Məhkəmə qərarları › İş №2(008)-264/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-264/2025

03.03.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-264/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçinun maraqlı şəxs Cavabdeh olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Cavabdeh olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu - xx.xx.1981-ci il təvəllüdlü X3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-9855/2017 №-li qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnaməyə əsasən isə Bakı şəhəri Cavabdeh başçısının 25 fevral 2018-ci il tarixli sərəncamı ilə ərizəçi X2 qəyyumu təyin edilmişdir. Hazırda oğlunun vəziyyəti yaxşılaşmış və o, sağalmışdır. Tural hərəkətlərini tam dərk edir və özünü sərbəst şəkildə idarə edə bilir. Onda fəaliyyət qabiliyyəti olmayan şəxs üçün xarakterik olan heç bir əlamət qalmamışdır. Səhhəti və psixoloji vəziyyəti qaydasındadır. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil elektron ərizə ünvanlayaraq baxış iclasını onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab emişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçinin oğlu X3 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonunda qeydiyyatdadır (AZE seriyalı 17916881 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyt vəsiqəsi). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)- 9855/2017 №-li qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilməklə xx.xx.1981-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabuı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə Ərizəçi X2 qəyyumu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 238 №-li rəyinə əsasən X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malikdir, onun psixi vəziyyətinə görə fəaliyyət qabilliyəti olmayan şəxs hesab edilməsinə əsaslar yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1981-ci il tarixdə doğulmuş X3 hal-hazırda öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağa və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyum məhkəmə qərarına əsasən ləğv edilir. 35.9-cu maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın fəaliyyət qabiliyyətli sayılması və onun üzərindən qəyyumluğun və ya himayəçiliyin götürülməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmağa borcludur. 38.5-ci maddəsinə əsasən qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəs əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilm haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliy olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsin yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 322.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş halla məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanı ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxa Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ciil tarixdə doğulmuş X3 fəaliyyət qabliyyətli şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərindən qəyyumluğun götürülməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar