Məhkəmə qərarları › İş №2(008)-2422/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2422/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2422/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Sabunçu rayon ETSİ tərəfindən tərtib edilmiş 29.08.2020-ci il tarixlli 194153 №-li aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 439,84 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının razılığı əsasında əsl olmayan iddiaçını əsl olan İddiaçı ilə əvəz etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ramana-2 sahəsi, ev 3061 ünvanına qanunsuz olaraq 29.08.2020-ci il tarixlli, 194153 №-li akt tərtib edilmiş və həmi akt əsasında 439,84 manat borc hesablanmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq həmin borc silinməmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərk, onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı abonent kimi "xxxx" ASC-də Sabunçu rayonu, , Ramana-2 sahəsi, ev 3061 ünvanı üzrə qeydiyyatdadır. Abonent barəsində 29.08.2020-ci il tarixlli 194153 №-li akt tərtib edilmiş və həmin akta əsasən 439,84 manat məbləğində itirilmiş sərfiyyat hesablanmışdır. Adıçəkilən Akta əsasən yoxlama zamanı sayğacın yükü hiss etməməsi müəyyən edilmiş, mənzilə axan yük ampermaşa vasitəsi ilə müəyyən edilmiş və 28.09.2020-ci il tarixdə itirilmiş sərfiyyat hesablanmışdır. Abunə haqqında sənəddən görünür ki, həqiqətən 2020-ci ilin iyul-avqust aylarında sayğac sərf edilən enerjini qeyd etməmişdir. Hazırda iddiaçı Azərişıq» ASC-nin Sabunçu rayon ETSİ tərəfindən tərtib edilmiş 29.08.2020-ci il tarixlli 194153 №-li aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 439,84 manat pulun silinməsini istəyir. Sayğac evdən kənarda yerləşir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqmda” Qanununun 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qanunun 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qeyd edildiyi kimi, 2020-ci ilin iyul-avqust aylarında sayğac sərf edilən enerjini qeyd etməmişdir. Bu hal aktda əks olunanlarını düzgünlüyünü təsdiq edir. Odur ki, məhkəmə hesab edjir ki, iddia aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. Lakin, sayğac evdən kənarda yerləşdiyindən və bu əsasdan məsuliyyəti iddiaçı daşımadığından, məhkəmə hesab edir ki, akt üzrə hesablanmış itirilmiş sərfiyyatın ödənilməsi bütövlükdə iddiaçının üzərinə qoyula bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, iki ay üzrə iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, 2021-c ilin üç ayı analoji ayları üzrə məbləğlərin orta hesabı çıxarılmalı və iddiaçı həmin məbləği ödəməlidir. Belə ki, Abunə haqqında sənəddən görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin iyun, iyul, avqust ayları üzrə müvafiq olaraq 6,37 manat, 32,27 manat, 45,99 manat vəsait ödənilmişdir. Bu mələğlərin orta hesabı 28,21 manat təşki edir ((6,37 + 32,27 +45,99) : 3 = 28,21). Odur ki, məhkəmə hesab edir ki, iddia akta əsasən hesablanmış 439,84 manat pulun silinməsi hissəsində qismən, 383,42 manatın silinməsi hissəsində təmin, 56,42 manatın silinməsi hissəsində (28,21 manat x 2 ay) rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən iddiaçı İddiaçı 29.08.2020-ci il tarixlli 194153 №-li akt əsasında hesablanmış 383,42 manatın silinsin. İddia "xxxx" ASC-nin Sabunçu rayon ETSİ tərəfindən tərtib edilmiş 29.08.2020-ci il tarixlli 194153 №-li aktın ləğv edilməsi və 56,42 manatın silinməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar