Məhkəmə qərarları › İş №2(008)-2458/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2458/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2458/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1920 ci il təvəllüdlü X4 atası azərbaycalı X2, anası azərbaycanlı Balacaxanım Mirzə qızının olması faktının müəyyən edilməsi və xx.xx.1966-cı il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında vəfat etmiş, Maştağa qəsəbəsində “İ keçənlər Qəbirstanlığında” dəfn edilmiş X1 ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, xx.xx.1920 ci il təvəllüdlü X4 atası azərbaycalı X2, anası azərbaycanlı Balacaxanım Mirzə qızının olması faktının müəyyən edilməsi və xx.xx.1966-cı il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında vəfat etmiş, Maştağa qəsəbəsində “İ keçənlər Qəbirstanlığında” dəfn edilmiş X1 ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələblərinə bir icraatda baxıla bilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıldır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi bir iddia ərizəsində həm xx.xx.1920 ci il təvəllüdlü X4 atası azərbaycalı X2, anası azərbaycanlı Balacaxanım Mirzə qızının olması faktının müəyyən edilməsi faktinin, həm də xx.xx.1966-cı il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında vəfat etmiş, Maştağa qəsəbəsində “İ keçənlər Qəbirstanlığında” dəfn edilmiş X1 ölümün qeyd edilmə faktının müəyyən edilməsini xahiş edib. Halbuki, bu tələblər ayrı-ayrılıqda araşdırılmalıdır və bir biri ilə əlaqəsi yoxdur. Eyni zamanda ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələblərinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar