Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2657/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla, “mənzilin ipoteka ilə yüklü edilməsi ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra İddiaçı MTK) Cavabdeh qarşı maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) olmaqla “mənzilin satılaraq borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş çıxarışa əsasən özgəninkiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 satılaraq, satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.08.2016-cı il tarixli, 23- 02-08-2016-RA-BM saylı kredit müqaviləsi üzrə cavabdehin borcunun ödənilməsinə dair Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına verilmiş çıxarışa əsasən, özgəninkiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvan: ünvan 3 "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə ipoteka müqaviləsi bağlanılaraq, mənzilin "Azərbaycan Beynəlxalq Bankı” ASC-də ipoteka ilə yüklü edilməsi ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı MTK arasında bağlanılmış “Birgə fəaliyyət haqqında” 24.05.2016-cı il tarixli müqaviləyə əsasən, İddiaçı MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılan mənzillərin dəyərinin 90 faizindən artıq olmayan hissəsinin illik azı 8 faiz dərəcəsi ilə 240 ay müddətinədək kreditləşdirilməsi ilə əlaqədar tərəflər qarşılıqlı öhdəliklər götürmüşlər. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, bank ilə sifarişçi-borcalan arasında bağlanılacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsinin müddəti bitənədək sifarişçi-borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən, sifarişçiborcalana verilmiş kredit üzrə ödənişlər sifarişçi-borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 60 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsinin müddəti bitənədək gecikdirilmiş kredit borcunu və ödəniş cədvəlinə müvafiq olaraq hesablanmış faizləri, cərimə faizlərini, dəbbə pulunu bankdan şifahi və ya yazılı formada (yəni məktub, elektron poçt, sms və s.) aldığı zamandan 5 gündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.8-ci bəndinə əsasən, sifarişçi-borcalan bankla bağlanılacaq kredit müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə MTK zaminlik müaviləsi bitənədək bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə borcunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır və bu borcu özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı “Daxili ipoteka üçün təminatlı kredit müqaviləsi”nə əsasən, borcverən borcalana borcalan ilə İddiaçı MTK arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 55 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 faiz olmaqla 167 ay müddətinə qaytarılmaq şərtilə, 133,884 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 02.08.2016-cı il tarixli, 55 saylı İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində tikilməkdə olan bina 1A, blok 1, mərtəbə 6, ümumi sahəsi 146.24 kv.m-dən ibarət 3 otaqlı 22 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarış (bundan sonra çıxarış) alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilir. Müqavilənin 12.6-cı bəndinə əsasən, borcalan çıxarış alması barədə borcverənə məlumat verməklə yanaşı, həmin mənzili ipoteka ilə yüklü etmək öhdəliyi daşıyır. Həmin müqavilənin 17.2-ci bəndinə əsasən, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyi halda, müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş kreditin təminat üsulu ilə bağlı müqaviləyə uyğun olaraq borcverənin tələbləri tam şəkildə təmin edildikdə müqaviləyə xitam verilir. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 55 saylı “E.Xəlilov (S.Qocayev 142) küçəsi ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı MTK E.Xəlilov (S.Qocayev 142) küçəsində inşa edilən (inşa edilmiş) 3 girişli 13 mərtəbəli yaşayış binasında; giriş 1A, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın iç hissəsindən hesablanmaqla) 146.24 kv.m-dən ibarət 3 otaqlı, 22 saylı təmirsiz mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1017 manat olmaqla, müqavilənin qiyməti cəmi 148.764 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin qiymətinin 14.880 manat hissəsi alıcının vəsaiti hesabına, qalan 133.884 manat hissəsi isə, "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən, alıcı tərəfindən alıcı ilə "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün alıcı ilə MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1 ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı səbəbə görə müqavilə şərtləri pozularsa, MTKnın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ vardır. Alıcı bununla əlaqədar, MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında, alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzil üzrə üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində alıcıya qaytarılacaq. "xxxx" ASC tərəfindən İddiaçı MTK və Cavabdeh göndərilən “Mənzil kreditinə tutmanın yönəldilməsi haqqında” 22.01.2021-ci il tarixli, PK/İ-0004 saylı bildirişdə borclu Cavabdeh kredit vəsaitindən istifadə etdiyi, lakin 22.01.2021-ci il tarixə ödəniş cədvəli üzrə əsas və faiz borcu 33.270 manat təşkil etdiyi, həmin borcun ödənilməyəcəyi təqdirdə isə, "xxxx" ASC tərəfindən 02.08.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh zamini İddiaçı MTK-ya müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda, bununla bağlı 01.02.2021-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh bildiriş göndərilərək İddiaçı MTK-dan aldığı ünvan 4 ünvanında yerləşən 22 saylı mənzilə dair çıxarış əldə edərək, onunla "xxxx" ASC arasında bağlanmış 02.08.2016-cı il tarixli, 2B-02-08-2016-RA-BM saylı “Daxili ipoteka üçün təminatlı kredit müqaviləsi”nin 4.3-cü bəndinə əsasən, həmin mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü etməyi tələb edilmişdir. Həmin gün Cavabdeh telefonla İddiaçı MTK-nın rəhbərliyi ilə əlaqə saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 142, 1A ünvanında yerləşən 22 saylı mənzilə dair çıxarış aldığını və banka olan borcunu daha ödəməyəcəyini bildirmişdir. Yuxarıda sadalanan müqavilələrə əsasən belə nəticəyə gəlmək olar ki, Cavabdeh tərəfindən "xxxx" ASC-dən götürülən kreditin zamini kimi İddiaçı MTK çıxış edir və həmin kreditin təyinatı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 əldə edilməsi olmuşdur. Belə ki, Cavabdeh əldə etdiyi mənzilə dair çıxarış aldıqdan sonra müqavilə şərtlərinə əsasən, həmin mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü etməli idi. Bu həm müqavilənin şərtlərində öz əksini tapmış, həm də cavabdehin vəzifəsi kimi müqavilələrdə qeyd edilmişdir. Bu təminatı nəzərə alaraq, İddiaçı MTK cavabdehin krediti üzrə zaminlik mövqeyindən çıxış etmişdir. Cavabdeh "xxxx" ASC-yə olan borcunu özü ödəməlidir. Ödəmədiyi təqdirdə, əldə etdiyi mənzili satmalı, satışından əldə ediləcək vəsait hesabına banka olan borcunu ödəməlidir. Cavabdehin banka olan borcunu uzun müddət ərzində ödəmədiyini nəzərə alaraq, borcun ödənilməsindən yayındığı qənaətinə gəlmək olar. Çünki kredit borcunun təyinatı hesab edilən mənzili artıq əldə etmişdir və hətta həmin mənziİə dair çıxarış da ala bilmişdir. Həmin çıxarışı aldıqdan sonra isə müqavilələr üzrə öhdəliklərini pozaraq, bu barədə nə banka, nə də MTK-ya məlumat vermişdir. Buradan belə qənaətə gəlmək olar ki, cavabdeh mənzilə dair çıxarış əldə etdikdən sonra borcu ödəməmək niyyətindədir. Cavabdehin banka olan borcunu ödəməməsi isə İddiaçı MTK-nı çətin vəziyyətə salmaqla yanaşı, onun bank hesablarında yerləşdirilmiş vəsaitinin də silinməsi təhlükəsi altına qoymuşdur. Ona görə də, yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə, eləcə də qanunvercilik normalarına əsasən Cavabdeh ünvan 5 ünvanında yerləşən 22 saylı mənzilini 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı “Daxili ipoteka üçün təminatlı kredit müqaviləsi”nə əsasən, "xxxx" ASC-də ipoteka ilə yüklü etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı “Daxili ipoteka üçün təminatlı kredit müqaviləsi”nə əsasən, borcverən borcalana borcalan ilə İddiaçı MTK arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 55 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 faiz olmaqla 167 ay müddətinə qaytarılmaq şərtilə, 133,884 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 02.08.2016-cı il tarixli, 55 saylı İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində tikilməkdə olan bina 1A, blok 1, mərtəbə 6, ümumi sahəsi 146.24 kv.m-dən ibarət 3 otaqlı 22 saylı mənzil üzrə çıxarış alındıqdan sonra qeyd olunan əmlakın ipoteka ilə rəsmiləşdirilməsi, müqavilənin 12.6-cı bəndinə əsasən, isə, borcalan çıxarış alması barədə borcverənə məlumat verməklə yanaşı, həmin mənzili ipoteka ilə yüklü etmək öhdəliyi daşımasına baxmayaraq, borcalan üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin qeyd olunan mənziİə dair çıxarış aldığını, çıxarışı aldıqdan sonra bu barədə nə banka, nə də MTK-ya məlumat verdiyini, banka olan borcunu uzun müddət ərzində ödəmədiyini nəzərə alaraq, hesab etmək olar ki, o, borcun ödənilməsindən yayınır. Ona görə də, tərəflər arasında bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq, Cavabdeh ünvan 5 ünvanında yerləşən 22 saylı mənzilini 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı “Daxili ipoteka üçün təminatlı kredit müqaviləsi”nə əsasən, "xxxx" ASC-də ipoteka ilə yüklü etməlidir. O, qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin olunması barədə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. İş materiallarında olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sabunçu filialı ilə İddiaçı MTK arasında bağlanılmış “Birgə fəaliyyət haqqında” 24.05.2016-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilənin predmetini İddiaçı MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılan mənzillərin dəyərinin 90 faizindən artıq olmayan hissəsinin illik azı 8 faiz dərəcəsi ilə 240 ay müddətinədək kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, bank ilə sifarişçi-borcalan arasında bağlanılacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsinin müddəti bitənədək sifarişçiborcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən, sifarişçi-borcalana verilmiş kredit üzrə ödənişlər sifarişçi-borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 60 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsinin müddəti bitənədək gecikdirilmiş kredit borcunu və ödəniş cədvəlinə müvafiq olaraq hesablanmış faizləri, cərimə faizlərini, dəbbə pulunu bankdan şifahi və ya yazılı formada (yəni məktub, elektron poçt, sms və s.) aldığı zamandan 5 gündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.8-ci bəndinə əsasən, sifarişçi-borcalan bankla bağlanılacaq kredit müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə MTK zaminlik müaviləsinin müddəti bitənədək bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə borcunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır və bu borcu özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 55 saylı “E.Xəlilov (S.Qocayev 142) küçəsi ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı MTK E.Xəlilov (S.Qocayev 142) küçəsində inşa edilən (inşa edilmiş) 3 girişli 13 mərtəbəli yaşayış binasında; giriş 1A, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın iç hissəsindən hesablanmaqla) 146.24 kv.m-dən ibarət 3 otaqlı, 22 saylı təmirsiz mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1017 manat olmaqla, müqavilənin qiyməti cəmi 148.764 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin qiymətinin 14.880 manat hissəsi alıcının vəsaiti hesabına, qalan 133.884 manat hissəsi isə, "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməlidir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən, alıcı tərəfindən alıcı ilə "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün alıcı ilə MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı səbəbə görə müqavilə şərtləri pozularsa, MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ vardır. Alıcı bununla əlaqədar, MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında, alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzil üzrə üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində alıcıya qaytarılacaq. İş materiallarında olan "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı “Daxili ipoteka üçün təminatlı kredit müqaviləsi”ndən görünür ki, borcverən borcalana borcalan ilə İddiaçı MTK arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 55 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 faiz olmaqla 167 ay müddətinə qaytarılmaq şərtilə, 133,884 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 02.08.2016-cı il tarixli, 55 saylı İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində tikilməkdə olan bina 1A, blok 1, mərtəbə 6, ümumi sahəsi 146.24 kv.m-dən ibarət 3 otaqlı 22 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 12.6-cı bəndinə əsasən, müvafiq çıxarış alındıqda, borcalan 10 iş günü ərzində bu barədə borcverənə məlumat verməli və 30 gündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Sabunçu filialı, İddiaçı MTK və Cavabdeh arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı Zaminlik müqaviləsindən görünür ki, kreditorla ("xxxx" ASC) borclu (Cavabdeh) arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin (İddiaçı MTK) alınmış mənzilin özəlləşdirilərək banka ipoteka qoyulanadək və eyni zamanda alınmış kreditin qalığı mənzilin dəyərinin 70 faizini təşkil edənədək borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və həmin borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, bankdakı vəsaitləri, qiymətli kağızları hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh və İddiaçı MTK-nın sədri X3 ünvanlanmış 22.01.2021-ci il tarixli “Mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildiriş”dən görünür ki, "xxxx" ASC-yə olan ödəniş cədvəli üzrə 33.270 manat məbləğində borc ödənilməyəcəyi təqdirdə, bank zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini "xxxx" MTK-ya müraciət edəcək, o isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən, keditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 146,24 kv.m-dən ibarət 3 otaqlı 22 saylı mənzili öz sahibliyinə keçirərək bank qarşısında borcu bağlamaq hüququna malikdir. İş materiallarında olan İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış 01.02.2021-ci il tarixli bildirişdən görünür ki, sonuncudan "xxxx" MTK-dan aldığı ünvan 6 ünvanında yerləşən 22 saylı mənzilə dair çıxarışın əldə edilərək, onunla "xxxx" ASC arasında bağlanılmış 02.08.2016-cı il tarixli, 23-02-08-2016-RA-BM saylı “Daxili ipoteka üçün təminatlı kredit müqaviləsi”nin 4.3-cü bəndinə əsasən, həmin mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü etməyi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MTK tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh adına özgəninkiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanı sonradan dəyişdirilərək, ünvan 8 ünvanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır ( 448.2-ci maddə). Azərbaycan Respublikası MM-in 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə mənzil alınması məqsədilə, 133,884 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh kredit müqaviləsi üzrə təminat kimi çıxış edən mənzil üzrə çıxarış aldıqdan sonra qeyd olunan əmlakın ipoteka ilə rəsmiləşdirilməsi, çıxarış alması barədə banka məlumat verməklə yanaşı, həmin mənzili ipoteka ilə yüklü etmək öhdəliyi daşımasına baxmayaraq, o, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh qeyd olunan mənziİə dair çıxarış alması barədə banka və MTK-ya məlumat verməmiş, həmçinin banka olan borcunu uzun müddət ərzində ödəməmişdir. Bununla da, o, müqavilə öhdəliklərini icra etməmişdir. İşin faktiki hallarına və qeyd olunan qanunvericilik aktlarının müddəalarına əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh adına verilmiş çıxarışa əsasən, özgəninkiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvan: ünvan 10lə dair "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlanılaraq, həmin mənzilin "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsi ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh adına verilmiş çıxarışa əsasən, özgəninkiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvan: ünvan 10lə dair "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlanılaraq, həmin mənzilin "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsi ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddiaçı MTK tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, iddiaçının xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2657/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2657/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver