Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2637/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehn tərəfindən yaşadığı ünvanın qaz sayğacı üzrə abonent hesabına (abonent kodu **********00480) tərtib olunmuş aktların ləğv edilməsi, qaz hesabına aktlar əsasında olaraq hesablanmış 972 manat borcun silinməsi, qaz hesabına tərəfindən ödənilən ödənişlərə əsasən qanunsuz olaraq tərtib edilmiş borca görə ödənişlərin 50% hissəsi olan tutulmuş 427,50 manat pul vəsatinin **********00480 saylı abonent kodu üzrə hesaba geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 0480 bir müddətdir ki, onun faktiki sahibliyindədir. Cavabdeh İB ilə bağlanmış qazın alqı-satqı müqaviləsi əsasən fasiləsiz olaraq yaşadıqları ev qazla təmin olunmuşdur. Bunun əvəzində isə aylıq istifadəsində olan fərdi yaşayış evində təbii qazdan aylıq ödənişləri vaxtlı-vaxtında tam şəkildə ödəmişdir.xx.xx.2018-ci il tarixində cavabdeh orqanın əməkdaşları tərəfindən yaşadıqları ünvana yaxınlaşaraq ona məlumat verilmədən sayğaca baxış keçirilmiş və sayğacın çıxış borusunda dəlik aşkar edilməsi əsas gətirilərək "qaz sayğacının çıxakılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib edilərək sayğac yenisi ilə əvəz edilmişdir. Daha sonra “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli akt tərtib edilərək dəymiş zərərin hesablanması barədə tələb irəli sürülmüşdür. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Bu günədək o, hüquqlarından xəbərsiz olduğuna görə nə edəcəyini bilməmiş, mütəmadi olaraq ailə üzvlərinin qaz təchizatından məhrum olmaması üçün qaz hesabına ödənişlər etmişdir. Hesab edir ki, ödənişlər əsasında borca görə yönələn tutma məbləğləri də hesabına geri qaytarılmalıdır. Qaz hesabından çıxarışdan da göründüyü kimi 2018-ci ilin noyabr ayında ona borc hesablanmışdır. Həmin çıxarışa əsasən cədvəldə 24,25,26,27,28,29,30,31,32,33,34,35,36-cı qrafalara nəzər saldıqda məlum olur ki, onun ödədiyi məbləğin 50% hissəsi borca görə tutulmuşdur. Ümumilikdə borca görə ödədiyi vəsaitdən 427,50 manat təşkil edir. Həmin məbləğdə əsassız olaraq ondan tütüldüğü üçün geri qaytarılmalıdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehn tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış 422,50 manat pul vəsaitinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin və dəqiqləşdirilmiş ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində İddiaçı yaşadığı ünvan 1 mənzil 0480 ünvanında sayğaca baxış keçirilmiş və sayğacın çıxış borusunda dəlik aşkar edilmiş, "qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib edilərək sayğac yenisi ilə əvəz edilmişdir. Daha sonra “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və dəymiş zərər hesablanmışdır. Akt tərtib edilərkən birliyin əməkdaşları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmiişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə təbii qazdan istifadə edilməsi ilə bağlı Cavabdeh İB arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 mənzil 0480 ünvanında sayğaca baxış keçirilmiş və sayğacın çıxış borusunda dəlik aşkar edilmişdir. İş materiallarından görünür ki, "Cavabdeh" İB-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 9720 m3, dəyəri 422,50 manat, hesablanmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçı Cavabdeh İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 422,50 manat dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməlidir. İddia aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. Belə ki, aktda əks olunanlar həqiqəti əks etdirir və iddia üzrə iddiaçı tərəfindən şübhə altına alınmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehn tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il akt əsasında hesablanmış 422,50 manat məbləğində borc silinməli, Cavabdehn tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehn tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il akt əsasında hesablanmış 422,50 manat məbləğində borc silinsin. Cavabdehn tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il aktın ləğv edilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova “
Məhkəmə qərarları › İş №2(008)-2637/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2637/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver