Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2663/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum əri xx.xx.1981-ci ildə vəfat etmiş X2 mərhum qayınatası xx.xx.1973-cü ildə vəfat etmiş X1 oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, əri mərhum X5 ilə nikahları xx.xx.1959-cu ildə bağlanmış və bu barədə Sabunçu rayonu Bilgəh qəsəbə icra nümayəndəliyində 24 nömrəli akt qeydi tərtib edilmişdir. Birgə nikahda olduqları zaman qaynatası X1 mülkiyyətində olan ünvan 1 ünvanında yaşamışlar, hal-hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Qayınatası xx.xx.1973-cü ildə vəfat etmişdir. Maraqlı şəxs verdiyi məlumata görə, ölüm akt qeydi aparılmadığından ölüm faktını Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2594/2022 saylı qətnamə ilə müəyyən etmişdir. Ərinin 1981-ci ildə vəfat etməsinə dair ölüm haqqında şəhadətnaməsi olsa da, 1934-cü ildə doğulması doğum haqqında şəhadətnaməsi olmadığından onun atasının həqiqətən də X4 olmasını müəyyən etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Əliəkbər Rəhimovun atası X1 adına AR İN Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi məlumata əsasən Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 2-ci döngə, 56 saylı ev vardır. Belə ki, AR dövlət Arxivinin verdiyi məlumata görə 1933-34-cü illərə dair Bakı şəhəri, Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. Əliəkbər Rəhimov xx.xx.2021-ci ildə iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Əri vaxtsız vəfat etdiyi üçün qaynatasının adına olan evin AR İN Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX PHŞ-də dövlət qeydiyyatının alınması, notariusda vərəsəlik işinin açılması və miras qoyulmuş əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınmasına əngəl yaradır. X1 olması faktını qohumları və qonşuları təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, mərhum Rəhimov Ağamirzə babası, Rəhimov Əliəkbər atasıdır. Atası 1981-ci ildə rəhmətə gedib, babası isə 1973-cü ildə rəhmətə gedib. Hazırki ərizəçi Anasıdır. Ərizəçinin yaşadığı ev yəni Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, döngə 2, ev 56 Rəhimov Ağamirzənin evidir, Rəhimov Ağamirzədə onun mərhum həyat yoldaşı Rəhimov Əliəkbərin atasıdır. Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, döngə 2, ev 56 hər hansı rəsmi sənədinin olması dəqiq yadında deyil, amma hansısa sənədi vardır. Atası 1934-cü ildə anadan olub. Məhkəmə iclasına dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, mərhum Ağamirzə və Əliəkbər qonşuları olublar. Qayınatasının qohumudurlar. Qapı qonşusuyuq. Əliəkbəri tanıdığını, Ədilənin həyat yoldaşı, Ağamirzənin oğlu olduğunu bildirdi. Ədilənin 1980-ci ildə gəlin köçdüyünü, Əliəkbərin 1981-ci ildə ödüyünü, Ağamirzə onun qayınatasının əmisi oğlu olduğunu bildirdi. Məhkəmə iclasına dəvət olunmuş şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Mərhum Əliəkbəri də, Ağamirzəni də tanıyırdı. Əliəkbər Ədilənin yoldaşı idi. Ərizəçi Bilgəh qəsəbəsində 28 aprel küçəsində yaşayır və qonşudular. Mərhum Əliəkbəri tanıyırdı, qonşu idilər. Əliəkbər təxminən 1980-ci ildə rəhmətə gedib. Dəqiq yadında deyil. Rəhmətə gedəndə yaşlı idi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 278731 nömrəli, 13 avqust 2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X14 arasında nikah xx.xx.1959-cu ildə Bakı şəhərində bağlanıb bu barədə Sabunçu rayonu, Bilgəh qəsəbə icra nümayəndəliyində 24 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan H-ЖГ 271454 nömrəli, xx.xx.1981-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1981-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin ərizəsinə cavab olaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1933-1934-cü illərə dair Bakı şəhəri Səbail (Şəhər), Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcələnin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması, hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması, hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmişdir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməli, Ərizəçi mərhum əri xx.xx.1981-ci ildə vəfat etmiş X2 mərhum qayınatası xx.xx.1973-cü ildə vəfat etmiş X1 oğlu olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gösətrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri xx.xx.1981-ci ildə vəfat etmiş X2 mərhum qayınatası xx.xx.1973-cü ildə vəfat etmiş X1 oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2663/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2663/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver