Məhkəmə qərarları › İş №2(008)-2481/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2481/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2481/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı “Asan Xidmət” X13maqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı “Asan Xidmət” X13maqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Ağbaba rayonu (Amasiya) Təpəkənd kəndində 1934-cü il tarixində doğulmuş X2 doğum akt qeydinin bərpa edilməsi, ana qrafasında “X8”, ananın milliyəti olaraq “azərbaycanlı”, ata qrafasında isə “X14”, atanın milliyəti olaraq "azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun anası-xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüş Mirzəyeva (evlənəndən sonra Abdullayevə) Piruzə Eyyub qızı 1934-cü il tarixində Ermənistan Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində anadan olmuşdur. Anası 1910-cu il tarixdə Ermənistan Amasiya rayonunda doğulmuş və xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində vəfat etmiş- X3r. Atası isə Ermənistanda doğulmuş və 1941- 1945-ci illərdə Böyük Vətən müharibəsində vəfat etmiş - X4r. Onun barəsində Ermənistan Amasiya (Ağbaba) rayon Təpəkənd kənd sovetindən verilmiş doğum haqqında şəhadətnamədə valideynlərinin milliyyətinin “azərbaycanlı” olması təsdiqini tapır. Ermənistan Amasiya (Ağbaba) rayon Təpəkənd kənd sovetində qeydə alınmış xx.xx.1962ci il tarixli nikahla anası - Mirzəyeva Piruzə evlənəndən sonra “Abdullayevə” soyadına keçmişdir. 1988-ci ilin məlum hadisələri ilə bağlı qaçqın düşərkən bəzi sənədləri, həmçinin anasının doğum haqqında şəhadətnaməsini götürmək mümkün olmadığından (sadəcə bəzi sənədlərini gətirə bilmişdi) Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə, Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. 1988-ci ildə Ermənistandan qaçqın düşərkən Gəncə şəhərində məskunlaşmışlar. O cümlədən, nənəsi - X8 xx.xx.1991 -ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Daha sonra bəzi ailə üzləri Gəncə şəhərində qaldı, bəziləri isə Bakı şəhərinə gəlməli oldu. İndi isə ölmüş anası ilə nənəsinin qohumluq faktını təsdiq edən sənədi - doğum haqqında şəhadətnaməsi notariat ofisi tərəfindən tələb olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ЗЖ seriyalı, 107192 nömrəli doğum haqqında şəhadətnamnin surətindən görünür ki, X5 xx.xx.1971-ci il tarixdə Amasiyya rayonunun Təpəkənd kəndində doğulmuşdur. X1-milliyyəti azərbaycanlı, anası X6- milliyyəti azərbaycanlıdır. 4 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şəbəsi tərəfindən verilmiş Az-İİ 459237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür, xx.xx.2024-cü il tarixdə, 608 nömrəsi ilə akt qeydi edilmişdir. Təzəkənd kənf Soveti tərəfindən verilmiş İ-ZJ seriyalı 106265 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 1939-cu il tarixdə Amasiya rayonu Təzəkənd kəndidndə doğulmuş X15 ilə 1934-cü il tarixdə Amasiya rayonu Təzəkənd kəndində doğulmuş X16 xx.xx.1962-ci il tyarixdə 10 nömrəli akt qeydi ilə nikaha daxil olmuşdurlar. Arvada Abdullayeva soyadı verilmişdir. Gəncə şəhəri kəpəz rauonu VVAQ şöbəsi tərəfindən verilmiş İV-JQ seriyalı 280882 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Bu qeyd xx.xx.1991-ci il tarixdə 140 nömrəli aktla qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi 3-16-5/7-xx-xx/2024 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından X2 1934-cü il tarixdə Ermənistan Ağbaba rayonu Təpəkənd kəndində doğulması haqqında ərizənizin icrası mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə iclasın ərizəçi tərəfindən şahid qismində dəvət edilmiş X24 izahat verərək bildirmişdir ki, Ərizəçi onun oğlunun arvadıdır. Ərizə Ərizəçi anası X10 olmuşdur. Nikah girdikdən sonra soyadı Mirzəyeva olaraq dəyişmişdir. Gülsarın atasının adı Eldar olmuşdur. Onun anası ilə Gülsarın atası Eldarın anası xalaqızı olmuşlar. Piruzə küçən il oktyabrın 20-də ölmüşdür. Onlar bir kənddə yaşamışlar, sonradan yaxınlıqdakı kəndə köçmüşlər. Mirzəyev Piruzənin atasının adı Eyyub olmuşdur. X2 anasının adı Narı olmuşdur. Narının atasını tanımadığını bildirmişdir. Məhkəmə iclasın ərizəçi tərəfindən şahid qismində dəvət edilmiş X11 izahat verərək bildirmişdir ki, ərizəçi onu bacısıdır. Atası Eldar, anası Firuzə olmuşdur. Eyyub Mirzəyev babası olmuşdur. Anasının anası Narı Məmmədova olmuşdur. Milliyyətləri azərbaycanlı olmuşdur. Hər biri Ermənistan, Amasiya rayonu, Təpəkənd kəndində yaşamışlar. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçinin anası olan X12 məxsus olan doğum haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamə ərizəçiyə sosial hüquqlarının həyatə keçirməsi üçün vacib olduğundan ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X2 1934-cü tarixdə Ermənistan Respubikası Amasiya rayonu Təpəkənd kəndi doğulması barədə doğum akt qeydi bərpa olunmalı və həmin akt qeydində doğum tarixi “1934-cü il ”, doğum yeri “Ermənistan Respubikası, Amasiya rayonu, Təpəkənd kəndi”, ata adı qrafasında atasının adı “X26”, ana adı qrafasında anasının adı “X8” qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X2 Ermənistanın, Amasiya rayonunun Təpəkənd kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi X7 doğum haqqında şəhadətnamə verilərək, doğum tarixi “1934-cü il”, doğum yeri “Ermənistan Respubikası, Amasiya rayonu, Təpəkənd kəndi, ata adı qrafasında atasının adı “X14”, milliyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X8”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar