Məhkəmə qərarları › İş №2(008)-2679/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2679/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2679/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, H.Aslanov küçəsi 42 saylı evin yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, evi alqı-satqı əsasında xx.xx.2014-cü il tarixdə iddiaçının həyat yoldaşı almışdır. Həyat Yoldaşı X4 xx.xx.2018-ci il tarixdə dünyasını dəyişdikdən sonra xx.xx.2018-ci il tarixdə ev iddiaçının adına sənədləşdirilmişdir. Cavabdehlər həmin evdən tezliklə qeydiyyatdan çıxacaqlarını bildirmişdirlər. Lakin, arayış alan zaman xəbəri olmuşdur ki, həmin şəxslər hələ həmin evdə qeydiyyatdadırlar. Mənzildə cavabdehlərə məxsus əmlak yoxdur. Cavabdehlərin qeydiyyatı formal xaakter daşıyır və onlar qeydiyyatda olduqlarına görə onun tərəfindən əlavə xərclər çəkilir. Cavabdehlərin qeydiyyatda olmaqları səbəbindən evə dair bütün sənədləşdirilmə işlərinin aparılmasında çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 42 saylı ev xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. -Satıcı Cavabdeh qızı ilə alıcı X4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və Bakı şəhəri 17 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alq-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanda yerləşən 42 saylı evi alıcının mülkiyyətinə verir. - Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriaylı 933797 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİ ЖГ nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 xx.xx.1995-ci il tarixdə nikaha girmişlər. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ünvan 1, ünvanda yerləşən 42 saylı ev tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi iddiaçının həyat yoldaşı X3 adına qeydə alınmış, həmin mənzilin əvvəlki mülkiyyətçiləri isə mənzil satıldıqdan sonra oradan köçüb getmiş, daha sonra X4 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən sözügedən ev İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisəlimənzilin mülkiyyətçisi kimiiddiaçıhəminəmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkhüququnamalikdirki, onunbuhüquqlarıcavabdehlərtərəfindənhərhansışəkildəməhdudlaşdırılabilməz. Qeyd olunan mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlər mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmişdir, onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. İddiaçımülkiyyətçikimihazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır, bunagörədə, iddiatələbiəsaslıolduğundantəminedilərək, cavabdehlərinmübahisəlimənzildənistifadəhüquqları itirilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 ünvan 1 ünavnda yerləşən 42 saylı evə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar