Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-249/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Caməddin oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Caməddin oğlunun Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Caməddin oğlu Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi və onun həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 09.01.2010-cu il təvəllüdlü X3 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Caməddin oğlu məhkəmə iclasında iddia tələbini azaldılmış həcmdə müdafiə edərək onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 09.12.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 09.01.2010-cu il təvəllüdlü X6 və 11.02.2013-cü il təvəllüdlü X4 doğulmuşlar. Məhkəmə qaydasında nikahları pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş və saxlanılmaları üçün hər uşağa görə hər ay 160 manat alimentin tutulması qət edilmişdir. Oğlu Səid anası başqa şəxslə ailə qurduğundan artıq uzun müddətdir ki, onunla qalır. Bununla əlaqədar Sabunçu Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(008)-6043/2020 saylı qətnaməsinə əsasən Səidə münasibətdə alimentin tutulması 10.06.2019-cu il tarixdən ləğv edilmişdir. Cavabdehin özü də Səidin 2019-cu ildən atasının himayəsində yaşadığı etiraf edir və oğlunun atası ilə qalmasına etiraz etmir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, cavabdehlə birgə nikahdan olmuş oğlu 09.01.2010-cu il təvəllüdlü X6 10.06.2019-cu il tarixdən atası ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Ona görə də, onun atasının himayəsinə verilməsinə etirazı yoxdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilərək, 09.01.2010-cu il təvəllüdlü X6 atasının (iddiaçının) himayəsinə verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04.04.2013-cü il tarixdə verilmiş Az İİİ seriyalı, 060561 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 09.01.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2(008)-4791/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında 09.12.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, onların birgə nikahından olmuş 09.01.2010-cu il təvəllüdlü X3 və 11.02.2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər birinə görə hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə ilə İddiaçı Caməddin oğlunun ödəyəcəyi aliment işə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2(008)-4791/2019 saylı qətnaməsinə əsasən 10.06.2019-cu il tarixdən etibarən X5 münasibətdə ləğv edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahın doğulmuş uşaqlar 09.01.2010-cu il təvəllüdlü X6 və 11.02.2013-cü il təvəllüdlü X4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2(008)-4791/2019 saylı qətnaməsinə əsasən ananın himayəsində saxlanılsalar da, Səid Yusubov 10.06.2019-cu il tarixdən etibarən atası ilə birlikdə yaşayır. Bu hal, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2(008)-4791/2019 saylı qətnaməsi, eləcə də, İddiaçı Caməddin oğlunun aliment məbləğinin azaldılması tələbinin məhkəmə iclasında araşdırılması zamanı Cavabdeh yazılı ərizəsinə əsasən verdiyi “Həqiqətən birgə nikahdan doğulmuş oğlu X6 atasının himayəsindədir. Son 1 aya qədər uşağı ilə uşağı ilə görüşə bilirdi. Daha sonra görüşə bilmədi. Hazırda o da ailəlidir. Qızı onunla yaşayır. Qızının atası ilə görüşməyinə maneçilik törətmir. Oğlu 10 iyun 2019-cu il tarixdən atası ilə Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsindəki evdə yaşayır. Bununla bağlı oğlu X1 üçün aliment tələb etmir...” məzmunlu, habelə hazırkı məhkəmə iclasında verdiyi izahatları ilə təsdiqlənir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. İş materiallarında olan, məhkəmənin qərardadına əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2021-ci il tarixli, 1/858 saylı rəydən görünür ki, azyaşlıların qanunla qorunan hüquq və mənafeləri nəzərə alınaraq, X3 atası İddiaçı Caməddin oğlunun himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə, qəyyumluq və himayəçilik orqanından alınmış rəyi işin məhkəmə iclasında araşdırılan halları ilə müqayisəli tədqiq edərək belə nəticəyə gəlir ki, rəy işin müəyyən olunmuş halları ilə üst-üstə düşür və qanunvericiliyin yuxarıda göstərilən tələblərini, qəyyumluq və himayəçilik orqanının rəyini, tərəflərin birgə nikahından olan uşağın ataya bağlılığını, hal-hazırda atası ilə yaşamasını və mənafeyini, habelə ananın razılığını nəzərə alaraq hesab edir ki, 09.01.2010-cu il təvəllüdlü X6 atası İddiaçı Caməddin oğlunun himayəsinə verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Belə ki, BMT-nin Baş Məclisinin 20.11.1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlilir. Həmin Qanunun 6-cı maddəsindən görünür ki, uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi təmin edilməli, 09.01.2010-cu il təvəllüdlü X6 Cavabdeh alınaraq, İddiaçı Caməddin oğlunun himayəsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Caməddin oğlunun və Cavabdeh birgə nikahından doğulmuş 09.01.2010-cu il təvəllüdlü X6 anası Cavabdeh alınaraq, atası İddiaçı Caməddin oğlunun himayəsinə verilsin. Qətnamədən, rəsmi təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-249/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-249/2022
25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver