Məhkəmə qərarları › İş №2(008)-2607/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2607/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2607/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Vagif oğlunun, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Vagif oğlunun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Vagif oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin **********00509 №-li abonent kodundan xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında hesablanmış 777,60 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində AKX- 01903xx/xx-2019 №-li müqavilə əsasında onun Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvamndakı fərdi yaşayış evinə abonent kodu **********00509 olan smart tipli qaz sayğacı quraşdırılmışdır. Uzun müddət həmin smart tipli sayğacın smart kartına pul ödəməklə qazdan istifadə etmişdir. Təxminən xx.xx.2023-cü il tarixində kart vasitəsi ilə sayğaca qaz yükləyə bilmədi və bu səbəbdən də ərazi üzrə qaz nəzarətçisinə müraciət etdi. xx.xx.2023-cü il tarixində ******* №-li akt əsasında əvvəlki smart tipli G-4 markalı **********8 Nli sayğacı yerindən çıxararaq, əvəzetmə ilə yerinə mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Əvvəlki qaz sayğacı çıxarılan zaman həmin sayğacın plombları yerində olmuş, sayğac normal qaydada işləyirdi. Bu yaxınlarda mexaniki tipli sayğacın istifadə olunan qaz sərfıyyatmı ödəyən zaman sayğacına 777,6 manat əlavə borc yazıldığının şahidi oldu. Borcun haradan yazıldığını öyrənmək üçün “Azəri-Qaz“ İstehsalat Birliyinə müraciət etdi. “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşı sayğacının labaratoriya rəyinin sənədlərini təqdim etdi. Orada guya ki, qaz sayğacının element yuvasında elementin olmadığı, klapanın bağlı olduğu qeyd olunmuşdur. O, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşına bildirdi ki, sayğacının plombları yerində olub, sayğacına müdaxilə etməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı Vagif oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanı üzrə **********00509 nömrə ilə abonent kimi Cavabdehndə qeydiyyat alınmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli ******* №-li Aktdan görünür ki, iddiaçıya məxsus G-4 markalı **********8 №-li sayğac çıxarılmış, yerinə ZENNER G-4T mexaniki markalı **********2 №-li sayğac quraşdırılmışdır. Çıxarılmış G-4 markalı **********8 №-li sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-925 №-li akta əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən İddiaçı Vagif oğlu na məxsus ünvanda quraşdırılmış sayğaca müdaxilənin edilməsinin aşkar olunması nəticəsində dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, həmin qüsura əsasən 6480 kum metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin akta əsasən iddiaçıya 777,60 manat zərər hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış 777,60 manat məbləğinin silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyinə görə iddiaçı məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış 777,60 manat iddiaçıdan istənilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 777,60 manat məbləğ iddiaçının abonent kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı Vagif oğlunın qaz sayğacına yazılmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi kimi göstərilmiş ünvanında yerləşən fərdi yaşayış evinin **********00509 №-li abonent kodundan xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında hesablanmış 777,60 manat borc silinsin. 30 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar