Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2506/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5082 manat məbləğində zərərin, 2870,72 manat debitor borcun, 65 manat vəkil xərci, 102,52 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, T-15084 saylı "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə "Azəriqaz" İB tərəfindən **********40000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40012996 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 226,8 manat, xx.xx.2016-cı il tarixli, ******* nömrəli akt əsasında 106,2 manat, xx.xx.2016cı il tarixli, ******* saylı akt əsasında 130,3 manat, xx.xx.2016-cı il traixli, ******* saylı akt əsasında 224,60 manat, xx.xx.2017-cı il traixli, ******* saylı akt əsasında 188 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 84,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 5343,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 495 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 205,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 84,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əssaında 571,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 388 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı 154,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 28,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 208,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsaslnda 52,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat , xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manst, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa cavabdehin təbii qazdan istifadə nəticəsində 2870,72 manat yaranmış borcu vardır. Müqavilə öhdəliklərinin istehlakçı istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli, T-15084 saylı saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin sonu üçün 7952,72 manat (zərər və debitor borcu ilə bərabər) məbləğində borcu var. - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 226,8 manat, xx.xx.2016-cı il tarixli, ******* nömrəli akt əsasında 106,2 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 130,3 manat, xx.xx.2016-cı il traixli, ******* saylı akt əsasında 224,60 manat, xx.xx.2017-cı il traixli, ******* saylı akt əsasında 188 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 84,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 5343,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 495 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 205,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 84,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əssaında 571,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 388 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı 154,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 28,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 208,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsaslnda 52,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat , xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manst, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat ziyan məbləği hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 102,52 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan digər aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Belə vəziyyətdə hesab olunmalıdır ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkillər ilk akta aiddir, bütün aktlar üzrə həmin fotoşəkillərə istinad oluna bilməz. Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut təqdim edilməyib. Həmin aktlar isə öz-özlüyündə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. Belə ki, aktları İddiaçı İB-nin əməkdaşları tərtib edib, abonent aktları imzalamayıb, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut isə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər ilk aktın, yəni xx.xx.2016-ci il tarixli aktın tərtib edilməsindən sonra İddiaçı İB həmin akta əsasən hesablanmış məbləğin (226.8 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi, 5082manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin İddiaçı İB il yarım ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2016-cı il tarixli, ******* nömrəli akt üzrə 226,80 manat borc hesablanmalıdır. Məhkəmə iddia tələbinin cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış 2870,72 manat borcun tutulması hissəsinə müansibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş saldodan görünür ki, abonentin 2020-ci ilin sonu üçün 1089.70 manat sərfiiyat borcu, 28.70 manat yeni tarif keçidi ilə əlaqədar yaranmış borc, 2021-ci ilin sonu üçün 866.25 manat sərfiyyat borcu, 51 manat isə həmin il üçün yeni tarif keçidi ilə əlaqədar yaranmış borcun olması sübut olunduğundan iddia tələbi debitor borcu üzrə yalnız qeyd edilən hissələrdə təmin edilməlidir. 1089.70+28.70+866.25+51=2035.65 Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 102,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 102,52 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Bundan əlavə vəkil xərci olaraq 65 manat pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 65 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 226,8 (iki yüz iyirmi altı manat, səksən qəpik) manat məbləğində dəymiş zərər, 2035,65 (iki min otuz beş manat, altmış beş qəpik) manat ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 65 (altmış beş) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 226,8 (iki yüz iyirmi altı manat, səksən qəpik) manat məbləğində dəymiş zərər, 2035,65 (iki min otuz beş manat, altmış beş qəpik) manat debitor borcu, 50 (əlli) manat məbləğində dövlət rüsumu və 65 (altmış beş) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2506/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2506/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver