il tarixli X6 tərəfindən verilmiş etibarnamədən görünür ki, X6 öz əmlaklarını 3 il müddətində idarə edilməsi, satılması və.s hərəkətlərinin edilməsi üçün İddiaçı etibarnamə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-2303/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçıağa oğlu, X2 və X9 qarşı Bakı Şəhəri Sabunçu rayonu, Bigəh qəsəbəsi Azərbaycan qadını küçəsi Bağlar massivində yerlışın evə köçürülməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8600/2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)- 2303/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8600/2021-ci il tarixli qətnaməsində müəyyən edilmiş hallarından görünür ki, Zənfira Bağırova məhkəmə izahatında özü bildirmişdir ki, sözügedən torpaq sahəsini üzərindəki olan kiçik yarımtikili ilə birlikdə İddiaçı satmışdır. Torpaq sahəsində yaşayış üçün yararlı olan evi isə İddiaçı inşa və istifadə etmişdir. Hmin razılaşma və torpaq sahəai ilə bağlı adları çəkilən şəxslər arasında mübahisə mövcud deyildir. Zemfira Bağırovanın torpaq sahəsinə və evə hansısa hüquq iddiası aşkar olunmamışdır. Beləliklə, müəyyən edilir ki, mübahisəli evə dair əmlak hüququ cavabdeh İddiaçı məxsus olmaqla, Zenfira Bağırovanın həmin evə münasibətdə hüquqi və əmlak marağı mövcud deyildir. xx.xx.2023-cü il tarxli qəbzdən görünür ki, X13 61 manat mediasiya xərci ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən siyahıdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi evdə cavabdehin yataq otağında-1 ədəd şifonyeri, 1 ədəd güzgülü bəzənmə masası, 1 ədəd 2 nəfərlik çarpayı, 2 ədəd çarpayı masası kiçik, 1 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd 1 nəfərlik uşaq üçün çarpaya, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 1 nəfərlik döşək, 2 ədəd yorğan, 2 ədəd alınma yorğan, 4 ədəd balış, 1 ədəd ədyal 2 nəfərlik, 1 ədəd divar xalçası, 1 ədəd ütü altlığı, 1ədəd ütü, 2 ədəd yay ədyalı, 1 ədəd yataq dəyişəyi (döşək ağı, balış üzü və s.), 1 ədəd can dəsmalı, 1 ədəd əl-üz dəsmalı, 2 ədəd təzə əl-üz dəsmalı, 3 ədəd pərdə, 2 ədəd paltar, 1 ədəd plaş, 8 ədəd mətbəx dəsmalı təzə, 1 ədəd gecə geyimi, kreslonun altında-4 ədəd göy rəngli şirniyyat boşqabı, 1 ədəd ağ rəngli şirniyyat boşqabı, 4 ədəd ağ rəngli şüşə qab, 3 ədəd göy rəngli salfet qabı, 1 ədəd qızılı salfet qabı, 1 ədəd ağ rəngli ədviyyət qabı, 31 ədəd göy balaca nəlbəki, 8 ədəd böyük göy nəlbəki, 4 ədəd göy limon qabı, Zalda-1 ədəd çay servizi göy rəngli 6 nəfərlik, 3 ədəd böyük göy rəngli meyvə qabı, 1 ədəd böyük göy rəngli gül qabı, 1 ədəd şüşəli meyvə qabı, 36 ədəd boşqab dörd bucaq, 12 ədəd qırmızı kasa, 2 ədəd sup qabı, 1 ədəd ağ dörd bucaq ləpə qabı, 120 ədəd boş qab yumru, 2 ədəd boş qab dəst böyük, 12 ədəd balaca boşqb, 23 salat qabı yumru, 6 ədəd göy kasa 6 ədəd bulud balaca, 1 ədəd tərəfəz doğrayan, 2 ədəd xrustal güldan, 6 ədəd bulud, 1 ədəd servant, 1 ədəd komod güzgülü, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd masa, 2 ədəd stul, 1 ədəd ventilyator, ədəd göy rəngli dolça və 6 ədəd bakalları, 2 ədəd göy rəngli meyvə qabı, 6 ədəd göy rəngli bokal və 1 ədəd göy kül qabı, 1 ədəd göy rəngli qənd qabı və 4 ədəd yaşıl rəngli qənd qabı, 1ədəd göy rəngli kompot qabı, 6 ədəd fincanlar, 3ədəd gül qabı, 1 ədəd göy rəngli gül qabı, 1 ədəd qırmızı rəngli gül qabı, 1 ədəd yaşıl rəngli gül qabı, 2 ədəd yaşıl rəngli meyvə qabı, 12 ədəd bokal, 6 ədəd qırmızı rəngli bokal, 6 ədəd açıq yaşıl bokal, 1 ədəd göz muncuğu, 1 ədəd palma ağacı, 1 ədəd elektik sac, 2 ədəd çilçıraq, divanın altındakı zalda-3 ədəd meyvə qabı, 6 ədəd duz qabı, Boş qab - 3 əd. + korobkada - 18 əd, 2 ədədAğ şüşə qab, 1 ədəd Korobkada dəst 5 ədəd Ağ şüşə qulplu stəkan, 1 ədəd Ağ kül qabı, 3 ədəd Göy rəngli qənd qabı, 8 ədəd Göy rəngli limon qabı, 1 ədəd Dəmir qoz bişirən, 30 ədəd Su bokalı, 24 ədəd Araq stəkanı, 3 ədəd balaca və 3 ədəd böyük ədviyyət qabı, Mətbəxdə-3 ədəd Çaşka, 3 ədəd Ağ şüşə mürəbbə qabı, 6 ədəd Xrustal ağ su bokalı, 6 ədəd qırmızı xrustal bakal, 2 ədəd Göy rəngli qənd qabı,7 ədəd Su stakanı, Armudu stəkan - 6 ədəd + nəlbəki - 6 ədəd, Çay stəkanı-4 ədəd+ nəlbəki - 12 ədəd, 4 ədəd Limon qabı, 9. 1 ədəd Elektrikli su + dəm çayniki, 10. 1 ədəd Dəm çayniki, 1 ədəd su çayniki üst-üstə, 1 ədəd Kofe üyüdən maşın, 3 ədəd Şüşə ayı şəkilli qab, 4 ədəd Saxsı qab, Dəmir podnos 3 ədəd, 1 ədəd Sok çəkən maşın, 2 ədəd Neft lampası, Kofe çaşkası - 6 ədəd + nəlbəki 6 ədəd, Çay dəsti çaşka 6 ədəd + nəbəki 6 ədəd, 1 ədəd Termos knopkalı, Duz qabı 10 ədəd + 2 əd, 3 ədəd Kül qabı, 3 ədəd Meyvə qabı, 5 ədəd Ləpə qabı, 1 ədəd Çaynik, 12 ədəd Vilka, 12 ədəd Bıçaq, 12 ədəd Xörək qaşığı, 2 ədəd Ağ şüşə meyvə qabı, 1 ədəd Ağ şüşə ləpa qabı, 12 ədəd Çay qaşığı, 1 ədəd Mətbəx mebeli, 1 ədəd Aspirator, 1 ədəd Paltaryuyan maşın “Beko”, 1 ədəd Soyuducu “Beko”, 1 ədəd Mətbəx masası, 4 ədəd Mətbəx stulu, 1 ədəd Mətbəx palaz, 1 ədəd Qırmızı termos, 12 ədəd Vilka, 12 ədəd Bıçaq, 12 ədəd Xörək qaşığı, 12 ədəd Çay qaşığı, 5 ədəd Göy rəngli qazan, 6 ədəd Ağ rəngli qazan, 5 ədəd Tava, 2 ədəd Ağ güllü qazan, 2 ədəd Qırmızı qazan, 2 ədəd Qənd qabı naxışlı, 4 ədəd Qırmızı çaşka və 6 ədəd nəlbəki, 1 ədəd Meyvə qabı göy, 6 ədəd Bokal, 11 ədəd Maskura, 12 ədəd göy rəngli Boş qab, 18 ədəd Boş qab ağ rəngli, 18 ədəd Souz boş qabı, 5 ədəd Saxsı qab, 1 ədəd Ağ şüşə qənd qabı, 1 ədəd Qab qurudan, 1 ədəd Dəhlizdə palaz, 1 ədəd Qırmızı vanna plastmas adlı əşyaları mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, işin mübahisə olunmayan halı ondan ibrətdir ki, iddiaçının cavabdehdən əşyalarının çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8600/2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi nəqədərdə özbaşına tikili olsada, iddiaçının həmin tikiliyə əşya hüququ mövcuddur. Yəni sözügedən tikili iddiaçı tərəfindən inşa edilmişdir. Bundan başqa işin mübahisə edilməyən hallarından biridə həmçinin odur ki, cavabdehə məxsus əşyalar əşya hüquqi ilə iddiaçıya məxsus evdədir. Cavabdehə məxsus əşyaların isə iddiaçıya əyşa hüququi ilə məxsus olduğu evdə yerləşdirilməsi iddiaçının əşya hüquqi ilə ona məxsus olan evindən istifadəsinə maneə yaratdığından iddia tələbi təmin edilməlidir. Yuxarda qeyd edilənləri nəzəra alaraq məhkəmə hesab edirki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus əşyalar ünvan 2ndən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya rüsumu və 50 (əlli) manat məhkəməyə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinin Yataq otağında olan 1 ədəd şifonyeri, 1 ədəd güzgülü bəzənmə masası, 1 ədəd 2 nəfərlik çarpayı, 2 ədəd çarpayı masası kiçik, 1 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd 1 nəfərlik uşaq üçün çarpaya, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 1 nəfərlik döşək, 2 ədəd yorğan, 2 ədəd alınma yorğan, 4 ədəd balış, 1 ədəd ədyal 2 nəfərlik, 1 ədəd divar xalçası, 1 ədəd ütü altlığı, 1ədəd ütü, 2 ədəd yay ədyalı, 1 ədəd yataq dəyişəyi (döşək ağı, balış üzü və s.), 1 ədəd can dəsmalı, 1 ədəd əl-üz dəsmalı, 2 ədəd təzə əl-üz dəsmalı, 3 ədəd pərdə, 2 ədəd paltar, 1 ədəd plaş, 8 ədəd mətbəx dəsmalı təzə, 1 ədəd gecə geyimi, Kreslonun altında olan-4 ədəd göy rəngli şirniyyat boşqabı, 1 ədəd ağ rəngli şirniyyat boşqabı, 4 ədəd ağ rəngli şüşə qab, 3 ədəd göy rəngli salfet qabı, 1 ədəd qızılı salfet qabı, 1 ədəd ağ rəngli ədviyyət qabı, 31 ədəd göy balaca nəlbəki, 8 ədəd böyük göy nəlbəki, 4 ədəd göy limon qabı, Zalda olan-1 ədəd çay servizi göy rəngli 6 nəfərlik, 3 ədəd böyük göy rəngli meyvə qabı, 1 ədəd böyük göy rəngli gül qabı, 1 ədəd şüşəli meyvə qabı, 36 ədəd boşqab dörd bucaq, 12 ədəd qırmızı kasa, 2 ədəd sup qabı, 1 ədəd ağ dörd bucaq ləpə qabı, 120 ədəd boş qab yumru, 2 ədəd boş qab dəst böyük, 12 ədəd balaca boşqb, 23 salat qabı yumru, 6 ədəd göy kasa 6 ədəd bulud balaca, 1 ədəd tərəfəz doğrayan, 2 ədəd xrustal güldan, 6 ədəd bulud, 1 ədəd servant, 1 ədəd komod güzgülü, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd masa, 2 ədəd stul, 1 ədəd ventilyator, ədəd göy rəngli dolça və 6 ədəd bakalları, 2 ədəd göy rəngli meyvə qabı, 6 ədəd göy rəngli bokal və 1 ədəd göy kül qabı, 1 ədəd göy rəngli qənd qabı və 4 ədəd yaşıl rəngli qənd qabı, 1ədəd göy rəngli kompot qabı, 6 ədəd fincanlar, 3ədəd gül qabı, 1 ədəd göy rəngli gül qabı, 1 ədəd qırmızı rəngli gül qabı, 1 ədəd yaşıl rəngli gül qabı, 2 ədəd yaşıl rəngli meyvə qabı, 12 ədəd bokal, 6 ədəd qırmızı rəngli bokal, 6 ədəd açıq yaşıl bokal, 1 ədəd göz muncuğu, 1 ədəd palma ağacı, 1 ədəd elektik sac, 2 ədəd çilçıraq, divanın altındakı zalda-3 ədəd meyvə qabı, 6 ədəd duz qabı, Boş qab - 3 əd. + korobkada - 18 əd, 2 ədədAğ şüşə qab, 1 ədəd Korobkada dəst 5 ədəd Ağ şüşə qulplu stəkan, 1 ədəd Ağ kül qabı, 3 ədəd Göy rəngli qənd qabı, 8 ədəd Göy rəngli limon qabı, 1 ədəd Dəmir qoz bişirən, 30 ədəd Su bokalı, 24 ədəd Araq stəkanı, 3 ədəd balaca və 3 ədəd böyük ədviyyət qabı, Mətbəxdə olan-3 ədəd Çaşka, 3 ədəd Ağ şüşə mürəbbə qabı, 6 ədəd Xrustal ağ su bokalı, 6 ədəd qırmızı xrustal bakal, 2 ədəd Göy rəngli qənd qabı,7 ədəd Su stakanı, Armudu stəkan - 6 ədəd + nəlbəki - 6 ədəd, Çay stəkanı-4 ədəd+ nəlbəki - 12 ədəd, 4 ədəd Limon qabı, 1 ədəd Elektrikli su çaydan, 1 ədəd dəm çayniki, 1 ədəd Dəm çayniki, 1 ədəd su çayniki üst-üstə, 1 ədəd Kofe üyüdən maşın, 3 ədəd Şüşə ayı şəkilli qab, 4 ədəd Saxsı qab, Dəmir podnos 3 ədəd, 1 ədəd Sok çəkən maşın, 2 ədəd Neft lampası, Kofe çaşkası - 6 ədəd + nəlbəki 6 ədəd, Çay dəsti çaşka 6 ədəd + nəbəki 6 ədəd, 1 ədəd Termos knopkalı, Duz qabı 10 ədəd + 2 əd, 3 ədəd Kül qabı, 3 ədəd Meyvə qabı, 5 ədəd Ləpə qabı, 1 ədəd Çaynik, 12 ədəd Vilka, 12 ədəd Bıçaq, 12 ədəd Xörək qaşığı, 2 ədəd Ağ şüşə meyvə qabı, 1 ədəd Ağ şüşə ləpa qabı, 12 ədəd Çay qaşığı, 1 ədəd Mətbəx mebeli, 1 ədəd Aspirator, 1 ədəd Paltaryuyan maşın “Beko”, 1 ədəd Soyuducu “Beko”, 1 ədəd Mətbəx masası, 4 ədəd Mətbəx stulu, 1 ədəd Mətbəx palaz, 1 ədəd Qırmızı termos, 12 ədəd Vilka, 12 ədəd Bıçaq, 12 ədəd Xörək qaşığı, 12 ədəd Çay qaşığı, 5 ədəd Göy rəngli qazan, 6 ədəd Ağ rəngli qazan, 5 ədəd Tava, 2 ədəd Ağ güllü qazan, 2 ədəd Qırmızı qazan, 2 ədəd Qənd qabı naxışlı, 4 ədəd Qırmızı çaşka və 6 ədəd nəlbəki, 1 ədəd Meyvə qabı göy, 6 ədəd Bokal, 11 ədəd Maskura, 12 ədəd göy rəngli Boş qab, 18 ədəd Boş qab ağ rəngli, 18 ədəd Souz boş qabı, 5 ədəd Saxsı qab, 1 ədəd Ağ şüşə qənd qabı, 1 ədəd Qab qurudan, 1 ədəd Dəhlizdə palaz, 1 ədəd Qırmızı vanna çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 61 (altmış bir) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar