Məhkəmə qərarları › İş №2(008)-2495/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2495/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2495/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 902 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən həyət evi uzun zamandır ki, iddiaçının istifadəsində və sahibliyindədir. Azəriqaz İB-ilə bağlanmış qazın alqı-satqısına dair abonent müqaviləsinə əsasən fasiləsiz olaraq yaşadığı ev qazla təmin edilmişdir. Bunun əvəzində isə aylıq ödənişləri vaxtı-vaxtında tam şəkildə ödəmişdir. xx.xx.2020-ci il tarixində yaşadığı ünvandakı sayğaca dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Bundan iddiaçının xəbəri olmamış, akt iddiaçıya təqdim edilmədiyi halda guya onun aktı qəbul etməkdən və doğruluğunu təsdiq etməkdən imtina edilməyi qeyd edilmişdir. Halbuki nəzərə alınmalıdır ki, sayğac çıxarılarkən iddiaçıya məlumat verilməmiş və onun iştirakı olmadan çıxarılmışdır. Bu yaxınlarda iddiaçı bağ evində yaşamaq üçün getdikdə bu halların olması ilə bağlı məlumatlı olmuşdur. Dərhal ASAN kommunal mərkəzinə müraciət etmiş və nəticədə ona akt və digər sənədlər verilmişdir. Həmçinin bildirilmişdir ki, guya iddiaçı kənar xətt çəkərək qazdan istifadə etmişdir. Halbuki bunun heçbir əsası yoxdur. Tərəfindən belə bir hallara yol verilməmişdir. Hazırda Komissiyanın qərarına əsasən ödənilməli olan məbləğ 902 manat müəyyən edilmişdir. Belə ki, cavabdehin əməkdaşlarının iddia etdikləri həcmdə qazdan artıq istifadə etməyi barədə heç bir mütəxəssis araşdırması aparılmadan gözəyarı rəqəm yazılmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək, əlavə etdi ki, iddiaçı fotoşəkillərdəki evin ona məxsus olduğunu etiraf edir, lakin qoşulma etmədiyini bildirir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00196 olan İddiaçı akt əsasında 885,60 manat, debitor borcu olaraq 16,40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Azəriqaz İB tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən cavabdehə 885,60 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 885,60 manat pul əsaslı olaraq yazılmışdır. Qalan borc isə qazdan istifadəyə görə sərfiyyat borcudur. İddiaçı həmin akt üzrə ona hesablanan borcun əsassız olduğuna iddia etsə də, özü də iclasda etiraf edir ki, xətt ona məxsus evə gedir. İddiaçının akt tərtib olunan illərdə qaz üçün ödəniş etməməsi də bu faktı təsdiq edir. Beləliklə, sadlananlardan göründüyü kimi iddiaçı təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar