Məhkəmə qərarları › İş №2(008)-2621/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2621/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2621/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunda maşinist köməkçisi işləməsinə dair faktın təsdiq edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. O, uzun müddətdir ki, Bakı şəhərində yaşayır və müxtəlif müəssisələrdə işləmişdir. İndi də əmək fəaliyyətini davam etdirir. Hal-hazırda o güzəştlərlə pensiya əldə etmək imkanı verən yaş həddinə çatdığı üçün və kifayət qədər əmək stajı olduğu üçün vaxtı ilə əmək fəaliyyəti ilə məşğul olduğu müəssisələrdə işlədiyini təsdiq edən sənədləri toplamışdır. xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin 2 saylı X5 zavodunda sürücü vəzifəsində işləmişdir. İşlədiyi müəssisə hal-hazırda ləğv edilmişdir və həmin müəssisənin arxiv sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialına Təhvil verilməmişdir. Onun qeyd etdiyi müəssisədə işləməyi ona məxsus Əmək Kitabçasında qeyd edilsə də Arxiv sənədləri olmadığından əmək stajı pensiya təyinatı zamanı nəzərə alınmır. O, əmək fəaliyyətini təsdiq edən arxiv arayışını müəssiəsənin arxiv sənədlərini təhvil verməməsi əlaqədar əldə edə bilməmişdir. Ona əmək pensiyası təyin edilməsi mümkün deyildir. Bu səbəbdən də o məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, hazırki vəziyyətdə onun həmin faktı müəyyən etmək üçün sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, 12 il 6 ay əmək stajının olduğunu, lakin “Asan Xidmət” Mərkəzindən bu faktın məhkəmə yolu ilə təsdiq edilməsinin zəruri olduğunu bildirdikləri üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Ərizə tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 ərizəni qəbul etməyərək və iddia tələbinə dair yazılı etirazını məhkəyə təqdim edərək bildirdiki, Ali Məhkəmə Plenumun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlərlə birlikdə mövcud olmalıdır ki, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Daha sonra həmin qərarın 1.4-cü maddəsində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericikdə bu və ya digər faktın qeydiyyatı qaydasını nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmamasının qeyri – mümkünlüyü nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, MPM-nin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya,əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümükünsüzlüyünü təsdiq edən sübutlar göstərilmişdir. Ərizəçi iddia etdiyi dövrlər üzrə iş stajını təsdiq edən əmək kitbçası mövcuddur. Hazırki iş üzrə əmək kitabçasının mövcud olması ərizəçi tərəfindən irəli sürülmüş iddianın rədd edilməsi üçün əsas verir. Ərizəçi ərizəsinin təmin edilməmisini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 öz izahatında bildirdi ki, ərizəçi Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunda maşinist vəzifəsində işləmişdir. Ərizəçi 1990-cı il tarixdən 1995-ci il tarixədək 5 il müddətində onun köməkçisi olmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid öz izahtında bildirdi ki, o və Ərizəçi da 1990- 1995-ci illər Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunda maşinist köməkçisi vəzifəsində işləmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunda maşinist köməkçisi işləmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı xx xxxxxx 2021-ci il tarixli, BA- 00407-2021 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunun 1990-1995-ci illərə dair sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş əmək kitabçasının təsdiq olunmuş surətindən də görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunda maşinist köməkçisi işləmişdir. Belə ola halda həhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1990-cı il tarixindən xx.xx.1995ci il tarixədək Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunda maşinist köməkçisi vəzifəsində işləməsi faktı əmək kitabçası ilə təsdiq olunduğundan həmin faktın yenidən məhkəmə qaydasında təsdiq olunması yolverilməzdir və ərizə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixədək Bakı şəhərində Baş Tikinti İdarəsinin 2 saylı X5 Zavodunda maşinist köməkçisi işləməsi faktının təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar