Məhkəmə qərarları › İş №2(008)-2533/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2533/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2533/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğulmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında – “X3, oğlu, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X6”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, xx.xx.1980-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğulmuşdur. Anası xx.xx.1948-ci ildə, atası isə xx.xx.1938-ci ildə Ermənistan SSR, Amasiya rayonunda doğulmuşlar. 1988-ci ildə baş vermiş məlum hadisələrlə əlaqədar qaçqın düşmüş və doğum haqqında şəhadətnaməsini itirmişdir. Bununla bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin arxiv mövcud olmadığından, məsələnin qeydiyyat orqanında həllinin mümkünsüzlüyü bildirilmişdir. Anası 1-ci qrup əlil olduğundan, əlil şəxsə baxmağı ilə əlaqədar DOST mərkəzinə müraciət etsə də, qohum olduqlarını təsdiq edən sənəd tələb edilmişdir. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Anaları Zəhra, ataları isə Yusubdur. Atası 2012ci ildə vəfat etmişdir. 1988ci ildə qaçqın düşən zaman köçəköçdə bacısının doğum şəhadətnaməsi itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi qızıdır. Onun özü də, xx.xx.1968-ci ildə Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur. Ermənistandan qaçqın düşəndə Esfiranın sənədləri orada qalmışdır. Hazırda anasına qulluqla bağlı aidiyyəti üzrə müraciət etmiş, lakin ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuşdur. Qeydiyyat ünvanı ünvan 1ənədləşdirmə işinin aparılması ilə əlaqədar şəhadətnamə tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Şəxsiyyətini təsdiq edən yeganə sənəd şəxsiyyət vəsiqəsidir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər Ərizəçi AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqələrinin surəti, şahid ifadələri, anası X5 məxsus AZE seriyalı 05417707 nömrəli şəxsiyyət vəsiqələrinin surəti, atası X1 xx.xx.2012-ci il tarixdə ölməsinə dair Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surəti, bacısı X2 xx.xx.1978-ci il tarixdə, Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğulmasına dair doğum haqqında şəhadətnamənin surəti, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlərlə təsdiqlənir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğuunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğulması barədə akt qeydi bərpa olunmalı və həmin akt qeydində ata qrafasında “X3”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X6”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməklə bu barədə müvafiq şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistan, Amasiya rayonu, Çaxmaq kəndində doğulması barədə akt qeydi bərpa olunsun və həmin akt qeydində ata qrafasında “X3”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X6”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar