Məhkəmə qərarları › İş №2(008)-268/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-268/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-268/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil iştiarkları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 qarşı kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 qarşı iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək: Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 108840-223007/4 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 15190.96 manat əsas borcu, 5589.04 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 411.42 manat məbləğində faiz borcu olmaqla, cəmi 21191.42 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə və üzərində olan ümumi sahəsi 99.20 kv.metrdən ibarət fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X1 ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən və üzərində olan ümumi sahəsi 99.20 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, GA.223007.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 99.20 kv.m-dən ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, GA.223007.1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 108840-223007/4 nömrəli kredit müqaviləsi ilə illik 24 faiz dərəcəsi ilə 30 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi qüvvədə olduğu müddətdə götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit limitinin ayrılması haqqında Baş Sazişin 3.4-cü bəndinə əsasən, borcalan kredit xətti üzrə öhdəliyini kredit müqavilələri ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə vaxtında icra etməlidir. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) iddia tələbində göstərilən borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə verərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlgr məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 izahat verərək qeyd etdi ki, o, iş xanımı olduğuna görə iddiaçı Bankdan mütəmadi olaraq kredit almış və hər birini vaxtıvaxtında qaytarmışdır. Sonuncu kreditin tərəfindən vaxtında ödənilməməsinin səbəbi hər kəsə bəlli olan pandemiya olmuşdur. Hesab edir ki, faiz məbləği şişirdilib. Xahiş edir, iddia rədd edilsin, çünki onun kredit borcunu ödəməmək kimi niyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil eyni izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Nümayəndə qeyd etdi ki, Cavabdeh1 faxt verilsə o, kredit borcunu bağlayacaqdır. Məhkəmə, Cavabdeh1, onun nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, GA.223007.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Sazişə əsasən Bank tərəfindən borcalana 350000 manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. Tərəflər arasında həmin Baş Saziş üzrə bağlanmış xx.xx.2019-cu il tarixli, 108840-223007/4 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 24 faiz dərəcəsi ilə 30 ay müddətinə şəxsi istehlak məqsədilə 20000 manat məbləğində kredit verilmişdir. ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 99.20 kv.m-dən ibarət fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir (0909597 №-li, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış). Cavabdehlər hamısı həmin evdə qeydiyyatdadılar (AR DİN tərəfindən verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında Arayış). Onlar notarial qaydada imzalarını təsdiq etdirərək, evin ipotekaya qoyulmasına razı olmaları, tutmanın ipoteka predmetinə yönəldiyi halda qeydiyyatdan çıxmalarını öz öhdələrinə götürmələri barədə ərizə vermişdilər. Öhdəliklərin təminatı kimi Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, GA.223007.1 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 99.20 kv.m-dən ibarət fərdi yaşayış evi (sonradan – ipoteka predmeti) ipoteka ilə yüklü etmişdir. Həmin yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış). Borcalan tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/0041/2021 nömrəli Bildiriş ipoteka qoyan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 6 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdir (qeydiyyat nömrəsi **********, hazır olma tarixi xx.xx.2021-ci il ). Həmin poçt bildirişinə 10 manat rüsum ödənilmişdir (tələb edilən). xx.xx.2022-ci il tarixli maliyyə arayşına əsasən xx.xx.2019-cu il tarixli, 108840- 223007/4 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 15190.96 manat əsas borcu, 5589.04 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 411.42 manat məbləğində faiz borcu olmaqla, cəmi 21191.42 manat məbləğində borcu var. Təqdim edilən sistemdən çıxarışdan borcun ödənilməsi görünrmür. Həmin çıxarışdan görünür ki, borcalan tərəfindən sonuncu dəfə ödəniş xx.xx.2020-ci il tarixdə edilmişdir, yəni iddia ərizəsi verilənədək (iddia ərizəsi xx.xx.2021-ci il tarixdə verilmişdir). İddia verilən zaman tələb edilən borc aşağıdakı kimi idi: əsas borc 15190.96 manat, faiz borcu 2892,49 manat, cəmi borc 18083,45 manat. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 9/4272 №-li ekspert rəyinə əsasən borc məbləği aşağıdakı qaydada müəyyən edilmişdir: xx.xx.2021-ci il tarixə (iddia ərizəsi iddiaçı Bank tərəfindən imzalanan tarixə) əsas borc 15271,00 manat (iddia tələbinə əsasən 15190.96 manat, yəni daha az), faiz borcu 3339,68 manat (iddia tələbinə əsasən 2892,49 manat, yəni daha az) xx.xx.2021-ci il tarixə (rəy verilən tarixə) əsas borc 15271,00 manat, faiz borcu 4764,97 manat. Göründüyü kimi, üç aydan da az müddətdə faiz borcu 3339,68 manatdan 4764,97 manatadək artmışdır (fərq – 1425,29 manat). Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında ipoteka predmeti olan evin qiymətləndirilməsi "xxxx" MMC-yə tapşırılmış, cavabdeh tərəfindən əmlaka baxılması üçün şərait yaradılmadığından icrasız geri qaytarılmışdır. Sonradan cavabdehin vəsatəti əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixli müstəqil qiymətləndirici təyin edilmiş və bu dəfə rəyin alınması "xxxx" MMC-yə göndərilmişdir. Sonuncu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 22 №-li hesabata əsasən ipoteka predmeti olan evin likvid qiyməti 105000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 15190.96 manat əsas borc, 5589.04 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 411.42 manat məbləğində faiz borcu olmaqla, cəmi 21191.42 manat məbləğində borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini və evin boşaldılmasını istəyir. Yuxarıda qeyd edildiyi kimi, ekspert rəyinə əsasən üç aydan da az müddətdə faiz borcu 3339,68 manatdan 4764,97 manatadək artmışdır (fərq – 1425,29 manat). Belə olan halda, məhkəmə hesab edir ki, faiz borcunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (6 ay ərzində) 5589.04 manat məbləğədək artması tam realdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Belə olan halda, əhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunduğu kimi, əmlakın likvid qiyməti 105000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli: Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 108840-223007/4 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 15190.96 manat əsas borc, 5589.04 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 411.42 manat məbləğində faiz borcu olmaqla, cəmi 21191.42 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməli; tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə və üzərində olan ümumi sahəsi 99.20 kv.metrdən ibarət fərdi yaşayış evinə yönəldilməli, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 105000 manat müəyyən edilməli, açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməli, İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X3 ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən və üzərində olan ümumi sahəsi 99.20 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 108840-223007/4 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 15190.96 manat əsas borc, 5589.04 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 411.42 manat məbləğində faiz borcu olmaqla, cəmi 21191.42 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin; tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə və üzərində olan ümumi sahəsi 99.20 kv.metrdən ibarət fərdi yaşayış evinə yönəldilsin, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 105000 manat müəyyən edilsin, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin, İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X3 ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən və üzərində olan ümumi sahəsi 99.20 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılsınlar və həmin ev boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar