Məhkəmə qərarları › İş №2(008)-2500/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2500/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2500/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Balaəli qızının Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Balaəli qız Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu **********00002) sayğacla bağlı 837 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu **********00002) sayğacla bağlı 837,20 manat əsassız borc hesablanmışdır. Cavabdeh işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmayıb, plomb sayğacın üzərində olub, sayğacda heç bir qüsur olmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X5 iddianı qəbul etmədi və iddianının rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçının istifadəsində 4 gözlü qaz plitəsi (PQ-4) və otaqları qızdırmaq üçün AQV- 80 markalı su qızdırıcısı var. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20.12.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı Balaəli oğluna məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi müəyyən edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının 28.12.2018-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı aşağıdakı kimi hesablanmışdır. 1.2x6x180=1296 m3 PQ-4 görə 1.5x8x180=2160 m3 su qızdırıcısına görə 00.8x18x180=2592 m3. Radiatora görə. Cəmi 6048 m3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı Balaəli oğluna məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etdiyi müəyyən edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının 31.01.2019-cu il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı aşağıdakı kimi hesablanmışdır. 1.2x6x30=216 m3 PQ-4 görə 1.5x10x30=450 m3 qızdırıcısına görə 1,4.x18x30=756 m3, Radiatora görə.Cəmi 1422 m3. Beləliklə, "Cavabdeh" İB-nin qənaətinə görə ona 7470 m3 (6048+1422) həcmində ziyan dəymiş və iddiaçıdan ziyana görə 747 manatın ödənilməsini istəyir. İddiaçı isə aktlar üzrə 837 manatın silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya onun istifadəsində olmayan radiatora görə sərfiyyat hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia radiatora görə hesablanmış sərfiyyata görə təmin edilməlid, qalan hissəə rədd edilməlidir. Hər iki akt üzrə radiatora görə hesablanan sərfiyyat 3348 kub metrdir (2592 m3+756 m3), ziyanın məbləği isə 334,80 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia 334,80 manatın silinməsi hissədə təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu **********00002) sayğacla bağlı hesablanmış 334,80 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar