Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-267/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə manenin aradan qaldırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə manenin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ sahəsində ona məxsus olan 2231a saylı bağ sahəsini zəbt etmiş Cavabdeh oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş) Bağlar Təsərrüfat İdarəsinin 13 dekabr 1991-ci il tarixli 130 sayılı qərarına əsasən, ona Bakı şəhəri, Sabunçu Rayonu, X11 (238 No. kooporativ) 2231 "a" nömrə ilə 0,12 ha bağ torpaq sahəsi ayrılmış və tərtib edilmiş bölgü sxeminə müvafiq olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Lakin, buna baxmayaraq, qonşu 2230 və 2230 "a" sayılı bağ sahələrinin sahibi Cavabdeh ona məxsus olan həmin torpaq sahəsini heç bir əsas olmadan zəbt edərək, bütünlüklə bu bağ sahəni öz bağ ərazisinə qatmış, onu hasara almış və öz bağ sahəsi kimi istifadə etməkdədir. Zəbt etdiyi torpaq sahəsindən çıxmasını cavabdehdən tələb etsə də, o ona məxsus torpaq sahəsindən çıxmır və onun tələbinə məhəl qoymur. Bu müddət ərzində, o, ona özgənin torpaq sahəsini zəbt etməyin qanunla qanunla qadağan edildiyini izah etsə də Cavabdeh artıq son vaxtlarda qəti olaraq onun torpaq sahəsindən çıxmayacağını bildirir. Bu səbəbdən də, özünə, ailəsinə məxsus olan bu torpaq sahəmdən tamamı ilə məhrum olmuşam. İddiaçı nümayəndəsi X4 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, mülki işin materiallarından göründüyü kimi İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş bağ sahəsindən çıxarılmasına”dair iddia qaldıraraq məhkəmədən 2231a saylı, 0,12 ha sahəli bağ sahəsi 25.11,2020-ci il tarixdən onun mülkiyyətində olduğunu, lakin həmin bağ sahəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyini, məhkəmədən cavabdehin qanunsuz istifadəsindən həmin bağ sahəsinin alınaraq ona qaytarılması haqqında qətnamə qəbul etməyi xahiş edir. İddia aşağıda istinad əsaslara görə qanunsuz və əsassız hesab edilməklə təmin edilməməlidir. İddiaçı 2017-ci ildən Cavabdeh mülkiyyətində olan torpaq sahələrindən əlavə olaraq faktiki istifadəsində 0,1189 ha torpaq sahəsinin olduğunu öyrəndikdən sonra həmin torpaq sahəsini ələ keçirmək məqsədi ilə ona qarşı həmin torpaq sahəsinin mülkiyyətində olan 2231 saylı, 0.12 ha sahəli bağ sahəsi olduğunu və guya cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyini iddia edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin ona qaytarılması haqqında tələb irəli sürmüşdür. Hazırki etiraz ərizəsinə əlavə edilmiş, qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-187/2018 saylı və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5737/2018 saylı qətnamələrindən göründüyü kimi İddiaçı həmin tələbi təmin edilməmişdir. Məhkəmələr belə bir nəticəyə gələrkən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin 9757 saylı, xx.xx.2017-ci il tarixli rəyinə istinad edərək Cavabdeh daş hasara alınaraq istifadəsində və mülkiyyətində 2229, 2230 və 2230a saylı bağ sahələrinin,o cümlətən, əlavə olaraq 0,1189 ha torpaq sahəsainin olduğunu, lakin 0,1189 ha torpaq sahəsinin 2231 saylı bağ sahəsinin koordionatları, sərhədləri ilə üst-üstə düşmədiyindən, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmədiyi müəyyən olunduğu əsas olaraq götürmüşdür. Əslində isə rəsmi sənəd əsasında İddiaçı mülkiyyətində olan 2231 saylı bağın sahəsi 0,12 ha göstərilmiş olsa da, məhkəmə sorğusu əsasında reyestr xidməti idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş həmin bağ sahəsinin arxiv sənədinə əsasən bağın ümümi sahəsi 0,25 ha olmuş, bu günədək də iddiaçının istifadəsindəki 2231 saylı bağın faktiki sahəsi 0,25 ha təşkil edir. Lakin bu hala ümumiyyətlə bu günədək əhəmiyyət verilməmişdir. Buna baxmayaraq iddiaçı nəyin bahasına olursa olsun faktiki istifadəsindəki 0,1189 ha torpaq sahəsini ələ keçirmək məqsədi ilə öz adına 2231a saylı bağ sahəsinə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış əldə edərək bu dəfə guya cavabdeh tərəfindən ona məxsus 2231a saylı bağ sahəsi zəbt edildiyini iddia edir. Məlum məsələdir ki, 40 ildən artıq müddətdə daş hasara alınaraq istifadə etdiyi torpaq sahəsinin heç bir ölçü və sərhədləri müəyyən edilmədən 2020-ci ildə 2231 a saylı bağ sahəsi olması göstərilməklə iddiaçının adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi mümkün deyildir. Həqiqət isə ondan ibarətdir ki, 2231a saylı, 0,1027 ha sahəli bağ 1990-cı ilədək sahəsi 0,25ha sahəli 2231 saylı bağın bir hissəsi olmuş və həmin bağ sahəsi faktiki olaraq 0,25ha olmaqla bu gün də iddiaçının istifadəsindədir. Beləliklə hesab edir ki, işin bu hallarına aydınlıq gətirmək məqsədi ilə iddiaçıya məxsus Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 2231 və 2231a saylı bağ sahələrinin ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini və hər iki bağ sahəsinin ilkin çizgilərini və yerləşmə sxemlərini tələb edilməsi, daha sonra isə həmin sənədlər əsasında ekspertin iştirakı ilə hər iki bağ sahəsinə baxış keçirməsi iş üzrə yekun nəticəyə gəlmək üçün məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha torpaq sahəsi olan 2231 saylı bağın mülkiyyətçisi İddiaçıdır. (qeydiyyat tarixi xx.xx.2018) Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.1027 ha torpaq sahəsi olan 2231a saylı bağın mülkiyyətçisi X2r. (qeydiyyat tarixi xx.xx.2020) xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın Bağışlanması mqaviləsindən görünür ki, X5 öz xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.1027 ha torpaq sahəsi olan 2231a saylı bağı İddiaçı mülkiyyətinə verir. Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Oublik Hüquqi Şəxsin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.1027 ha torpaq sahəsi olan 2231a saylı bağın mülkiyyətçisi İddiaçıdır. (qeydiyyat tarixi xx.xx.2020) Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha torpaq sahəsi olan 2230 saylı bağın mülkiyyətçisi Cavabdehdır. (qeydiyyat tarixi xx.xx.2011) Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha torpaq sahəsi olan 2230a saylı bağın mülkiyyətçisi Cavabdehdır. (qeydiyyat tarixi xx.xx.2011) İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Xidmətinin **********70 saylı, xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanda bağ sahəsinin bölgü sxeminin surətindən görünür ki, bağ sahəsi 2230a-2230- 2231a olmaqla 1200 kv.m, 1244 kv.m, 1050 kv.m özəl bağ sahələri üzrə bölgü sxemi tərtib edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.1027 ha olan 2231 a saylı bağ sahəsi ilə Cavabdeh mülkiyyətində olan sahəsi 0.12 ha olan 2230 saylı və sahəsi 0.12 ha olan 2230 a saylı sahələrinin ayrı-ayrılıqda sərhədlərini əks etdirən sxem əlavə edilmiş, X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.1027 ha olan 2231 a saylı bağ sahəsi Cavabdeh və ya hər hansı digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, **********35 rayastr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0.1027 ha torpaq sahəsinin 949 kv.m hissəsi mübahiələndirilən ümumi hasara alınmış 4496 kv.m torpaq sahəsinin daxilində, 78kv.m hissəsi isə ümumi hasara alınmış 4496 kv.m torpaq sahəsindən kənarda yerləşdiyi qeyd edilmişdir. Rəyə əlavə edilmiş sxemdən görünür ki, cavabdeh tərəfindən hasara alınmış 4496 kv.m topaq sahəsinə X6 məxsus 0.09456 ha olan Ləhiş bağ sahəsi 2229 saylı bağ, Cavabdeh məxsus 0.12 ha olan Ləhiş bağ sahəsi 2230 saylı bağ, İddiaçı məxsus olan 0.1027 ha olan Ləhiş bağ sahəsi 2231a saylı bağ, X7 məxsus 0.12 ha olan Ləhiş bağ sahəsi 2230 a saylı bağ daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2339 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC Bakı LTİnin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0.1027 ha olan 2231a saylı bağ sahəsi ilə Cavabdeh mülkiyyətində olan sahəsi 0.12 ha olan 2230 saylı və sahəsi 0.12 ha olan 2230 a saylı bağ sahələrinin ayrı-ayrılıqda sərhədləri müəyyən edildi və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.1027 ha olan 2231 a saylı bağ sahəsinin Cavabdeh və ya hər hansı digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş, həmçinin **********35 rayastr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0.1027 ha torpaq sahəsinin 949 kv.m hissəsi mübahisələndirilən ümumi hasara alınmış 4496 kv.m torpaq sahəsinin daxilində, 78kv.m hissəsi isə ümumi hasara alınmış 4496 kv.m torpaq sahəsindən kənarda yerləşdiyi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-187/2018 nömrəli, 17 yanvar 2018ci il tarixli qətnaməyə əsasən İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5737/2018 nömrəli, 22 may 2018-ci il tarixli qətnaməyə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-187/2018 nömrəli iş üzrə 17 yanvar 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə məhkəmə baxışı zamanı o cümlədən ekspertin rəyindən də məlum olur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0.1027 ha olan 2231a saylı bağ sahəsi Cavabdeh və ya hər hansı digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Cavabdeh X8 öz mülkiyyətində olan Ləhiş bağ sahəsi 2230, 2230a saylı bağ sahələri ilə yanaşı 2229 saylı bağ sahəsini və iddiaçıya məxsus 2231 a saylı bağ sahəsinin 949 kv.m olan hissəsini ümumi hasara alaraq, iddiaçının 2231a saylı bağ sahəsinə münasibətdə Konistitusiya ilə müdafiə olunan mülkiyyət hüququndan maneasiz istifadə edilməsinə müdaxil edərək, mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratmışdır. Qeyd edilən hala münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən bağ sahəsinin 949 kv.m hissəsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılaraq, Cavabdeh həmin hissədən çıxardılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbinə əsasən hesab edir ki, iddia tələbi təmin edildiyindən 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən bağ sahəsinin 949 kv.m hissəsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılaraq, Cavabdeh həmin hissədən çıxardılsın. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-267/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-267/2022
03.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver