Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2559/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qeyd olunmaqla Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qeyd olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə adı qeyd olunmuş xx xxxxxx 1972-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda anadan olan Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1972-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda anadan olan Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1972-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda anadan olmuşdur. X9, anası X5 və qardaşı X1 Azərbaycan Respublikasının vətəndaşıdır. SSRİ dövründə Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, ev 7, mənzil 46-da daimi pasport qeydiyyatında olaraq yaşamışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər “Azərbaycan Qarabağı” Konüllü dəstəsində Qarabağın azadlığı uğrunda döyüşmüşdür. Döyüş bölgəsində olduğu zaman Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, ev 7, mənzil 46 satıldığı üçün Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən həmin ünvandan daimi pasport qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 31b, mənzil 46 ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Anası və qardaşı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 8/1a ünvanında yaşayırlar. 1998-ci ildə SSRİ pasportunu, hərbi biletini itirdiyi və heç bir ünvanda pasport qeydiyyatının olmaması üçün Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsini ala bilməmişdir. Vətəndaşlıq pasportunun və şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən 1990-cı ildən bu günə kimi doğulduğu Gürcüstan Respublikasına və digər ölkələrə gedə bilmir, həmçinin heç bir dövlət müəsissəsində işləmək imkanı yoxdur. Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, müraciətinə xx xxxxxx 2019-cu il tarilxi ******* №-li arayış ilə imtina edilmişdir. İmtinaya əsas kimi “Azərbaycan Respublikası Vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətətndaşı olmadığı müəyyən edilmiş və Azərbaycan Respublikasında daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsin xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx xxxxxx 1972-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda doğulmuş, X9, anası X2r (xx.xx.2003-cü ildə Bolnisi VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). X5, X1 və X3 təsdiq etmişlər ki, təqdim edilən sənədlər və fotoşəkillər Ərizəçi aiddir (Sabunçu rayon Pİ-nin QMB tərəfindən təsdiq olunmuş AKT). Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən məhkəmə iclasında iştirak edən – Ərizəçi xx xxxxxx 1972-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda anadan olan Ərizəçi ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Ərizəçi Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, 7 №-li evin, 46 №-li mənzilində qeydiyyatda olmuş, xx.xx.1990-cı ildən mənzil satıldığı üçün məhkəmənin qətnaməsinə əsasən xx.xx.1992-ci ildə qeydiyyatdan çıxarılmışdır (Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 23 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 51 saylı, xx.xx.2019-cu il tarixli arayışı). Ərizəçi xidməti barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 217 №-li əmrilə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (əsas:səh-23, sıra- 58) «Azərbaycan Qarabağı» könüllü dəstəsində pul təminatı ilə təmin olunmağı qeyd edilmişdir (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 9/2-1610 №-li arayışı). xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın qanununun 30-cu maddəsinin «A» bəndinə müvafiq olaraq, Gürcüstan vətəndaşı hesab edilmir (Gürcüstan Səfirliyi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surəti). Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Ərizəçinin müracətinə imtina cavabı verilmişdir ( Azərbaycan Respublikası Dövlər Miqrasiya Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, ******* №-li cavab məktubu). İmtina ərizəçinin “Azərbaycan vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığının müəyyən olunması ilə əsaslandırılmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsisnin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhəkəmə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci bəndində göstərilri ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin maddənin dördüncü bəndində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, xx xxxxxx 1972-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda anadan olan Ərizəçi Azərbaycan Respublikasında daimi yaşamasına və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasına dair hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1972-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda anadan olan ərizəçi, Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2559/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2559/2020
13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver