Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2556/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 1099,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi 42 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. Lakin, iddiaçı daimi olaraq həmin evdə yaşamır. Həmin evə nadir hallarda gəlir. Təbii qazdan istifadəyə görə **********10002 saylı abonent istifadəçisidir. İddiaçı 2019-cu ilin avqust ayında ona məxsus mənzilə gəldikdə, ünvanına quraşdırılmış qaz sayğacının dəyişdirilərək yenisi ilə əvəz edilməsinin şahidi olmuşdur. Bununla bağlı, cavabdeh təşkilata müraciət etdikdə isə, onun 1429,40 manat borcunun olduğu məlum olmuşdur. Bununla bağlı ona müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən aydın olmuşdur ki, “Azəriqaz” İB-nin əməkdaşları xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus mənzilə aid “İtron” G4 markalı sayğacı həmin ünvanda iddiaçının yaşamadığı halda ona xəbər vermədən, onun iştirakı olmadan çıxarmış, əvəzində yeni “İtron” G4 markalı sayğac quraşdırmışlar. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli akt tərtib etmişlər. Aktda sayğacın çıxarılma səbəbi kimi isə menyu fərqi olduğu göstərilmişdir. İddiaçıya təqdim edilən xx xxxxxx 2019-cu il tarixli AKT №MSK-29/1710- 02240-3 nömrəli akta əsasən isə çıxarılan sayğac xx xxxxxx 2019-cu il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. Yoxlamanın nəticəsinə görə, “xətalar normaya uyğundur. Sayğacın mexaniki hissəsi keçən qazın sərfiyyatını qeyd edir, lakin elektron hissə qeyd etmir, göstəricilər arasında fərq var. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdəyə kip bərkidilməyib.” Qüsura görə nəticə qaz itkisi göstərilmişdir. Sayğacın çıxarıldığı zaman həmin ünvanda yaşayış olmadığından sayğaca hər hansı bir pul vəsaiti yüklənməyib. Belə olan vəziyyətdə sayğacda qaz itkisi necə ola bilərdi. Sayğacın laboratoriyada yoxlanması qərəzli şəkildə aparılmış, əsassız səbəb göstərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, borcun yazılmasına dair aktın cavabdehdə olmadığını bildirmişdir. Göstərmişdir ki, əgər borcun yaranmasına əsas olan akt yoxdursa, o zaman borc əsassızdır və silinməlidir. İş üzrə cavabdeh “Azəriqaz” İB qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********10002 olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kənd Dadaş Vasif (9yanvar) küçəsi, bina 0181, mənzil 2 üvanına quraşdırılmış İddiaçı məxsus qaz sayğacının cari borcu 1429,40 manat təşkil edir. -“Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* saylı Aktdan görünür ki, İTRON G-4 1002AQ**********9 nömrəli sayğac çıxarılmış sayğacın menyularında fəq olduğuna görə yerinə İTRON G-4 markalı 1802AZ**********57 saylı yeni saycan quraşdırılmışdır. (sayğaca müdaxilə edildiyinə görə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi və ümumiyyətlə hansı əsaslarla borcun yazılması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanmış 1099,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına təbii qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 1099,40 (min doxsan doqquz manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2556/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2556/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver