Məhkəmə qərarları › İş №2(008)-266/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-266/2023

28.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-266/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə qanunsuz zəbt olunmuş ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 18451 saylı, 18 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən, istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1400 kv.m olan 1029 №-li sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 18451 saylı, 18 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1400 m2 olan 1029 №-li bağ sahəsi onun istifadəsinə verilmişdir və sözügedən bağ sahəsi artıq on ildən çox müddətdir ki, onun istifadəsindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun doğma qardaşlarıdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 6908 №-li müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1030 №-li bağ sahəsi ona verilmişdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li Çıxarış ilə cavabdehin xüsusi mülkiyyətindədir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 05 oktyabr 2001-ci il tarixli, 23 №-li Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1031 №-li bağ sahəsi digər Cavabdeh1 mülkiyyətinə verilmişdir və AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında caşmmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ******* Çıxarış ilə cavabdehin xüsusi mülkiyyətindədir. Ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 1029 №-li bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, **********40 saylı, xx.xx.2017-ci il tarixli məktub ilə sözügedən bağ sahəsinin ölçüsünün tərəfiindən təqdim edilmiş hüququmüəyyənedici sənədlərdə göstərildiyi kimi 1400 m2 deyil, 680 m2 təşkil etdiyi, eyni zamanda, bağ sahəsinin sərbəst giriş-çıxış yolu olmadığı bildirələrək, bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Ərizəyə əlavə etdiyi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyi ilə aralarında bağlanmış 18451 saylı, 18 dekabr 2006-cı il tarixli müqavilədən də göründüyü kimi, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 1029 №-li bağ sahəsinin ümumi sahəsi 0,14 ha (1400 m2) müəyyən edilmişdir. Sonradan o, bu məsələni araşdırmağa başlayarkən ona məlum olmuşdur ki, cavabdehlər müqavilə üzrə onun istifadəsinə verilmiş 1029 №-li bağ sahəsinin xeyli hissəsini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, ona məxsus bağ sahəsinin bir hissəsi cavabdehlər tərəfindən hasar çəkilmiş ümumi sahənin tərkibində yerləşir. Cavabdehlərə məxsus torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdə torpaq sahələrinin ümumi sahəsinin formal olaraq 0,25 ha qeyd olunmasına baxmayaraq, hal-hazırda cavabdehlər faktiki olaraq ona məxsus bağ sahəsinin xeyli hissəsini qanunsuz zəbt etmişlər. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini iddiaçı tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin cavabdehlər və üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək «İmza» ekspertizasının rəyi əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki mülki işin faktiki halları aşağıdakılardır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mahiyyəti ilə eyni tələblə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 2(008)-50/2021 №-li üş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş məhkəmənin icraatında olan zaman məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən 18451 №-li bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən İddiaçı adına verilmiş 1029 №-li bağ sahəsinə, Cavabdeh1 adına verilmiş 1031 №-li bağ sahəsinə, Cavabdeh2 adına verilmiş 1030 №-li bağ sahəsinə dair qovluqların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən götürülməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 №-li Bakı Ərazi İdarəsi tərəfindən qovluqlar məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən hər qovluqdan lazımi sənədlər çıxarılmışdır. İddiaçı aid 18451 №-li qovluqdan aşağıdakılar müəyyən olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə İddiaçı arasında Nardaran qəsəbəsində 0,14 ha torpaq sahəsi olan 1029 №-li bağa dair xx.xx.1988-ci il tarixdə 18451 №-li müqavilə bağlanmış, xx.xx.2006-cı il tarixdə müqavilə yenilənmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarizasiya Bürosu tərəfindən həmin bağ sahəsinə dair cizgi-sxem tərtib edilmişdir. Həmin cizgi-sxemdən görünür ki, adıçəkilən bağ sahəsinin sağında 1041, solunda 1026 №-li bağ sahələri, arxa hissəsində isə qaya yerləşir. Cavabdeh2 aid 421600 №-li qovluqdan aşağıdakılar müəyyən olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi ilə Rəhmanova Rəhman arasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi olan 1030 №-li bağa dair xx.xx.1987-ci il tarixdə 6908 №-li müqavilə bağlanmış, xx.xx.2004-cü il tarixdə müqavilə yenilənmişdir. X1 və İstismarı Birliyi tərəfindən həmin bağ sahəsinə dair cizgi-sxem tərtib edilmişdir. Həmin cizgi-sxemdən görünür ki, adıçəkilən bağ sahəsinin önündə 1031 №-li, sağında 1033 №-li, solunda 1027 №-li, arxasında isə 1029 (iddiaçıya məxsus sahə) bağ sahələri yerləşir. Azərbaycan Rsepublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş, DƏDRX tərəfindən MH seriyalı ******* №-li Çıxarış verilmişdir. Cavabdeh1 aid 486516 №-li qovluqdan aşağıdakılar müəyyən olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi ilə Rəhmanova Rasim arasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi olan 1031 №-li bağa dair xx.xx.2001-ci il tarixdə 3135 №-li müqavilə bağlanmışdır. X1 və İstismarı Birliyi tərəfindən üç bağ sahəsinə dair (1029, 1031, 1033 ) dair plan tərtib edilmişdir. Həmin plandan görünür ki, üç bağ sahəsi ardıcıl yerləşir və ən arxada qaya var, həmin qayaya kiminsə sahəsi düşmür. Azərbaycan Rsepublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı və ölçüsü tərtib edilmiş, DƏDRX tərəfindən RX seriyalı ******* №-li Çıxarış verilmişdir. İddiaçının mövqeyinə görə ona məxsus 0,14 ha torpaq sahəsinin bir hissəsi və həmin toraq sahəsinə gedən yol cavabdehlər tərəfindən zəbt edilmişdir. Məhkəmənin icraatında olmuş 2(008)-263/2019 №-li mülki iş (yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixdə verilmiş iddia ərizəsi üzrə açılmış iş) materiallarından çıxarılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 08.2019-cu il taripxli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029 №-li bağ sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və ölçülmüş ərazinin faktiki sahəsi 0.7002 hektardır. Ölçülmüş ərazinin (əlavə edilmiş sxemdən göründüyü kimi) qərb hissəsində 680 kv.m İddiaçı iddia etdiyi, ardınca reyestr nömrəsi **********78 olan çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş 0,2500 hektar, bunun şərqində isə reyestr nömrəsi **********64 olan çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.2500 hektar torpaq sahəsi yerləşir. Göstərilən əraziyə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlanma işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatları və sərhədlərini təyin etmək mümkün olmamışdır. Bağ sahəsinin koordinatları dəqiq təyin edilmədiyindən sualların cavablandırılması mümkün olmamışdır. Arxiv cizgisinə əsasən 1029 №-li bağın göstərilən sahəyə (0.068 hissə) aidiyyəti yoxdur. 1029 №-li bağ (sxemdə göstərilən) ölçülmüş ərazinin cənub qərb hissəsində yerləşməlidir. Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçınun Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz zəbt olunmuş ərazinin boşaldılması tələbinə dair iddiası üzrə yenidən mütəxəssis rəyinin alınması qərara alınmış və iş materialları bu dəfə «İMZA» Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. «İMZA» Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İEM- 1/22 №-li mütəxəssis rəyindən aşağıdakılar görünür. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029, 1030 və 1031 №-li bağ sahələrinin yerləşdiyi ümumi ərazinin hasardaxili mövcud vəziyyətdə ümumi sahəsinin 0.52,6 ha təşkil etdiyi müəyyən edilib. Mövcud müqavilə və çıxarışlara əsasən 1029, 1030 və 1031 №-li bağ sahələrinə aid ümumi torpaq sahəsi 0.64 ha (İddiaçı məxsus ərazi 0.14 ha, Cavabdeh2 məxsus ərazi 0.25 ha, Cavabdeh1 məxsus ərazi 0.25 ha olmaqla) olmalı olduğu halda, naturada həmin ərazinin faktiki sahəsi 0.52,6 ha olduğu (fərq-0.11,4 ha) müəyyən olunur (0.64 ha-0.52,6ha=0.11,4 ha) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029 №-li bağ sahəsinin naturada yeri, 1030 və 1031 №-li bağ sahələrinin isə naturada yerləri və koordinatları ƏMDK və Dövlət Toraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərə əsasən və naturada mövcud vəziyyətə uyğun olaraq (şəhadətnamə, çıxarış və torpaq sahələrinin plan-ölçüləri) müəyyən edilib, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən Cavabdeh1 məxsus 1031 №-li bağ sahəsinə aid olan 0.25 ha torpaq sahəsinin 0.19,3 ha hissəsinin ümumi sahəsi 52.6 ha təşkil edən torpaq sahəsinin daxilində, qalan 0.05,7 ha hissəsinin isə faktiki olaraq girişdən sağ tərəfdə yerləşən hasardan kənarda yerləşdiyi müəyyən edilir (0.19,3 ha +0.05,7 ha=0.25 ha) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən Cavabdeh2 məxsus 1030 №-li bağ sahəsinə aid olan 0.25 ha torpaq sahəsinin 0.19,3 ha hissəsinin ümumi sahəsi 52.6 ha təşkil edən torpaq sahəsinin daxilində, qalan 0.05,7 ha hissəsinin isə faktiki olaraq girişdən sağ tərəfdə yerləşən hasardan kənarda yerləşdiyi müəyyən edilir (0.19,3 ha +0.05,7 ha=0.25 ha) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən, müqavilə əsasında İddiaçı icarəsinə verilmiş 1029 №-li bağ sahəsinin 0.14 ha torpaq sahəsi ərazi olaraq - Cavabdeh1 və Cavabdeh2 məxsus sənədlərə uyğun sahələrin yeri nəzərə alındıqdan sonra umumi 0.52,6 ha torpaq sahəsinin qayanın dib hissəsindəki 0.06 ha ərazidən (1), girişdən sol tərəfdə yerləşən hasarla Cavabdeh1 və Cavabdeh2 məxsus bağ sahələrinin müəyyən edilmiş sərhəd xətti arasında yerləşən 0.06 ha ərazidən (2) və ümumi sahəyə girişdən sağ tərəfdə yerləşən Cavabdeh1 bağ sahəsinə bitişik və hazırda onun istifadəsində olan 0.02 ha (3) toıpaq sahələrindən ibarətdir (0.06 ha + 0,06 ha + 0.02 ha = 0.14 ha). Belə ki, naturada mövcud olan 0.52,6 ha torpaq sahəsinin daxilində 0.38,6 ha hissəsinin (0.19,3 ha + 0.19,3 ha) Cavabdeh1 və Cavabdeh2 (1030 və 1031 №-li bağ sahələri), qalan 0.14 ha hissənin isə İddiaçı (1029 bağ sahəsi) aid olduğu müəyyənləşdirilmişdir. Həmçinin, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1029, 1030, 1031 №-li bağ sahələri yerləşən ümumi ərazinin və hər bağın ayrı-ayrılıqda naturada yeri və koordinatları müəyyən edilərək, mülki iş materiallarının 73-cü vərəqəsində olan planda torpaq sahəsinin bir tərəfdən eninin 59.0 metr olduğu göstərildiyi, lakin faktiki olaraq 50.0 metr olduğunu, eni 59.0 metr olan sərhəd hasarının küçə ilə sərhədliliyinin düz xətt boyu olduğu göstərildiyi halda, faktiki olaraq mülki işin 73-cü vərəqində olan plan sxemdən fərqli olaraq küçə ilə sərhədin müxtəlif bucaqlarla kəsişdiyini, Cavabdeh1 məxsus torpaq sahəsinin 0.05,7 ha hissəsinin faktiki olaraq girişdən sağ tərəfdə yerləşən qonşunun istifadəsində olduğunu, həmçinin Cavabdeh2 məxsus torpaq sahəsinində 0.05,7 ha hissəsinin faktiki olaraq girişdən sağ tərəfdə yerləşən qonşunun istifadəsində olduğunu nəzərə alaraq, həmin torpağın və daxildə olan 1029, 1030 və 1031 №-li bağların faktiki vəziyyətinin mülki işin 73-cü vərəqəsində olan plana və ƏMDK və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin sol tərəfində 6.0 m enində yol nəzərdə tutulduğu, həmin yolun İddiaçı icarəsində olan 0.14 ha torpağın daxilində yerləşdiyi, həmin hissədə isə (Cavabdeh1 məxsus 1031 №-li torpaq sahəsində) 8.0 m enində, 15.0 m uzunluğunda tikili inşa edilərək həmin yolun tutulduğu, eyni zamanda ümumi sahəyə girişdən sağda yerləşən 0.02 ha torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir. Göründüyü kimi, iki mütəxəssis rəyi arasında ziddiyyət mövcud olmuşdur. Bu əsasdan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin alınması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış aşağıdakı suallar qoyulmuşdur: 1029, 1030, 1031 №-li bağ sahələri yerləşən ümumi ərazinin və hər bağın ayrıayrılıqda naturada yeri və koordinatları müəyyən edilsin. Həmin yer və koordinatlar iş materialları vər. 73-də olan plana uyğundurmu? Əgər uyğun deyilsə, bunun səbəbləri müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu Nardaran bağ massivində yerləşən ümumi sahəsi 1400 kv.m olan 1029 nömrəli bağ sahəsinin və ona gedən yolun zəbt edilməsi halı mövcuddurmu? Əgər zəbt etmə halı mövcuddursa, zəbt etmənin ölçüləri müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/7714 №-li ekspert rəyinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verdiyi üçün Bakı və Bakı ətrafı bağlar ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətində arxiv sənədləri eləcə də digər məlumatların olmaması səbəbindən qeyd edilən 1029, 1030, 1031 bağ sahələri yerləşən ümumi ərazinin və hər bağın ayrıayrılıqda naturada yerini və koordinatlarını sənəd üzrə müəyyən etmək mümkün deyil. Lakin mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemə əsasən sxemdə 1030 nömrə ilə qeyd edilən ərazi naturada ölçülmüş, iş materialına əlavə edilmiş 142-ci səhifədəki sxemlə və bazadan verilmiş sxemdə Cavabdeh2 verilmiş (1030 saylı bağ sahəsinə) reyestr nömrəsi **********78 olan çıxarışın bazada yerləşmə mövqeyi ilə üst-üstə düşür. Mübahisələndirilən və naturada ölçülmüş (səhifə 50) sahəsi 0.6329 hektar torpaq sahəsi həmin yer iş materiallarındakı vərəqə ( sahəsi 0.6480 hektar) 142-də olan plana uyğundur. Mübahisələndirilən ərazi iş materiallarındakı vərəqə (sahəsi 0.6480 hektar) 142də olan plandan göründüyü kimi bir yerdə olduğundan onların bölündükdən sonra keçid yolu ancaq mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemdə 1031 saylı bağdan 1030 saylı bağa 5 metr enində yol qeyd edilmiş həmin yolun axıra qədər davamı göstərilən başqa sənəd təqdim edilmədiyindən İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən ümumi sahəsi 1400 kv.m olan 1029 nömrəli bağ sahəsinin və ona gedən yolun zəbt edilməsi halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, cavabdehlər torpaq üzərində olan hüquqlarını dövlət qeydiyyatına aldırmış, iddiaçı isə bunu etməmişdir. Bu əsasdan hazırki vəziyyətdə iddiaçının torpağının zəbt etmə faktının müəyyən edilməsi mümkün olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut edə bilməmişdir. Məhkəmə bu halı araşdırmaq üçün mütəxəssis və ekspert rəyləri almış, həmin rəylərlə də zəbetmə halı müəyyən edilməmişdir. Bu əsasdan iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Eyni zamanda qeyd edildiyi kimi, cavabdehlərin torpaq sahələri üzərində olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və dövlət tərəfindən həmin hüquqlar qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Hazırki iş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edilmişdir, odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar