Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2448/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına verilmiş **********00000 nömrəli abonent koduna əsassız hesablanmış 1076,70 manatın və ünvan 2 ünvanına verilmiş **********00000 nömrəli abonent koduna əsassız hesablanmış 1346,40 manatın silinməsinə, qeyri-qanuni borca görə tutulmuş 146,15 manat məbləğin ona qaytarılmasına və ya ünvan 1 ünvanına verilmiş **********00000 nömrəli abonent kodunun debitor borcundan çıxılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 3 ünvanda XX əsrin axırlarında quraşdırılmış mexaniki qaz sayğacı çıxarılmış və onun iştirakı ilə küçədə G-4 İTRON smart tipli, 1202AQ**********3 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, həmin ünvana **********00000 nömrəli abonent kodu verilmişdir. "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş, onun ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Hər dəfə smart-kartı istifadə etdikdə, kart bloklanırmış və sayğacdan istifadə etmək olmurmuş. Əraziyə nəzarət edən Cavabdeh İB-nin Sevil adlı əməkdaşı hər dəfə kartı aktiv edəndə 5 manat zəhmət haqqı alırmış. Bundan əlavə, Cavabdeh İB-nin Sevil adlı əməkdaşı itron-smar tipli, sayğacın az sərfiyyat göstərdiyindən şübhələndiyini və sayğacın dövlət yoxlanılması üçün Metrologiya Departamentinin laboratoriyasına göndərəcəyini dəfələrlə bildirmiş və yalnız onun iştirakı ilə qaz sayğacına vurulmuş plombun qırılmasına, sayğacın çıxarılmasına və dövlət yoxlanılmasına göndərilməsinə etiraz etmədiyimi bildirmişdir. xx.xx.2013-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 9, mənzil 12 ünvanında, Quliyeva Zinyətə məxsus mənzilə G-4 İTRON-SMART tipli, 1202AQ**********6 nömrəli qaz sayğacı quraşdırılmış, plomb vurulmuş, həmin ünvana **********00000 nömrəli abonent kodu verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazm alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2014-cü il tarixdə onun və ailə üzvlərinin evdə olmamasından istifadə edən naməlum şəxslər (ehtimal olunan Cavabdeh İB-nin Sevil adlı əməkdaşı) Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, Bağ evi 694 “A" ünvanında, küçədə quraşdırılmış G-4 itron-smar tipli sayğacı aparmışlar. xx.xx.2015-ci il tarixdə sayğacın naməlum şəxslər tərəfindən aparılması barədə Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin 1 illik araşdırmasından sonra xx.xx.2015-ci il tarixli, 076-1312-11/15 nömrəli arayışı əsasında xx.xx.2015-ci il tarixdə yeni sayğacın quraşdırılması üçün Cavabdeh İB-nin Bakıxanov qəsəbəsində yerləşən idarəsinə rəsmi müraciət etmişdir. Həmin ərəfələrdə Nardaran Hadisələri ilə əlaqədar Nardaran qəsəbəsində Cavabdeh İB tərəfindən yenidən qurma işləri aparıldığından onun ünvanına sayğacın quraşdırılması mümkün olmamışdır. Bir neçə dəfə müraciət etsə də sayğac çatışmamazlığından ünvan 4 ünvanına sayğac quraşdırılmadı. xx.xx.2019-cu il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 9, mənzil 12 ünvanında ona məxsus mənzilə SMART G-4 İTRON GALLUS PAY tipli, **********4 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş və onun ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Bu illər ərzində elektrik enerjisindən istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 3 ünvana onun iştirakı olmadan, küçədə ZENNER G4T mexaniki tipli, **********1 nömrəli sayğac quraşdırılmış, 10700092 nömrəli plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş, lakin həmin akt ona təqdim olunmamış və onun ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Qaz sayğacı quraşdırıldıqdan 1 il sonra məlum olub ki, guya o, 2019-cu ilin iyul ayında, isti yay aylarında qaz sayğacından kənar təbii qazdan istifadə etmişd və xx.xx.2019-cü il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt tərtib edilmiş və hesab koduna 1471.40 manat borc yazılmışdır. Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011]-1138/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixli, ******* li AKT üzrə 3024 m3 qazın dəyərinə görə hesablanmış 302.40 manat məbləğində borc **********00000 nömrəli abonent kodundan silinmişdir. 2024-cü ilin yanvar ayında ona məlum olmuş ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 9, mənzil 12 ünvanında, quraşdırılmış SMART G-4 İTRON GALLUS pay tipli, **********4 nömrəli sayğacın smart-kartına yüklənən məbləğin 30% borca görə çıxılır. xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən 2020-ci ilin yanvar ayında 756 manat, 2020-ci ilin fevral ayında isə Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 9, mənzil 12 ünvanına verilmiş **********00000 nömrəli abonent koduna 1051,20 manat əsassız borc yazılmış və sonradan borcun məbləği 1346,40 manata qədər qaldırılmışdır. Lakin gasrepə nəzər saldıqda məlum olur ki, 2021-ci ilin may ayına qədər ödənişlər davamlı olsa da, 2021-ci ilin may ayında 1346,10 manat əsassız borc yazılmışdır. xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən 2020-ci ilin iyun ayından Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, Bağ evi 694 "A" ünvanına verilmiş **********00000 nömrəli abonent koduna da 1076,70 manat əsassız borc yazılmışdır. ünvan 3 ünvanında quraşdırılmış **********1 nömrəli qaz sayğacının mexaniki olması səbəbindən qeyri-qanuni yazılmış borcu Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 9, mənzil 12 ünvanında quraşdırılmış SMART G-4 İTRON GALLUS pay tipli, **********4 sayğacın smart - kartından tuturlar. Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32 ünvanında yerləşən 9 nömrəli ev 2 mərtəbəli bina evidir və həmin binada 12 ailə yaşayır. 2-ci mərtəbədə yerləşən 12 nömrəli mənzilə sayğacdan kənar xətt çəkmək qeyri-mümkündür. xx.xx.2024-cü il tarixli abonentin saldosunda qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən, 694 "A” N^ li bağ evində istifadə olunan cihazlar 30 il əvvəl istifadə olunmuş cihazlardır ki, artıq heç kim dəmir peçdən və ya suqızdırıcı cihazlardan istifadə etmir. Müasir dövrdə müasir qurğulardan - ariston, kombi, pyatiminutka deyilən cihazlardan istifadə olunur. Borcların haradan yaranması barədə cavabdehə müraciət etsə də ona heç bir sənəd təqdim olunmamışdır. Yalnız abonentin saldolarını və Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32 ünvanında yerləşən 9 nömrəli evin 12-ci mənzilinə dair gasrepi verməklə digər sənədlərin məhkəmədə təqdim olunacağını bildirmişlər. Etiraf edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən, 694 “A” nömrəli bağ evində quraşdırılmış sayğac üzrə təxminən 200- 250 manat borc mövcuddur. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktının aşkar olunmuşdur. Həmçinin bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib olunmuş və sayğac əvəz olunaraq dövlət yoxlamasına göndərilmiş, yoxlamanın rəyinə əsasən də sayğaca müdaxilə edildiyi öz təsdiqini tapmışdır. Bundan sonra isə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş cəmi 1346,40 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-1138/2021 saylı qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən yaşayış evi (abonent kodu: **********00000) üzrə hesablanmış 302,40 manat məbləğində borcun silinməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli aktla bağlı hesab edir ki, iddia tələbinin həmin hissəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu səbəbdən də, iddia tələbinə həmin hissədə xitam verilməlidir. Nümayəndə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********0000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 7560 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********0000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********0000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki hesablanmışdır. - Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-1138/2021 saylı qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən yaşayış evi (abonent kodu: **********00000) üzrə hesablanmış 302,40 manat məbləğində borcun silinməsi qət edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli aktla bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu səbəbdən də, hazırkı iş üzrə icraata həmin hissəsədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, digər aktlar qaz xəttindən qanunsuz qoşulma faktı məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin aktlarla bağlı məhkəmə qeyd edir ki, qaz xəttinə qanunsuz qoşulma faktı olsaydı ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair iddiaçıya akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, iddiaçıya poçt vasitəsi bununla bağlı bildirişin göndərilməli idi. Başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan **********0000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1346,40 manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, 33,46 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan **********0000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1346,40 (min üç yüz qırx altı manat, qırx qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 33,46 (otuz üç manat, qırx altı qəpik) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2448/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2448/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver