Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2413/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2017-ci ildə ölmüş X4 onun əmisi (yəni atası X5 qardaşı) olması faktının müəyyən edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin evi əmisioğlu X14 bağışlamaq istəyir. Bunun üçün o, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş, oradan onun özünə məxsus evi öz əmisi oğluna bağışlamağı barədə müqaviləni təsdiq etməkdən imtina etmişlər. Belə ki, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəyli 16 dekabr 2022-ci il tarixli 2657 saylı məktubla onun bağışlama müqaviləsini təsdiq etməyindən rəsmi imtina edərək, X12 onun əmisi oğlu olmasını müəyyənləşdirməyi mümkün olmamasım bildirmişdir. X1 29 sentyabr 1958-ci ildə Bakı şəhərində anadan olması, atasının Mikayıl İsrafil oğlu, anasının X31 olması barədə doğum akt qeydi mövcuddur. Lakin onun atası X15 1934-cü ildə Bakı şəhərində anadan olsa da, onun doğumunun qeydə alınmamış, həmin dövr üçün doğum haqqında qeydiyyat kitablarında atasının təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir. Lakin atasının atasının adının Mikayıl olması, onun doğum haqqında şəhadətnaməsi ilə və atasının ölüm haqqında şəhadətnaməsi ilə öz təsdiqini tapır. Məhz onun özünə məxsus əmlakı əmisi oğluna bağışlamağı üçün Notariat Ofisinə müraciət etdiyində ondan qohumluğu təsdiq edən sənəd tələb edilmiş, belə bir sənəd olmadığından, yəni X12 onun əmisi oğlu (yəni atam X7 qardaşı X6 oğlu) olması barədə onda hər hansı bir sənəd olmadığından o X8 onun əmisi olması faktının məhkəmə qaydasında müəyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, atası X7 doğumu haqqında qeyd olmadığına görə bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay qlmaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmyaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinin Ərizəçi ünavanladığ xx.xx.2022-ci il tarixli məəktubun surətindən görünür ki, onun xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin X16 bağışlanmasına dair müraciətinə baxılaraq bildirilmişdir ki, X19nun onun əmisi oğlu olması müəyyənləşdirilə bilmədiyindən yəni atasının doğum haqqında şəhadətnaməsi mövcud olmadığından bağışlanma müqaviləsinin təsdiqi mümükün olmamışdır. Жг 260000 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X10r. Жг 305564saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1969-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2r. AZ 865024 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017ci il tarixdə vəfat etmişdir. AZ 234309 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1975ci il tarixdə vəfat etmişdir. 1076-05/70 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Zabut Mikayıl oğlu xx.xx.1958-ci ildə bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondundan mühafizə edilən sənədlərində 1934-cü ilə dair Bakı şəhəri Suraxanı rayonu Bül-bülə qəsəbəsi üzrə doğum haqqında qeydlər kitabında X9 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırlımasına dair dövlət reyestrindən verilən arayışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.2-ci maddəsinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olur ki, ərizəçinin hazırki tələb ilə məhkəməyə müraciət etməsinin səbəbini onun öz mülkiyyətində olan ev barəsində bağışlanma müqaviləsi bağlanmasından imtina edilməsindan dolayı olmuşdur. Belə ki, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəyli ərizəçiyə bağışlam müqaviləsindən imtina cavabı verərək onun xeyrinə bağışlama etdiyi şəxsin onun əmisi oğlu olmasına dair zərurui sənədlərin olmaması ilə izah etmişdir. Beləliklə, məlum olur ki, ərizəçinin qohumluq faktının təsdiq edilməsinə dair tələbi ərizəçi üçün hər hansı hüquqi nəticələrə səbəb olmadığından, məhkəmə hesab edir ki, hazırki mülki işin icraataına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizənin icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2413/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2413/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver