Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2477/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X4 xx.xx.2019-cu il tarixdə ölmə faktının təsdiq olunması və onun ölümü haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçinin nümayəndəsi və vəkili tələbin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, İliç rayonu, Pusyan kəndində doğulmuş X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1959-cu il təvəllüdlü X7 xx.xx.2019-cu il tarixdə «sol ağciyər xərçəngi» diaqnozu ilə ölmüşdür. Həmin tarixdə atasının halı qəfildən pisləşdiyindən evə təcili tibbi yardım çağrılmış, lakin, həkim ünvana gələnədək atası vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və X2 Stansiyasının 832 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə də bir daha təsdiq olunur ki, həqiqətən də atası X7 xx.xx.2019-cu il tarixdə həkim gələnə qədər ölmüşdür. Atasının həmin tarixdə öldüyünü qonşular və qohumlarıda təsdiq edə bilərlər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin və tələbin dəqiqləşdirməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan MSSR İliç rayon Pusyan kənd sovetliyi tərəfindən verilmiş Xİİİ-JQ seriyalı 364293 №-li doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci ildə Stovropol şəhərində doğulmuşdur, ata qrafasında X7, ana qrafasında X5 qeyd olunmuşdur. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 832 №-li məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 09:34-də «103» xidmətinə Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, nərimanov küçəsi, ev 30/1 ünvanından Camal Tağıyevin adına «Ölüb» səbəbi ilə çağırış daxil olmuş, çağırışı 12 saylı bölmənin həkimi Amin Zeynalov icra edərək, ünvanda X6 məxsus meyit ilə rastlaşmış və «Həkimə qədər ölüm, kişi cinsli meyit» diaqnozu qoyulmuşdur. Hazırda iddiaçı atası xx.xx.1959-cu il tarixdə doğulmuş X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı xx.xx.1959-cu il tarixdə doğulmuş X4 xx.xx.2019-cu il ölməsi faktı ərizəçinin izahatı, Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 832 №-li məktub ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X4 haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1959-cu il tarixdə doğulmuş X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə doğulmuş X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2477/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2477/2020
22.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver