Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2628/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu **********50004 olan iddiaçının istifadəsində olan işıq sayğacına Azərişıq ASC tərəfindən yazılmış 10037 manat borcun silinməsi və iddiaçı tərəfindən ödənilmiş vəsait üzrə əsassız olaraq tutulmuş 90 manat vəsaitin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və hər ay dövlətə ödədiyi məbləğ həcmində elektrik avadanlıqlarından istifadə edir. Belə ki, istehlak etdiyi enerjinin dəyərini ödədiyi dövrdə məlum olmuşdur ki, qurumun əməkdaşları tərəfindən heç bir hüquqi əsası olmayan borc təyin etmişdirlər. Təbii ki, yuxarıda qeyd olunmuş borc məbləği Qanunvericiliyin tələblərini pozmaqla yanaşı həqiqətə uyğun deyildir. Əlavə olaraq onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı ildə Nardaran qəsəbə sakinləri ilə keçirdiyi görüşdə Qaz, işıq borcu üzrə 42 milyon manat borcun silinməsinə dair aidiyyatı İcra qurumlarına, o cümlədən Kommunal İdarələrə göstəriş vermişdir. Bu fakt videodiskdə və https://Dresident.az/az/azarticles/view/20337/print saytından sereen çıxarışının 3-cü və 4cü və 5-ci səhifələrində öz əksini tapmışdır. Buna baxmayaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Bakı Filalım 16 yanvar 2025ci il tarixli 3-15-2-1/2-V-5988/2-5-81/2025 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının "xxxx" ASC üzrə **********50004 saylı istehlakçı hesabında 10 037 (on min otuzyeddi) manat borc məbləği hələ də, durmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 borcun köhnə sərfiyyat borcu olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan **********50004 saylı abonentin abunə haqqında saldosundan görünür ki, İddiaçı enerji istifadəsinə görə 10038 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş **********50004 abunə nömrəsi ilə Azərişıq ASC-nin hesabına edilmiş ödənişlərin qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixli, 25203 nömrəli qəbz ilə 10 manat ödəniş edilmiş, 5 manat tutulmuş, xx.xx.2025-ci il tarixli, 11578 nömrəli qəbz ilə 20 manat ödənilmiş, 10 manat tutulmuş, xx.xx.2024-cü il tarixli, 6556 nömrəli qəbz ilə 20 manat ödənilmiş, 10 manat tutulmuş, xx.xx.2025-ci il tarixli, 8514 nömrəli qəbz ilə 20 manat ödənilmiş, 10 manat tutulmuş, xx.xx.2025-ci il tarixli, 31609 nömrəli qəbz ilə 20 manat ödənilmiş, 10 manat tutulmuş, xx.xx.2024-cü il tarixli, 2944 nömrəli qəbz ilə 40 manat ödənilmiş, 20 manat tutulmuş, xx.xx.2024-cü il tarixli, 17013 nömrəli qəbz ilə 10 manat ödənilmiş, 5 manat tutulmuş, xx.xx.2025-ci il tarixli, 14887 nömrəli qəbz ilə 20 manat ödənilmiş, 10 manat tutulmuş və xx.xx.2025-ci il tarixli, 134 nömrəli qəbz ilə 20 manat ödənilmiş, 10 manat tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «X3 Qaydaları»nın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər normativ sənədlərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanına cavabdeh tərəfindən sayğac quraşdırılmış, həmin sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyət isə qanunla cavabdehin üzərinə qoyulmuşdur. "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında izahatı və abonentin saldosundan müəyyən olunmuşdur ki, iddiaçıya hesablanmış borclar aktlar tərtib edilərək yaranmışdır. Lakin, bu uzun müddət əvvəl olduğuna görə həmin aktlar artıq mövcud deyil və onların hansı əsasla yaranmasını müəyyən etmək mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən aktlar öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin elektrik paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, aktlar üzrə hesablanmış 10037 manat borc məbləği silinməlidir. Məhkəmə iddia tələbinin “əsassız olaraq tutulmuş 90 manat vəsaitin iddiaçıya geri qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialların əlavə olunmuş qəbzlər ilə müəyyən edilmişdir ki, abonentin yüklədiyi məbləğlərdən əsassız olaraq cəmi 90 manat məbləğində tutulmalar aparılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu: **********50004) yazılmış 10037 (on min otuz yeddi) manat məbləğində borc silinsin. Əsassız olaraq tutulmuş 90 manat məbləğində pul cavabdeh Azərişıq ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakışəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2628/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2628/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver