Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2683/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış qaz borcunun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış qaz borcunun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehasalat Birliyi tərəfindən qanunsuz və onun iştirakı olmadan tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AKT № ******* saylı akta əsasən və xx.xx.2019- cu il tarixli, AKT № ******* saylı akta əsasən müəyyən edilmiş, cəmi 703,8 (yeddi yüz üç manat səksən qəpik) manat qaz borcunun silinməsi və qeyd edilən aktlara əsasən borc üzrə bu günə qədər tutulmuş məbləğin onun hesabına geri qaytarılması və hüquq xidmət xərcləri üçün 200 manat, mənəvi zərərə görə 100 manat pulun Cavabdeh İstehasalat Birliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən onun istifadəsindədir. Qeyd edilən torpaq sahəsi üzərində tikilmiş evdə 2018-ci il tarixdən etibarən ailə üzvləri ilə yaşayır. Təbii qazdan istifadə edə bilməyi üçün yaşadığı ünvana təbii qaz onun və qonşularının pul vəsaiti hesabına 2018-ci ilin yayında çəkilsə də xəttə maye qaz verilməmişdir. Sonradan təbii qazdan istifadə edə bilməyi üçün xx.xx.2019-cu il tarixdə Cavabdeh İstehasalat Birliyi tərəfindən “Smart kart” tipli qaz sayğacı quraşdırılmış və buna dair xx.xx.2019-cu il tarixli AKT № ******* saylı akt tərtib edilmişdir. Qeyd edilən qaz sayğacı quraşdırılan tarixə qədər məişətdə balon qazından istifadə etmişlər. Balon qazından istifadə edə bilmək üçün çəkilmiş xətlər (şəkilləri əlavə edilir) hal-hazırda da mövcuddur. Sonradan xx.xx.2019-cu il tarixdə quraşdırılmış qaz sayğacında sızıntı olduğu üçün tərəfindən Cavabdeh İstehasalat Birliyinə müraciət edilmiş və onlar tərəfindən xx.xx.2020-ci il tarixli AKT № ******* saylı “AKT” la köhnə sayğac yeni “Smart kart” tipli qaz sayğacı ilə əvəz edilmişdir. Lakin, həm ilk sayğacın quraşdırılması zamanı (xx.xx.2019-cu il tarixdə), həmçinin sonradan ikinci sayğacın quraşdırılması zamanı (xx.xx.2020-ci il tarixdə) onun qaz istifadəsinə görə hər hansı borcunun olması aktda qeyd edilməmiş və ona bu barədə məlumat verilməmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə qazdan istifadə üçün karta 50 (əlli) manat pul tərəfindən yüklənilmiş və bu məbləğin 25 manatının borc üçün silinməsi müəyyən edilmişdir. Bu barədə Cavabdeh İstehasalat Birliyinin aidiyyəti ərazi idarəsinə müraciət edildikdə onun qazdan qanunsuz istifadəyə görə borcunun olması bildirilmişdir. Tərəfindən bununla bağlı sənədlərin təqdim edilməsi dəfələrlə istəndikdən sonra ona dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cıı il tarixdə və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamələr təqdim edilmişdir. Cavabdeh İstehasalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq və onun iştirakı olmadan xx.xx.2019-cu il tarixdə AKT № ******* saylı akt tərtib edilmiş və qeyd edilən akta əsasən ona 324 m3 qaz borcu hesablanaraq borc kimi yazılmışdır. Həmçinin Cavabdeh İstehasalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq və onun iştirakı olmadan xx.xx.2019-cu il tarixdə AKT № ******* saylı AKT tərtib edilmiş və qeyd edilən akta əsasən ona 1422 m3 qaz borcu hesablanaraq borc kimi yazılmışdır. Beləliklə, hər iki aktın cəmi olaraq ona 1746 m3 (324 m3 + 1422 m3) qaz borcu hesablanmışdır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarına əsasən ölkə ərazisində 2017-ci ilin yanvar ayının l-dən etibarən əhali qrupu üçün təbii qazın dəyəri illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün hər 1000 m3 (min) üçün 100 (bir yüz) manat, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün isə dəyəri hər 1000 m3 (min) üçün 200 (iki yüz) manat müəyyən edilmişdir. Beləliklə məntiqi olaraq mənə cəmi hesablanmış 1746 m3 (324 m3 + 1422 m3) qaz borcuna görə 349,2 (üç yüz qırx doqquz manat iyirmi qəpik) borc hesablanmalı idi. Lakin, təbii qazın istehlakına dair Cavabdeh İstehasalat Birliyinin elektron sistemindən xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, ona cəmi 703,8 (yeddi yüz üç manat səksən qəpik) manat borc qeyd edilmişdir. Qeyd edilən borcu qəbul etmir. Belə ki, hər iki aktlar tərtib edilərkən onun iştirakı təmin olunmamış, evə baxış keçirilməmiş və eyni zamanda yaşadığı ünvanda Cavabdeh İstehasalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə artıq qaz sayğacı quraşdırılmış olmuşdur və buna görə də qazdan qanunsuz istifadə edilməsi və ya qaz borusuna plastik boru quraşdırılmasına dair şəkillərin həmin tarixlərdə çəkilməsi mümkün deyildir. Həm ilk sayğacın quraşdırılması zamanı (xx.xx.2019-cu il tarixdə), həmçinin sonradan ikinci sayğacın quraşdırılması zamanı (xx.xx.2020-ci il tarixdə) onun qaz istifadəsinə görə hər hansı borcunun olması aktda qeyd edilməmiş və ona bu barədə məlumat verilməmişdir. Aktlar xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə tərtib edilsə də həmin tarixdən bir ildən çox müddət keçdikdən sonra ona bildirilmiş və borc tutulmağa başlanmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, tərəflər arasında yalnız xx.xx.2019-cu il tarixindən qazın alqı-satqısına dair müqavilə bağlamışdır, o vaxta qədər o hər zaman qaz balonundan istifadə etmişdir. Müqavilədən əvvəl qaz turbaları olsada, həmin turbalara qaz verilməmişdir, buna görədə xx.xx.2019-cu il tarixindən əvvəl onun qaz xəttinə qeyri-qanuni qoşularaq qanunsuz olaraq təbbi qazdan istifadə etməsi qeyri-mümkün olan bir haldır ki, onada bunun üçün Azərqaz İB-nin əməkdaşları tərəfindən akt tərtib edilsin. Qeyd edilənəri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB nümayəndəsi X2 iddianı qismən qəbul edərək qazpaylayıcı hüquqi şəxs olan Cavabdeh İB-də İddiaçı adına 2 abonent hesabı mövcud olmuş, hazırda isə həmin hesablardan yalnız 1-i aktivdir. Belə ki, 05/2019-cu il tarixindən etibarən İddiaçı ona məxsus fərdi yaşayış evinin yaxınlığından keçən, Cavabdeh İB-yə məxsus qazpaylayıcı xəttə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməyə başlamışdır. Qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etdiyi 05/2019 – xx.xx.2019-cu illər tarixində ona məxsus fərdi yaşayış evində qaz sayğacı olmamış və mənzilinə də təbii qazın verilməsi ilə əlaqədar ərizə ilə Birliyə müraciət etməmişdir. Qazxəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi səbəbindən də Cavabdeh İB həmin şəxsi təbii qazdan qeydiyyatsız istifadəçi kimi siyahıya almış, barəsində aktlar tərtib edərək ona ilk dəfə **********00033 abonent hesabı açmış və qazdan qanunsuz istifadə nəticəsində itirilmiş təbii qazın dəyəri həmin hesabda qeyd olunmuşdur. xx.xx.2019-cu cu il tarixində ona məxsus fərdi yaşayış evində xüsusi lisenziyası olan “Cavabdeh Layihə İnşaat” QSC adlı podratçı təşkilat tərəfindən qaz sayğacı quraşdırılmış, iddiaçı tərəflə Cavabdeh İB arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış və həmin tarixdən sonra isə iddiaçı təbii qazdan müqavilə üzrə qanuni istifadə etməyə başlamışdır. Tərəflə qazın alqı-satqı müqaviləsi bağlandıqdan sonra ona 10/2019-cu il tarixindən etibarən **********04440 nömrəli abonent hesabı açılmış və qeydiyyatsız istifadəçi kimi əvvəllər adına açılmış **********00033 nömrəli abonent hesabında olan borc onun yeni abonent hesabına köçürülmüşdür. Yuxarıda qeyd olunanlara istinad edərək bildirmək istəyirəm ki, iddiaçı tərəf 05/2019 - 09/2019-cu illər tarixində təbii qazdan qeydiyyatsız olaraq özbaşına istifadə etdiyi üçün onun barəsində tərtib edilmiş aktlar əsasında hesablanmış zərər məbləği qanuni və əsaslıdır. xx.xx.2019cu cu il tarixindən etibarən iddiaçı təbii qazdan müqavilə əsasında smart sayğac üzrə istifadə etdiyi üçün, onun barəsində tərtib edilmiş 5 aktdan son 2 akt özü-özlüyündə şübhə doğurduğu üçün həmin aktlara və aktlar üzrə hesablanmış zərər məbləğlərinə hüquqi qiymətin verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AKX-01684xx/xx-2019 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən “Qaz istifadə Qaydaları”na uyğun olaraq Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməyi, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - Təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında xx xxx 2019-cu il tarixli aktın surətindən görünür ki, ünvan 2 ünvanına baxış keçirilən zaman qeydiyyatsız olaraq qeyri-qanuni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. - xx xxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 3996 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana-2 sahəsi ünvanına baxış keçirilən zaman qeydiyyatsız olaraq qeyri-qanuni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etdiyi aşkarlanmışdır. - xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 648 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında xx xxxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana-2 sahəsi ünvanına baxış keçirilən zaman təbii qazdan qeydiyyatsız istifadə etdiyi aşkarlanmışdır. - xx xxxxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 648 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında xx xxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana-2 sahəsi ünvanına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. - xx xxxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 324 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında xx xxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana-2 sahəsi ünvanına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. - xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 1422 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - **********00033 nömrəli abonent nömrəsindən görünür ki, 2020-ci il üçün borc məbləği 703,80 manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların DÖvlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrinin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri ,Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2/0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixində bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə İddiaçı üzərinə öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı, Cavabdeh” İstehsalat Birliyi ilə onun arasında xx.xx.2019-cu il tarixində təbii qazın alqı-satqısına dair müqavilə bağlandığdan sonra tərtib edilmiş 30.102019-ci il tarixli ******* və xx.xx.2019-cu il tarixli ******* saylı aktaların qanunsuz olduğunu mübahisələndirsədə həmin aktalar əsasında cavabdehə dəymiş ziyan və onun məbləği iddiaçının qeyd etdiyi kimi 703.80 manat məbləğində deyil, xx.xx.2019-ci il tarixli ******* akt üzrə 32.40 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə isə 142.20 manat məbləğində olmuşdur. Həmçinin **********0003 saylı abonent X3 SALDO-sundanda görünür ki, 2019-cu ilin sentyabr ayı daxil olmaqla sözügedən abonentin Cavabdeh İB-nə 529.20 manat məbləğində borcu olmuşdur. Məhz bu taxirlərdən sonra **********0003 saylı abonent X5 2019-cu ilin oktaybr ayında 32.40 manat və noyabr ayında isə 142.20 manat məbləğində borc pul hesablanaraq yekun məbləğ 703.80 manat olmuşdur. Azərbaycn Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələbini nəzəra alaraq qeyd edir ki, iddia tələbindən kənəra çıxmağa əsas verən qanunla müəyyən edilmiş halların olmadığından, məhkəmə yalnız iddia tələbində göstərilən xx.xx.2019-ci il tarixli ******* və xx.xx.2019-cu il tarixli ******* saylı aktlar əsasında iddiaçıya yazılmış olan borca hüquqi qiymət verərək qeyd edir ki, sözügedən aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, işdə olan fotoşəkilin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olmasını, o cümlədən xx xxxxxxx 2019-cu il tarixdə sayğacın quraşdırılmasından təxmini 10 gün və 1 ay müddət keçdikdən sonra tərtib edilmiş aktlar öz özlüyündə şübhə doğurduğundan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 32.4 (otuz iki manat, qırx qəpik) manat borc və ******* saylı, xx.xx.2019-cu i tarixli akta əsasən 142.2 (bir yüz qıx iki manat, iyirmi qəpik) manat borc pul olmaqla, ümumilikdə hər iki akt üzrə **********00033 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 174,6 (bir yüz yetmiş dörd manat, altmış qəpik) manat borc silinməlidir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2019-ci il tarixli ******* və xx.xx.2019-cu il tarixli ******* saylı aktlara əsasən borca görə bu günə qədər tutulmuş məbləğin onun hesabına qaytarılması tələbinə hüquqi qiymət verərək bildirir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-ci il tarixli ******* və xx.xx.2019-cu il tarixli ******* saylı aktlardan əlavə daha üç akta görə borcu olduğundan və hal-hazırda həmin aktların qanuniliyi məhkəmə qaydasında mübahisələndirilmədiyindən, o cümlədən **********00033 saylı abonent İddiaçı bu vaxta qədər borca görə tutulmaların hansı akt əsasında hesablanmış olan borcdan silindiyi məhkəməyə məlum olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi xidmət xərclərinə görə 200 manat və mənəvi zərər görə 100 manat məbləğində pulun Cavabdeh İB-dən tutulub iddiaçıya ödənilməsi hissəsinədə münasibət bildirərək qeyd edir ki, iddiaçı hüquqi xidmət üçün çəkmiş olduğu xərcin məbləğini təsdiq edəcək hər hansı bir sübut təqdim etmədiyindən və ona dəymiş olan mənəvi zərəri sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də əsassız hesab edilməklə, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 32.4 (otuz iki manat, qırx qəpik) manat borc və ******* saylı, xx.xx.2019-cu i tarixli akta əsasən 142.2 (bir yüz qıx iki manat, iyirmi qəpik) manat borc pul olmaqla, ümumilikdə hər iki akt üzrə **********00033 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 174,6 (bir yüz yetmiş dörd manat, altmış qəpik) manat borc silinsin. İddia qalna hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2683/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2683/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver