Məhkəmə qərarları › İş №2(008)-2560/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2560/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2560/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2, Maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs3 nümayəndəsi X13 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikasının Maraqlı şəxs3 maraqlı şəxslər qismində göstərildiyi, “uşağın övladlığa götürülməsi” barədə ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş X5, xx.xx.2019-cu il tarixli, AZ-İV 383999 saylı doğum haqqında akt qeydində dəyişiklik edilməklə soyadı Mirzəyeva Mələknisə, ata adı Əlisəttar, ata qrafasında “Ərizəçi1” ana qrafasında “Ərizəçi2” göstərilməklə tərəflərindən övladlığa götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdə Ərizəçi2 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Hər ikisi orta təhsillidirlər. O, iribuynuzlu heyvanların alqı-satqısı ilə məşəğuldur və aylıq gəliri ***-**** manat təşkil edir. Ərizəçi2 evdar xanımdır. Ailə qurduqları vaxtdan 20 il keçsə də, övladları olmur. Bu səbəbdən də belə qərara gəlmişlər ki, qardaşı Maraqlı şəxs1 Maraqlı şəxs2 ilə birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X6 övladlığa götürsünlər. Onların bu təklifini uşağın valideynləri razılıqla qəbul etmişlər. Məlumat üçün bildirir ki, qardaşının X4 başqa iki övladı var. X8 doğulan gündən onlarla birlikdə yaşayır. Onlar hal-hazırda Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, özbaşına tikilidə bir ailə kimi yaşayırlar. X3 çox bağlanmışlar. Onu öz doğma övladı hesab edir, qayısına qalır, böyüdürlər. Övladlığa uşaq götürməkdə əsas məqsədi cəmiyyətdə mövcud olan norma və qaydalara uyğun olaraq uşaq sahibi olub, ailənin tamlığına nail olmaq, valideynlik hisslərini yaşamaqdır. Həmin uşağı vətənə xeyrli, cəmiyyətə faydalı, xoşbəxt bir insan kimi yetişdirmək istəyirlər. Onu da bildirir ki, onlar Azərbaycan Respublikasının Maraqlı şəxs3 tərəfindən övladlığa götürməklə bağlı təşkil olunan və ya həyata keçirilən bütün prosedurlardan keçmiş, müvafiq rəy və aktları əldə etmişlər. X1, ona valideyn qayğısı göstərməyə və onun bütün ehtiyaclarını təmin etməyə vaxt və maddi imkanları var. Onun lazımi təhsil almasına, tərbiyəsinə, cəmiyyət üçün layiqli bir vətəndaş kimi formalaşmasına sağlamlıq vəziyyəti də imkan verir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında ərizəsini müdafiə edərək məzmuna uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs1, ərizəni qəbul edərək bildirdi ki, Ərizəçi1 onun qardaşıdır. Övladı Mələknisə doğulan gündən qardaşıgildə qalır və onu ata olaraq qəbul edir. Odur ki, o və həyat yoldaşı ərizənin təmin edilməsinə etiraz etmirlər. Maraqlı şəxs2 ərizəni qəbul edərək digər maraqlı şəxsin göstərdiklərinə uyğun izahat verib, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs3 nümayəndəsi X14 məhkəmə iclasında rəyi müdafiə edərək bildirdi ki, Ərizəçi1 və Ərizəçi2 tərəfindən X5 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. Ona görə də, ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.1-ci maddəsində göstərilir ki, övladlığa götürmə üç mərhələdə həyata keçirilir: övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. «Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1 №-li Qərarının 24cü bəndinə əsasən, övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Hər bir uşaq təkrarolunmaz varlıqdır. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin, onun xarakterinin, psixoloji yönümünün səciyyəvi cəhətləri nəzərə alınsın, uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. İşə əlavə olunmuş sənədlər məhkəmə iclasında tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir: - 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 383999 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, övladlığa götürülən X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2dır. - Bakı şəhəri Sabunçu rayon VVADQ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş İİ- AZ seriya №-li 016398 nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə Ərizəçi1 və X11 arasında rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. - Maraqlı şəxs1 və Maraqlı şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onlar övladları X5 Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməsinə razıdırlar. - Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi2 Azərbaycan Respublikası vətəndaşlarıdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Ərizəçi1 ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olub, Ərizəçi2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayırlar. - İcbari Tibbi Sığorta Agentliyinin Övladlığa götürmə ilə bağlı 5 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 254 və 255 nömrəli arayışlardan məlum olur ki, Ərizəçi1 və Ərizəçi2, vərəm, psixi xəstəliklər üzrə dispanser qeydiyyatında yoxdur, hal-hazırda onlarda psixi xəstəliklər aşkar edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 347.1.7-ci maddələrinin tələbindən görünür ki, övladlığa götürmə barədə ərizəyə müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi əlavə olunmalıdır və müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Maraqlı şəxs3 Övladlığagötürmə Departamentinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, valideyn-namizədlər Ərizəçi1 və Ərizəçi2 tərəfindən X5 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilir. Onun əməlində övladlığa uşaq götürməyə imkan verməyən qanunazidd hər hansı bir hal aşkar edilməmişdir. Övladlığa götürülən uşaq – xx.xx.2019-cu il təvəllüdlü X8 valideyn-namizəd Ərizəçi1 qardaşı Allahverdi Əliabas oğlunun övladıdır. Uşağın valideynləri notarial ərizədə X5 Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməsinə razılıqlarını ifadə etmişlər. Rəydə qeyd olunan digər məlumatları və övladlığa götürmə üçün valideyn-namizədin uçota alınması mərhələsinin nəticəsini nəzərə alaraq Övladlığagötürmə Departamenti yekunda Ərizəçi1 və Ərizəçi2 tərəfindən X5 övladlığa götürülməsini uçot məlumatları əsasında uşağın mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 122.1 və 122.3-cü maddələrinin tələblərinə görə, valideynləri olan uşaq yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Valideynlər öz uşaqlarını konkret şəxsə övladlığa verməyə razılıq verə bilərlər. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, ərizəçilərin övladlığa götürülən uşağı saxlamağa, qayğısına qalmağa və tərbiyəsi ilə məşğul olmağa imkanı var, övladlığa götürmə uşağın mənafeyinə tam uyğundur və onun hərtərəfli inkişafına kömək edəcəkdir, həmçinin, uşağın ərizəçi tərəfindən övladlığa götürülməsinə onun valideynləri razıdırlar və övladlığa götürməyə mane ola biləcək hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 117 və 120-ci maddələrinə əsasən hesab edir ki, həmin uşaq övladlığa götürülməsinə yol verilən uşaq, ərizəçilər isə övladlığa götürmək hüququ olan şəxsdir. Məhkəmə, ərizəçinin xahişini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 125 və 127-ci maddələrinə əsasən, övladlığa götürülən uşağın soyadının dəyişdirilməsini, həmçinin, ərizəçinin uşağın atası kimi yazılmasını mümkün hesab edir. Eyni zamanda, ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikasının Ailə Məjəlləsinin 119-1.1-ci maddəsinin tələbinə əsasən, müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə, övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 349, 350 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 Əlisəttar Əliabas oğlunun və Ərizəçi2 övladlığına verilsin. Övladlığa götürmə qeydiyyat orqanı tərəfindən akt qeydləri kitabında qeyd edilərkən övladlığa götürülən X5 ata adı «Əlisəttar», ata adı qrafasında «Ərizəçi1», ana adı qrafasında «Ərizəçi2» qeyd olunsun. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə aparılmış 7046 №-li akt qeydində dəyişiklik əsasında yeni qeydlə doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar