Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2546/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “doğumun qeyd edilmə faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Masis rayonu, Zəngilər kəndində xx.xx.1965-ci il tarixdə doğulmuş Ərizəçi barəsində doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında X7 atanın milliyəti olaraq “azərbaycanlı” ana qrafasında isə X13 ananın milliyəti “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistanın Masis rayonu, Zəngilər kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni itirdiyindən Maraqlı şəxsnə müraciət etmiş, doğum akt qeydinin bərpa edilərək yeni şəhadətnamənin verilməsini xahiş etsə də, şöbə doğum akt qeydlərinin Ermənistanda qalması səbəbi ilə məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ermənistanın Masis rayonu, Zəngilər kəndində xx.xx.1965-ci il tarixdə doğulmuş Ərizəçi barəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında “X8”, ana qrafasında isə “X13” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi X4 ərizə tələbini müdafiə edib,ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, o ərizəçinin qohumudur. Ərizəçi Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnaməni həmin yerdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, o ərizəçinin qohumudur. Hüsnü Ermənistanda doğulmuş və doğum haqqında şəhadətnaməni oradan almışdır. Hazırda həmin şəhadətnaməni itirdiyindən bərpa edə bilmir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 013479 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə (xx.xx.1965-cil tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş) X3 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanaraq nikahın bağlanması haqqında 967 saylı qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 107854 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İ-СЛ seriyalı, 418325 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, atası X10 anası isə X6r. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 169132 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2000-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X1r. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01-05/13 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəlara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qedyiyyat orqanında mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iş üzrə toplalan sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi Ermənistan Respublikasında anadan olması, valideynlərinin isə X10 və X5 olması faktı ərizəçinin qardaşının doğum haqqında şəhadətnaməsində eyni qeydlərin olması ilə və şahid ifadələri ilə öz təsdiqini tapır. Bundan başqa, məhkəmə hesab edir ki, Ərizəçi nikah haqqında şəhadətnaməsinin və ölüm haqqında şəhadətnaməsinin olması, qızının doğumç haqqında şəhadətnaməsinin olması və oradakı qeydlərin ərizədə göstərilənlərə uyğun olması Ərizəçi doğumunun vaxtilə qeyd qeydə alınmasını təsdiq edir. Göründüyü kimi doğum akt qeydinin bərpası qeydiyyat şöbəsində mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan Respulikasının Masis rayonunun Zəngilər kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin (atası X8, anası X15 qeyd edilməklə). Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2546/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2546/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver