Məhkəmə qərarları › İş №2(008)-2421/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2421/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2421/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və X3 qarşı kreditin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və X3 qarşı kreditin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh5 Əlibaba Hüseynqulu oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 033R********** saylı kredit razılaşması və ona edilmiş əlavə edilmiş saişlər üzrə 10035.74 manat məbləğində kredit borcu, 3666.5 manat məbləğində faiz borcu və 6988.64 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20690 (iyirmi min altı yüz doxsan) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6 mülkiyyətində olan Bakı şəhən. qəsəbəsi, Nizami küçəsində, keçid 8-də istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 m2 ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracdan satılması və ümumilikdə cəmi 20690 (iyirmi min altı yüz doxsan) manat 88 qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi müştərək qaydada tutulması, Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Maştağa qəsəbəsi Nizami küçəsində, keçid 8də istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 09.06.2016-cı il tarixli 033L**********03 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 16.06.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 (on altı min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.05.2017-ci il tarixli 033R**********SA saylı, 27.06.2018-ci il tarixli 033R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.11.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 5964.26 manat ödəmiş, onun 10035.74 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.10.2020-ci il tarixə 688 gün üçün hesablanmış faiz borcu 3666.5 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 05.10.2020-ci il tarixə 688 gün üçün hesablanmış cərimə 6988.64 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytanlması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh6, borclu Cavabdeh4 və Bank arasında bağlanılmış 09.06.2016-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı saylı notariat kontorunun xüsusi notariusu X9 o. tərəfindən təsdiq edilib) əsasında Cavabdeh6a məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsində, keçid 8-də istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 m2 ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 320 nömrəli reyestr kitabının 29903 N°-li vərəqində qeydiyyata alınmış RXN°0870322 saylı çıxarışla Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsində, keçid 8-də istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 m2 ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi Cavabdeh4 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş əmlakda qeydiyyatda olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsində, keçid 8-də istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 m2 ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 18.09.2020- ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 28.09.2020-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və X6 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və X2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 09 iyun 2016-ci il tarixli 033R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq kredit razılaşması əsasında cavabdeh şəxs bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16 000 (on altı min) manat məbləğində kredit götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 16 iyun 2016-cı il tarixli 033R********** nömrəli kredit razılaşmasının əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh4 24 (iyirmi dörd) ay müddətinə hər ay banka 882 (səkkiz yüz səksən iki) manat (sonuncu ay 881.36 (səkkiz yüz səksən bir manat, otuz altı qəpik) manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; -16.06.2016-cı il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 16000 manat kredit məbləğini Cavabdeh4 almışdır. - AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 05 may 2017-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin müddəti kredit qalıqlarını və faizləri ödəniş planına uyğun olaraq ödəməlidir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 05 may 2017-ci il tarixli sazişdən görünür ki, Cavabdeh4 14 (on dörd) ay müddətinə hər ay banka 500 manat (sonuncu ay 12023.74 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; - AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 27 iyun 2018-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin müddəti kredit qalıqlarını və faizləri ödəniş planına uyğun olaraq ödəməlidir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 27 iyun 2018-ci il tarixli sazişdən görünür ki, Cavabdeh4 24 (iyirmi dörd) ay müddətinə hər ay banka 640 manat (sonuncu ay 1060.40 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; -İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh6 arasında bağlanmış 16 iyun 2016-cı il tarixli 033S**********2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh6 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh5 arasında bağlanmış 16 iyun 2016-cı il tarixli 033S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh6 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,03226 ha torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında olan 0,03226 ha sahədə yerləşən fərdi yaşayış evi Cavabdeh6 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh6 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan 0,03226 ha sahədə yerləşən fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının xeyrinə ipoteka yüklü edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının 16 iyun 2016-cı il tarixli qəbzindən görünür ki, 16 000 (on altı min) manat məbləğində kredit vəsaiti Cavabdeh4 verilmişdir; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 29 yanvar 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 09 iyun 2016-cı il tarixdə Cavabdeh4 götürdüyü kredit borcuna görə 10035.74 manat məbləğində kredit borcu, 3666.5 manat məbləğində faiz borcu və 6988.64 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20690 (iyirmi min altı yüz doxsan) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcu yaranmışdır; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh6 ünvanladığı 17 sentyabr 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 23 sentyabr 2020-ci il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, keçid 8, 4 nömrəli evə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh6 17 sentyabr 2020ci il tarixdə bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin məzmunundan görünür ki, Cavabdeh6 məxsus və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, keçid 8, 4 nömrəli evə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda qeydə alınmış, 20 (iyirmi) manat xidmət haqqı ödənilmişdir; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının tərəflərə ünvanladığı 25 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Bu halda onlar, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişlər; “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 iyun 2021-ci il tarixli YDN-041 nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 357.7 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 56.000 (əlli altı min) manat, likvid dəyəri 45000 (qırx beş min) manat məbləğində müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir; 29 yanvar 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələblərinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 16 iyun 2016-cı il tarixli 033R********** nömrəli kredit razılaşması əsasında 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16 000 (on altı min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01 aprel 2019-cu i tarixdən banka qaytarmamışdır. Cavabdeh4 16 iyun 2016-cı il tarixli 033R********** nömrəli kredit razılaşması üzrə banka 10035.74 manat məbləğində kredit borcu, 3666.5 manat məbləğində faiz borcu və 6988.64 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20690 (iyirmi min altı yüz doxsan) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcu yarnamışdır. İddiaçı tərəfindən Cavabdeh4 25 dekabr 2020-ci il tarixdə xəbərdarlıq göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə qaydasında qeyd edilən kredit borcunun tam ödənilməsinin tələb ediləcəyi borclunun nəzərinə çatdırılmışdır. Göründüyü kimi, Cavabdeh4 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh4 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh5, Cavabdeh6 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış 16 iyun 2016-cı il tarixli 033R********** nömrəli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla 10035.74 manat məbləğində kredit borcu, 3666.5 manat məbləğində faiz borcun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 tərəfindən müştərək qaydad iddiaçıya ödəməlidirlər. Məhkəmə iddianın əsas borca hesablanmış 16 iyun 2016-cı il tarixli 033R********** nömrəli kredit razılaşması üzrə 6988.64 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, 16 iyun 2016-cı il tarixli 033R********** nömrəli kredit razılaşması üzrə 6988.64 manat məbləğində cərimə (dəbbə pulu) 600 (altı yüz) manat müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı Cavabdeh4 və ipoteka qoyan Cavabdeh6 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 056M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən torpaq sahəsinin dəyəri 45000 (qırx beş min) manata qiymətləndirilmişdir. Habelə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 056M**********02 nömrəli ipoteka müqaviləsindən görünür ki, 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 03226 ha torpaq sahəsində olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh4 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh6 müıkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 03226 ha fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı “X11 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 iyun 2021-ci il tarixli YDN-041 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 03226 ha torpaq sahəsi yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx beş) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan əlavə Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahəsən ibarət 4 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada 10035.74 (on min otuz beş manat, yetmiş dört qəpik) manat məbləğində əsas, 2800.08 (iki min səkkiz yüz manat, səkkiz qəpik) faiz, 600 (altı yüz) manat cərimə borcu olmaqla , cəmi 13.435.82 (on üç min dört yüz otuz beş manat, səksən iki qəpik) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı iddiaçı AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 tutulmalı olan məbləğ-13.435.82 (on üç min dört yüz otuz beş manat, səksən iki qəpik) manat borc öhdəliyinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh6 məxsus Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin yaşayış evi açıq hərrac yolu ilə realizə edilsin. Həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh6 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Maştağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahəsən ibarət 4 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən olunsun. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalana məbləğ cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçı AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahəsən ibarət 4 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar