Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2682/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması tələbinə dair, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin gəlməməyinin səbəbini üzürlü hesab etmir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması tələbinə dair iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən qeyd edir ki, ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna qarşı qanun üzrə miras əmlaka məcburi payın tanınması tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. X4 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. X3 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2682/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2682/2023
31.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver