Məhkəmə qərarları › İş №2(008)-2497/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2497/2024

02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2497/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əmisi X1 xx.xx.1933-cü ildə Bakı şəhərində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnaməsinin ata qrafasında – “X2”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, mərhum əmisi X4 xx.xx.1933-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur. Əmisinin atası X2, anası isə X7 olmuşdur. X4 doğulduğu vaxtdan öldüyü vaxta qədər Azərbaycan Respublikası vətəndaşı olaraq ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla yaşamışdır. Keçmiş SSRİ vətəndaşının pasportuna (XXİ- JQ JV2615465) əsasən ad, soyad və ata adı X4 kimi qeyd olunmuşdur. Hansısa qeyrimüəyyən şəraitdə doğum haqqında şəhadətnaməsi itirilmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə qeydiyyat yeri üzrə Sabunçu rayon 39 saylı notariat ofisinə müraciət etmişdir. Qeyd olunan notariat ofisindən Azərbaycan Respublikasının Milli Arxivinə xx.xx.2022-ci il tarixində 62 nömrəli sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivindən rəsmi olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və Zabrat qəsəbəsi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Bundan sonra o, doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən göstərilən səbəblərdən mövcud mübahisənin məhkəmədən kənar həlli qaydasının (pretenziya) mümkün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Mərhum əmisi ruhi xəstə olmuş, ailə həyatı qurmamış, atası onu saxlamışdır. O, 1933-cü ildə doğulmuş, 1993-ci ildə də vəfat etmişdir. Əmisinin doğum haqqında şəhadənaməsinin necə itirilməsindən məlumatsız olmuşdur. Onun nənəsi X7, babası X2 olmuşdur. Mərhumun adına torpaq sahəsi var, onun doğum haqqında şəhadətnaməsinin alınması həmin torpaq sahəsinin sənədləşməsi ilə bağlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. Mərhum ruhi xəstə olmuş, ailə həyatı qurmamışdır. Təsdiq edir ki, mərhum xx.xx.1933-cü ildə doğulmuş, xx.xx.1993-ci ildə də vəfat etmişdir. Mərhumun anası X7, atası X2 olmuşdur. Mərhumun doğum haqqında şəhadənaməsinin hansı şəraitdə itirilməsindən məlumatsız olmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ölümü haqqında xx.xx.1993-cü ildə 119 nömrə ilə akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi X1 05 oktyabr 1933-cü ildə Bakı şəhərində anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından Sizin doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydiniz bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaqdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Zabrat qəsəbəsi nümayəndəliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixədək Turgenev küçəsi 14a ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan bağın icarəyə verilməsi haqqında 17521 nömrəli xx.xx.1991ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, icarədar X4 olmuşdur. İş materiallarında olan xx.xx.1988-ci il tarixli XXİ-ЖГ 615465 nömrəli pasportun surətindən görünür ki, pasport xx.xx.1933-cü il tarixdə doğulmuş X3 məxsus olmuşdur. Qeyd edilənlər şahid ifadələri, şəhadətnamələrin surəti, xx.xx.1988-ci il tarixli XXİ- ЖГ 615465 nömrəli pasportun surəti, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş arayış və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1933-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatsız yaşamışdır. Mərhumun adına olan torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi əmisinin doğum haqqında şəhadətnaməsi itirildiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, ərizəçinin əmisi X1 xx.xx.1933-cü il tarixdə Bakı şəhərində doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında – “X2”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 xx.xx.1933-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında – “X2”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə X4 barəsində yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar