Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2545/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri – XX.XX.1893-cü il təvəllüdlü Bədirnisə Həmzə qızının – xx.xx.1975-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ölməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi ünvan 1 ünvanındakı evdə qeydiyyatdadır və həmin evdə ailəsi ilə birlikdə yaşıyır. Onun doğum haqqında şəhadətnaməsində anasının adı “Nisəxanım Ağaməli qızı” qeyd olunmuşdur. Anası “Nisəxanım Ağaməli qızı”nın anasının adı “Bədirnisə Həmzə qızı” olmuşdur. “Bədirnisə Həmzə qızı” onun nənəsidir. Mərhum nənəsi xx.xx.1893-cü il təvəllüdlü “Bədirnisə Həmzə qızı” ünvan 1 ünvanında yaşamışdır. Mərhum nənəsi xx.xx.1893-cü il təvəllüdlü mərhum “Bədirnisə Həmzə qızı” yaşadığı mənzildə xx.xx.1975-ci il tarixində yaşadığı evdə vəfat etmişdir. Mərhum nənəsi xx.xx.1893-cü il təvəllüdlü mərhum “Bədirnisə Həmzə qızı” ölümü barədə həkim şəhadətnaməsini həmin vaxtı yaşadığı 7 saylı şəhər Poliklinikasından istəmiş, lakin poliklinikadan ona bildirdilər ki, mərhum nənəsi “Bədirnisə Həmzə qızı”nın ölümü barədə həkim arayışı verə bilməzlər. O, daha sonra həmin sənədlər ölüm kağızı almaq üçün mərhum nənəsinin vəfat edənədək qeydiyyatda olduğu Maraqlı şəxsndə ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızı vermədilər və imtina etdilər və ona məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Mərhum nənəsi Bakı şəhəri, Maştağa qəsəbəsi, “Məmməd Bağır” qəbirstanlığında bastırılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1950-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi 7 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxstərəfindən verilmiş 3-16-5/8-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Təqdim etdiyiniz sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. - “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X12 Bakı Baş Səhiyyə X10 Şəxs 21 nömrəli Şəhər Poliklinikası” tərəfindən verilmiş 81 nömrəli 09 fevral 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşamış 1893-cü il təvəllüdlü Bədirnisə Həmzə qızının şəxsiyyyyətini təyin edən sənədin olmadığı və 1975-ci ildə vəfat etdiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 5-18-5/2-755/2024 nömrəli 05 fevral 2024-cü il tarixli arayışdan görünür ki, mərhum X6 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi 7 saylı evdə vəfat etdiyi 1975-ci ilədək qeydiyyatda olmuşdur. Maştağa qəsəbəsində yerləşən “Məmməd Bağır” qəbiristanlığında dəfn olunmuşdur. Maştağa rayon ZAQS Burosunun ИЕ seriyalı 432338 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxx 1950-cı ildə Bakı şəhərində anadan olmuş, anası Nisəxanım Ağaməli qızıdır. Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasını Dövlət Arxivinin 19 yanvar 2024-cü il tarixli 3-48-DA/2-S-31-6-107/2024 nğmrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1941-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitabında 1926-ci ilin (sənəddə olduğu kimi) İ yarı milliyində doğulan Nisəxanım Ağaməli qızının təvəllüdü qeyd olunur. Atası: Ağaməli Sovdum oğlu, anası Bədirnisə Həmzə (sənəddə olduğu kimi) qızıdır. Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsinin 03 aprel 2007-ci il tarixli AZ-İ seriyalı 245304 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 17 mart 2007-ci il tarixdə Ağ ciyər ürək çatışmamazlığından vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-135/2024 nömrəli 01 fevral 2024-cü il tarixli arayışından görünür ki, 1972-1978-ci illər üzrə ölüm haqqında akt qeydiyyatı kitabında yoxlama aparılmış, lakin Bədirnisə Həmzə qızının ölüm haqqında akt qeydi tapılmamışdır. Akt qeydləri 1975-ci ildən xx.xx.2024-cü il tarixədək saxlanılmışdır. İş materiallarında olan foto şəkildən görünür ki Bədirnisə Həmzə qızı 1893-cü ildə anadan olmuş, 1975-ildə vəfat etmişdir. Bakı şəhəri 20-ci milic şöbəsinin X-ЛС ыукшнфдж 624502 nömrəli pasportdan görünür ki, X3 1893-cü ildə Bakı şəhəri Maştağa qəsəbəsində anadan olmuşdur. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həm qonşusu, həmdə dostu olmuşdur. Ərizəçinin nənəsini görmüşdür. Lakin adını xatırlaya bilmir. Böyükağanın nənəsi vəfat edən zaman oda yasda iştirak etmişdir, onun yadına gəlir ki, ərizəçinin nənəsi ərizəçinin ata evində yəni Maştağa qəsəbəsində olan evində vəfat etmişdir. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin əvvəlcə dost olmuşlar, sonrada qohum olmuşlar. Onlar həmdə qonşu olmuşdur. O ərizəçinin nənəsini görmüşdür. O 1974-cü ildə əsgər gəlmişdir, ondan hardasa bir il sonra vəfat etmişdir. Bədirnisə öz yaşadığı evində olmuşdur. Bədirnisə nənənin evi Məmmədbağır qəbirsanlığının yanında olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bədirnizə Həmzə qızı qızı ərizəçinin nənəsi olmuşdur. O, 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1893-cü ildə Bədirnisə Həmzə qızının xx.xx.1975-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2545/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2545/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver