Məhkəmə qərarları › İş №2(008)-2461/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2461/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2461/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5591.60 manat məbləğində zərər, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat məbləğində xərc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5921.60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı Azərbaycan X6 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında AK 2/41458 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X10 Departamenti tərəfindən **********00010 saylı abonent kodu verilmiş, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1202AQ**********5 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X7”nın tələblərinə əməl etmək) və “X7”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X7nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 01.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 788 manat; - 15.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 307,40 manat; - 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 1944 manat; - 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 799,20 manat; - 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; - 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; - 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; - 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; - 10.03.2020-ci il tarixli ******* saylı akt əsasında 98,40 manat olmaqla, cəmi 5431 manat məbləğində İddiaçınə maddi zərər dəydiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş, dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 194,60 manat borcu qalmışdır. Cavabdeh 2018-2020-ci illər ərzində təbii qaza cəmi 68 manat pul ödəmişdir. Bu da onu göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatının dayandırılmasına baxmayaraq, o, yenidən qanunsuz xətti bərpa etmişdir. Cavabdeh tərəfindən cüzi ödəniş edildikdən sonra hazırda İddiaçınə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) saldo üzrə 5591,60 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 20.09.2018-ci il tarixli, AK 2/41458 saylı müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, N.Nərimanov küçəsi, döngə 1, 11 saylı evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00010 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış **********00010 saylı abonent saldosundan abonentin 2020-ci il üçün sayğac üzrə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 194,60 manat borcu, 2020-ci ilin noyabr ayınadək ümumilikdə 5591,60 manat məbləğində borcu olduğu müəyyən olunur. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00010 olan Cavabdeh ünvan 3 ünvanında yerləşən evə baxış keçirilmiş, nəticədə 01.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 788 manat; 15.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 307,40 manat; 21.09.2018-ci il tarixli, ******* saylı, akt əsasında 1944 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 799,20 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat; 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; 10.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 98,40 manat olmaqla, təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər kimi ümumilikdə 5431 manat pul vəsaiti hesablanmışdır. Lakin, həmin aktların hamısında yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, ilk dəfə 01.01.2018-ci ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə-hansı səbəblərə görə edilməməsi, edilmişdirsə-həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman İddiaçı müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “X7”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə 01.01.2018-ci il tarixli, ******* saylı aktı mötəbər sübut kimi nəzərə alaraq, hesab edir ki, həmin akt üzrə tələb olunan 788 manat məbləğində borcun tutulması hissəsində iddia sübuta yetmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 788 manat məbləğində dəymiş ziyan və borca görə 194.60 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi qismən təmin olunduğundan, məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmət göstərilməsi üçün ödədiyi xidmət haqqından 100 manat və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumundan 10 manat məbləğində pul cavabdehə aid edilməli, ödənilmiş xidmət haqqının və dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 788 (yeddi yüz səksən səkkiz) manat məbləğində dəymiş ziyan, 194,60 (yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində borc, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 1092,60 (min doxsan iki manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar