Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2549/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci il təvəllüdlü X2nun xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, mərhum X2 xx.xx.1948-ci il tarixdə doğulmuş,xx.xx.2023-cü il tarixində Krım yarımadasının cənub sahilində yerləşən Aluşta şəhərində vəfat etmişdir. Lakin təcili tibbi yardım çağırmadığına görə bu günə qədər ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda atasının ölməsinə dair şəhadətnamə almadığından, atasının adına olan, Azərbayan Respublikasında yerləşən əmlakı vərəsəlik qaydasında qəbulu edə bilmir. X2 barəsində ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətə cavab olaraq, Maraqlı şəxs imtina məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsinin imkan xaricində olması qeyd edilmişdir. Hazırda o, atasının ölməsi barədə sənədi başqa qaydada ala bilmir. Atasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum onun qardaşı olmuşdur. Qardaşı Nəcəf xəstə olduğundan, müalicələr almış, lakin xx.xx.2023-cü il tarixində Krım vilayəti, Aluşta şəhərində vəfat etmişdir. Qardaşının ölüm xəbərini, oğlu Seymurdan eşitmişdir. Ramana qəsəbəsində mərhum yas mərasimi təşkil edilmiş, həmin mərasimdə yaxından iştirak etmişdir. Mərhum Aluşta şəhərində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, mərhumun bacısının oğludur. Mərhum 15 ilə yaxın Krımda yaşamışdır. Yaşlı və xəstə idi. O, xx.xx.2023-cü il tarixində Krım vilayəti, Aluşta şəhərində vəfat etmiş, vəfat xəbərini Ərizəçi almışdır. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum Aluşta şəhərində dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin, onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Rusiya Federasiyası, Krım Respublikasının İ-АЯ seriyalı 837679 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası, Krım Respublikası, Aluşta şəhərində vəfat etmişdir. - Krım Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyəti Aktlarının Qeydiyyatı Departamenti Aluşta şəhər X1 Qeydiyyatı şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında C-01044 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası, Krım Respublikası, Aluşta şəhərində vəfat etmişdir. - Məzarın üzərində yerləşdirilmiş taxta lövhənin fotoşəklindən görünür ki, həmin lövhədə «Наджаф Али оглу 1948-xx.xx.2023» yazıları qeyd edilmişdir. - Vİİ-ЖГ № 303415 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi X3 oğludur. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi X2 xx.xx.2023-cü il tarixdə Krım yarımadasında yerləşən Aluşta şəhərində vəfat etmişdir. Lakin onun ölümünün Azərbayan Respublikasının müvafiq dövlət qeydiyyat orqanı tərəfindən qeydə alınması mümkün olmamışdır. Ərizəçinin mərhum atasının adına olan, Azərbayan Respublikasında yerləşən əmlakı vərəsəlik qaydasında qəbul edə bilməsi üçün atasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2549/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2549/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver