Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-258/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə məcburi qaydada mənzildən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evi satılmadığına görə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən əldə edilmiş və xx.xx.2021-ci il tarixində mülkiyyət hüququna dair çıxarışla rəsmilşdirilmişdir. Cavabdeh1 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün "xxxx" MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli 2(008)-196/2018 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edərək 41267.01 ABŞ dolları kredit borcunun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmetinin 65000 manat ilkin satış qiymətilə açıq hərracdan satılmasını, qalan hissədə rədd edilməsini qət edilmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evi AR MDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. Cavabdehlərə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubla yaşayış sahəsindən aylıq 2000 manat olmaqla kirayə müqaviləsi bağlamaq təklif edilmiş, xx.xx.2021-ci il tarixinədək belə müqavilə bağlanmayacağı halda yaşayış sahəsini tərk etmək tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzil dövlət mülkiyyət hüququ əsasında "xxxx" MMC-nin adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli BAKU1-24505-10495 saylı kredit müqaviləsi üzrə 26342,22 ABŞ dolları əsas borc, 13924,79 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 41267,01 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq "xxxx" MMC-ə ödənilməsi, tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, Zeytun emalı zavodu ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evi açıq hərracda satılması və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, Zeytun emalı zavodu ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 65000 manat müəyyən edilməsi qət edilmişdir. - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-371/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. -xx.xx.2014-cü il tarixli notarial qaydad təsdiq olunmuş ərizələrin surətindən görünür ki, Cavabdeh1, X1, Cavabdeh4 öz imzaları ilə təsdiq edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada qalaraq mənzili zəbt etmiş sayılırlar. Ona görə də, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanunsuz sahibliyindən alınmalı və cavabdehlər həmin həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış ev boşaldılsın, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə məcburi qaydada mənzildən çıxarılsın və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər tərəfindən "xxxx" MMC-ə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-258/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-258/2023
01.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver