Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-26/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 127751-CNS- 6221 saylı “Nağd pul kredit müqaviləsi” üzrə xx.xx.2017-ci il tarixə əsas kredit borcu üzrə 5276,32 manat, 916,97 manat məbləğində faiz, 139,20 manat cərimə borcu olmaqla, cəmi 6332,49 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 127751-CNS-6221 saylı “Nağd pul kredit müqaviləsinə” əsasən cavabdehə istehlak məqsədi ilə illik 26 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7000 min ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 127751-CNS-6221 saylı “Nağd pul kredit müqaviləsinə” dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən Cavabdeh borcu konvertasiya edilərək 5448 manat məbləğində 24 ay müddətinə xx.xx.2017-ci il tarixədək illik 28 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Lakin borclu “Nağd pul kredit müqaviləsi” üzrə öz üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2016cı il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka 5276,32 manat məbləğində əsas borc, 916,97 manat məbləğində faiz borcu, 139,20 manat cərimə üzrə borcu, ümumilikdə 6332,49 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarından olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 127751-CNS-6221 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. -xx.xx.2017-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə əsas borcu 5276,32 manat, faiz borcu üzrə 916,97 manat, cərimə borcu 139,20 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə əsas borcu 3769,62 manat, faiz borcu üzrə 655,12 manat, cəmi 4424,74 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan iş materialları və qanunvericilik normalarına əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunan xx.xx.2022ci il tarixli maliyyə arayışından görünür ki, qalan borcun məbləği iddia tələbində göstərilən məbləğdən azdır. Belə ki, cavabdeh tərəfindən ödənişlər edildikdən sonra əsas borc 3769,62 manat, 655,12 manat faiz, 0 manat cərimə, cəmi 4424,74 manat olmuşdur. Buna görə də, borc maliyyə arayışında göstərilən məbləğində təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3769 (üç min yeddi yüz altmış doqquz) manat, 62 (altmış iki) qəpik əsas, 655 (altı yüz əlli beş) manat, 12 (on iki) qəpik faiz borcu, cəmi 4424 (dörd min dörd yüz iyirmi dörd) manat, 74 (yetmiş dörd) qəpik və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-26/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-26/2023
17.04.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver