Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2618/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X13 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Qafan rayonunda xx.xx.1964-cü il tarixində doğulmuş X2 doğum akt qeydinin bərpa edilməsi, ana qrafasında “X14”, ananın milliyəti olaraq “azərbaycanlı”, ata qrafasında isə “X19”, atanın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, X6 xx.xx.1964-cü il tarixində Ermənistan Qafan rayonunda anadan olmuşdur. Anası xx.xx.1941-ci il tarixdə Ermənistan Qafan rayonunda doğulmuş və xx.xx.1996-cı il tarixdə vəfat etmiş- Şxəliyeva (Vəliyevə) Pəri Salah qızıdır. Atası isə 1937-ci il tarixdə Ermənistan Qafan rayonu, Atqız kəndində doğulmuş və 1963-cü il tarixdə Ermənistanda vəfat etmiş- X11r. Atam Ermənistanda vəfat etdiyi üçün onun ölüm haqqında şəhadətnaməsi Ermənistanda zəlzələ zamanı dağıntılar altında qalmışdır. Hər iki valideyninin milliyyəti azərbaycanlıdır. Qardaşı-xx.xx.1962-ci il təvəllüdlü X15 barəsində Ermənistanda qeydə alınmış doğum haqqında şəhadətnamədə valideynlərinin azərbaycanlı olması öz təsdiqini tapır. O, X24 rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1981-ci il tarixli nikahla evlənəndən sonra “Bağırova” soyadına keçmişdir. 1968-ci ilin zəlzələ hadisəsindən sonra köçüb gələrkən bir çox sənədləri, həmçinin onun doğum haqqında şəhadətnaməsi dağıntılar altında qaldığından (sadəcə bir neçə sənədlərini tapıb, gətirə bilmişlər) Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə, Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirimişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X13 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-16-5/7-xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydiniz bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaqsınız. Nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X1 Şirzad Xanqulu oğlu ilə 05 yanvar 1981-ci il tarixdə 15 nömrəli akt qeydi ilə nikaha daxil olmuş və nikahdan sonra soyadı Bağırova olmuşdur. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin 10 may 2016-ci il tarixli AZ-İ 805249 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19 yanvar 1996-cı ildə ölmüşdür. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Qafan rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1941-ci ildə Ermənistan Qafan rayonunda anadan olmuş, atası X5 milliyyəti azərbaycanlı, anası Vəliyeva Xoşkızımdır, milliyyəti azərbaycanlı. İ-ЖЗ seriyalı, 663614 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X16 xx.xx.1962-ci ildə Ermənistan, Qafan rayonunun Atqız kəndində, X3, milliyyəti azərbaycanlı, anası isə X9, milliyyəti azərbaycanlı. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onlar ata bir ana bir doğma bacı-qardaşdırlar. X3, anası isə X9r. Ata və anasının hər ikisinin milliyyəti azərbaycanlıdır. acısı xx xxxxxx 1964-cü ildə Ermənistan Qafan rayonunda anadan olmuşdur. 1968-ci ilin zəlzələ hadisəsindən sonra köçüb gələrkən bir çox sənədləri, həmçinin bacısının doğum haqqında şəhadətnaməsi dağıntılar altında qalmışdır. Anam və atam azərbaycanlıdırlar. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçi X10 məxsus olan doğum haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamə ərizəçiyə sosial hüquq hüquqlarının həyatə keçirməsi üçün vacib olduğundan ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X4 xx.xx.1964-cü tarixdə Ermənistan Respubikası Qafan rayonunda doğulması barədə doğum akt qeydi bərpa olunmalı və həmin akt qeydində doğum tarixi “xx.xx.1964-cü il”, doğum yeri “Ermənistan Respubikası, Qafan rayonu”, ata adı qrafasında atasının adı “X17”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X18”, milliyyəti “azərbaycanlı” qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Şxəliyeva (Bağırov) Malaka Qafiz qızının Ermənistanın Respubikası, Qafan rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi Şxəliyeva (Bağırov) Malaka Qafiz qızına doğum haqqında şəhadətnamə verilərək, doğum tarixi “xx.xx.1964-cü il”, doğum yeri “Ermənistan Respubikası, Qafan rayonu,”, ata adı qrafasında atasının adı “X19”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X18”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2618/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2618/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver