Məhkəmə qərarları › İş №2(008)-262/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-262/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-262/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Hüseynli Əfqan Qurban oğlunun, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “aktlara əsasən yazılmış cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “aktlara əsasən yazılmış cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fərdi yaşayış evinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında yazılmış aktlara əsasən qanunsuz hesablanmış 14513,96 (on dörd min beş yüz on üç manat doxsan altı qəpik) manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2011-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəz-Sütçülük (Saxvoz) küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin sonunda evinə gələn qaz xəttinin bayır hissəsində qaz turbasından qaz axıntısı olduğu, iyin gəlməsi ilə bağlı qaz xidmətinin qaynar xəttinə zəng edərək, məlumat vermişdir. Məlumatdan sonra Azəriqaz İB-nin əməkdaşları qaz xəttini tam bərpa etmək əvəzinə məsluliyyətsizlik edərək sayğacı iplə bağlayıb getmişlər. Təqribən bu hadisədən 1 ay sonra həmin əraziyə heyvanlar gələrək qaz xəttinə toxunmaqla borunu tamamilə sındırmışlar. Hava soyuq olduğundan iddiaçı qaz xəttinə xüsusi şlanq qoşmaqla evi isitmək üçün qaz xəttini evə çəkmişdir. Bunu edərkən düşünmüşdür ki, Azəriqaz İB-nin əməkdaşları belə bir qoşulma halını görsələr, ciddi şəkildə bir tədbir görərək problemi tamamilə aradan qaldıracaqlar. 2024-cü ilin aprel ayında yaşadığı evə polis əməkdaşları gələrək, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, qazdan qanunsuz istifadə etdiyi üçün Azəriqaz İB tərəfindən onun barəsində şikayət verilmişdir. Qaz sayğacı yenisi ilə əvəzləndiyi zaman əvvəlki qaz sayğacına xarici vizual baxış keçirilmiş və nəticədə heç bir pozuntu aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də heç bir akt tərtib edilməmişdir. Azəriqaz İB-nin əməkdaşları üç il ərzində mütəmadi olaraq hər ay üzrə sadəcə qaz xəttində aylıq nəzarət etməklə ona cərimə protokolunu təqdim etməklə kifayətlənmişdir. Halbuki onlar bu pozuntunu gördüyü andan qazın verilişini dayandırmalı və bu barədə protokol tərtib etməli idi. Məqsəd vətəndaşı daha çox cərimə cəzasına məruz qoymaq olmuşdur. Belə ki, Azəriqaz İB tərəfindən sözügedən mübahisəli aktlar nəticəsində ona 14513,96 (on dörd min beş yüz on üç manat doxsan altı qəpik) manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, aktların heç biri ilə tanış olmadığını, aktlar yazılarkən heç bir xəbərdarlıq edilmədiyini, yüksək məbləğdə borc yazıldığını bildirdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, Azərbaycan Respublikası Energetika Nazirliyinin rəyi ilə razı olmadıqlarını, itirilmiş qazın dəyəri 2021-ci ildə 1.708 manat, 2023-cü ildə 1.246 manat hesablandığı halda, 2022-ci ildə 3.082 hesablanması qeyri-mümkündür. Ümumi olaraq 2022-ci ildə akta görə hesablanma aparılmışdır. Aktda yazılan məbləğləri yüksək hesab etdiklərini, Azərbaycan Respublikası Energetika Nazirliyi hesablama apararkən əvvəlki illərdə olan qaz sərfiyyətini nəzərə almalı olduğunu, lakin aktlarda yazılan məbləğə uyğun hesablandığını, cavabdehin mənzili 2 otaqlı olduğunu, həmən mənzil üçün hesablanmış qaz sərfiyyəti düzgün olmadığını bildirdi və aktlar əsasında hesablanmış cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini, iddiaçının sayğaca kənar qoşulma olmasını təsdiq etdiyini, sayğaca kənar qoşulma ilə bağlı akt tərtib edildiyini, həmin aktlara əsasən də borc hesablandığını bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 14513,96 (on dörd min beş yüz on üç manat doxsan altı qəpik) manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-835/2025 nömrəli 27 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Azəriqaz" İB tərəfindən 2021-ci ilin iyununda 2024-cü ilin aprelinə qədər 25 aktla iddiaçıya qazdan qanunsuz istifadəyə görə 14513,96 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qayda!arı"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü it tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qayda!arı”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşuima halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: -1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 -1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m3 -1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1,5 m3 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalarının” 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”-nın 3.1.11-ci maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 +1.5 m3) x12saat x 30 gün=1476 m3 Yay ayları üçün ayda (1.2 m3+1.5 m3) x12 saat x 30 gün = 972 m3 2021-ci ildə tərtib edilmiş 7 akt üzrə: 2 qış ayı x 1476 m3 +.5 yay ayı x 972 m3 = 7812 m3 2022-ci ildə tərtib edilmiş 11 akt üzrə: 5 qış ayı x 1476 m3+.6 yay ayı x 972 m3= 13212 m3 2023-cü ildə tərtib edilmiş 5 akt üzrə: 2 qış ayı x 1476 m3+3 yay ayı x 972 m3= 5868 m3 2024-cü ildə tərtib edilmiş 2 akt üzrə: 2 qış ayı x 1476 m3 + = 2952 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 2017-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2021-ci il üzrə: 1200 m3 x 0.10 manat + 1300 m3 x 0.20 manat + 5312 m3 x 0.25 manat = 1708 manat 2022-ci il üzrə: 1200 m3 x 0.12 manat + 1300 m3 x 0.20 manat + 10712 m3 x 0.25 manat = 3082 manat 2023-cü il üzrə: 1200 m3 x 0.12 manat + 1300 m3 x 0.20 manat + 3368 m3 x 0.25 manat = 1246 manat 2024-cü il üzrə: 1200 m3 x 0.12 manat +1300 m3 x 0.20 manat + 452 m3 x 0.25 manat = 517 manat olmaqla cəmi 6553 manat təşkil edə bilər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınmaqla (abonent bu faktı inkar etmir), qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 6653 manat müəyyən edilməldir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin İddiaçı aktlar üzrə qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 14513,96 (on dörd min beş yüz on üç manat doxsan altı qəpik) manat borc məbləğindən 7960,96 (yeddi min doqquz yüz altmış manat, doxsan altı qəpik) manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən abonent kodu **********00000 olan yaşayış evinə Cavabdeh İB tərəfindən yazılmış aktlar əsasında 7960,96 (yeddi min doqquz yüz altmış manat, doxsan altı qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar