Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2502/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X8, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi qeyd edilməklə qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1972-ci tarixdə ölmüş X2 xx.xx.2015-ci il tarixdə ölmüş X5 anası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X11 (xx.xx.2015-ci il tarixdə vəfat etmişdir) onun atası, X6 (xx.xx.1972-ci il tarixdə vəfat etmişdir) isə atasının anası - yəni ərizəçinin nənəsidir. “Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ev nənəsi X3 məxsusdur. Ərizəçi doğulduğu gündən ailəsiylə birlikdə həmin evdə yaşayır. Atası dünyasını dəyişdikdən sonra isə həmin evə o, tək sahiblik edir. Baxmayaraq ki, atasının anasından miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən evi faktiki olaraq qəbul edib, ona sahiblik edir, lakin həmin evi öz adıına sənədləşdirə bilmir. Çünki atası X5 doğumu barədə məlumat aşkarlanmadığı üçün X2 onun anası olmasını sübut edə bilmir. Belə olan halda onun X2 vərəsəsi olmağı təsdiqlənmir. O, AR X27 müraciət etmiş, Arxivin xx.xx.2023-cü il tarixli cavab məktubunda X5 doğum tarixi barədə məlumatın aşkarlanmadığı bildirilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhər 17 saylı notariat ofisinə müraciət edəndə, ona bildirildi ki, vərəsə kimi tanınmağı üçün X2 atası - X5 anası olduğunu təsdiq edən sənəd təqdim etməlidir. Həmin sənədi təqdim edə bilmədiyimə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Ərizəçi hal-hazırda miras əmlakı idarə edir, orada yaşayır. Maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1966-cı il tarixində Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 21 ünvanında qeydiyyatdadır, onun atası X12, anası X4r (AZE ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ № ******* doğum haqqında şəhadətnamə). X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür (AZ-İ № 772023 ölüm haqqında şəhadətnamə). AR X29 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 doğum tarixi barədə məlumatın aşkarlanmamışdır. ““Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ev 325 ünvanında yerləşən ev X3 məxsusdur. X7 xx.xx.1972-ci tarixdə Bakı şəhərində ölmüşdür (İ-JQ № 371467 ölüm haqqında şəhadətnamə). X1 (ərizəçinin qardaşı), X13 (dayısı), X9 (bibisi oğlu) X2 ərizəçinin atasının anası olduğu faktını təsdiq etmişdilər. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi qeydiyyatda olduğu “ünvan 1 ünvan X3 məxsus evin «ünvan 2 ünvanı ilə eynidir. Ərizəçi ünvan 3nin açılmasını xahiş etmiş, lakin onun vərəsə kimi tatnınmağı üçün X2 babası - X5 anası olduğunu təsdiq edən sənəd təqdim olunmadığından notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Hazırda ərizəçi X2 onun atası X5 anası olması faktının müəyyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktlarıın təsdiq edilməsi vərəsəliklə ilə əlaqədar tələb olunur. Ərizəçinin X2 adına olan evdə qeydiyyatda olması, şahid ifadələri X2 X5 anası olması faktının təsdiq edilməsinə əsas verir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.1972-ci tarixdə ölmüş X2 xx.xx.1981-ci il tarixdə ölmüş X5 anası olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1972-ci tarixdə ölmüş X2 xx.xx.2015-ci il tarixdə ölmüş X5 anası olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2502/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2502/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver