Məhkəmə qərarları › İş №2(008)-2683/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2683/2023

26.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2683/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızının, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızının Cavabdehnə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərildiyi “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərildiyi “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 587 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə cavabdehdən xeyrinə əmək haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, xeyli müddətdir cavabdeh şirkətdə əmək müqaviləsinə əsasən işləmiş və xx.xx.2022-ci il tarixli, 491K saylı əmrə əsasən şirkətin direktor müavini vəzifəsinə təyin edilmişdir. Gəncə şəhərində ali təhsil alması ilə bağlı Cavabdeh MMC-nin Bakıda yerləşən “Grandmart” şəbəkəsindən Gəncə şəhərindəki Bolmart mağazasına köçürülmüşdür. İşlədiyi dövr ərzində nümunəvi işçi olmuş, bu müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən heç bir nöqsanı olmamışdır, əksinə dəfələrlə kollektiv arasında təriflənmişdir. Bütün bunlara baxmayaraq, 2022-ci ilin noyabr ayından şirkətdə olan bəzi mənfur şəxslərin gözügötürməzliyi nəticəsində, ona qarşı qaralama kampaniyası başladılmışdır. Bununla bağlı dəfələrlə şirkətin rəhbər şəxslərinin qəbulunda olub onunla bağlı bütün məsələlərə aydınlıq gətirmiş və hər dəfə dinlənildikdən sonra ona işinin davam etdirilməsi bildirilmişdir. Sonuncu dəfə isə ona deyilmişdir ki, onunla bağlı məsələyə yaxın zamanlarda aydınlıq gətiriləcək, bu səbəbdən işə gəlməməsi, gözləməsi bildirilmişdir. İşə gəlsə də, xx.xx.2022-ci il tarixdən onu heç bir rəsmi əsas olmadan işə buraxmamışlar. Hüquqlarını müdafiə etmək, ona qarşı böhtan xarakterli kampaniyaya son qoyulmaq üçün bütün rəhbər şəxslərə şifahi və rəsmi müraciətlər etmişdir. Hətta tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə də rəsmi müraciət ünvanlamışdır. Şirkətin özbaşınalığı o həddə çatmışdır ki, cavabdeh şirkət rəsmi dövlət orqanına tələb olunan sənədləri təqdim etməmişdir. Nəhayət, Cavabdeh MMC-in xx.xx.2022-ci il tarixli, 104 saylı məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdən 587 saylı əmrlə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilməklə işdən azad olunmuşdur. Buna aydınlıq gətirilməsi, qanunsuz əmrin qərəzli və ədalətsiz olması səbəbindən ləğv olunmasını tələb etsə də, cəhdləri heç bir müsbət nəticə verməmişdir. Cavabdeh MMC-yə mediasiya təklifi barədə məktub göndərmiş, cavabdehdən bu təklifə heç bir cavab gəlmədikdə Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Hüquqlarının işəgötürən tərəfindən pozulmasının qarşısını almaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, tərəfindən işdən azad olunmasına səbəb ola bilən heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh şirkət onu işə qərəzli olaraq, hədə-qorxu gələrək buraxmamışdır. Bununla bağlı onun istər işəgötürənə, istərsə də, səlahiyyətli dövlət təşkilatına müraciətləri, həmçinin şahidləri var. Hesab edir ki, onun işdən azad olunması tamamilə qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. İşəgötürən tərəfindən, qanunla nəzərdə tutulmuş işdən azad olunma haqqında qaydalar kobud şəkildə pozulmuşdur. İşəgötürən tərəfindən qanunsuz olaraq işdən azad olunması nəticəsində o, qazanc mənbəyini itirmişdir, ailəsinə maddi dəstək ola bilmir. Beləliklə, heç bir əsas olmadan, qanunvericiliyin, habelə tərəflər arasında bağlanılmış əmək müqaviləsinin tələblərinə zidd olaraq, onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Cavabdeh qeyd olunanlara əsasən, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X4, iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməmiş, bununla da, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Buna görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixli 587 saylı əmrlə ləğv edilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən guya ona işə gəlməməsi və gözləməsi bildirilmişdir. Bu, tamamilə absurd və həqiqətəuyğun deyil. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı eyniməzmunlu ərizə ilə Cavabdeh MMC-yə müraciət etmiş və müraciəti cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq ona ərizəsində qeyd olunan faktların təsdiqini tapmaması bildirilmişdir. Həmin məktubu iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir. Hətta cavabdeh xx.xx.2022-ci il tarixli, 106 nömrəli məktubla iddiaçıya müraciət edərək, işə gəlməməsi ilə bağlı müvafiq sənədlərin təqdim olunması xahiş olunmuş, lakin iddiaçı heç bir sənəd təqdim etməmişdir. Həmin məktubu da iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir. İşçi işə gəlmirsə, bunun səbəblərini işəgötürənə bildirməli və əgər həmin səbəblər üzürlü səbəblərdirsə, işəgötürən tərəfindən nəzərə alınmalıdır. Lakin iddiaçı hansısa üzrlü səbəb olduğunu təsdiq edən müraciət etməmiş və iddiasını əsaslandıran sübutları təqdim etməmişdir. Bundan başqa, iddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını almış və həmin tarixdən etibarən 1 təqvim ayı ərzində əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin iddiaçı 27.12 2022-ci il tarixdə mediasıya təklifi göndərmiş, xx.xx.2023cü il tarixdə isə mediasiya qurumuna müraciət etmişdir. 30.01 2023-cü il tarixdə mediasiya arayışı verilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buradan da görünür ki, mediasiya prosesi zamanı (xx.xx.2023-xx.xx.2023) iddia müddətinin axımının dayandırılması da nəzərə alınarsa, iddiaçı ən gec xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Başqa sözlə, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Buna görə də hesab edir ki, iddia ərizəsi əsassız olduğundan və prosessual normaların tələblərinə uyğun olaraq məhkəməyə verilmədiyindən təmin edilə bilməz. Nümayəndə qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Gəncə şəhərində iddiaçı ilə eyni ixtisas üzrə təhsil alır, yəni qrup yoldaşıdırlar. İddiaçı universitetdə hazırkı məsələ barədə onunla söhbət etmişdir. Gəncə şəhərində yerləşən “Bolmart” mağazasında bölgə müdirinin qəbuluna iddiaçı ilə birlikdə getmişlər. Söhbət əsnasında, iddiaçıya başqa işçisinin kartından pul çıxardığı bildirilmiş, lakin iddiaçı pulu qəsdən çəkmədiyini demişdir. Həmçinin iddiaçı işə buraxılmamış, ona işinin dondurulduğu bildirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 491K №-li əmrə əsasən Cavabdeh MMC-yə müdir müavini vəzifəsinə qəbul edilmişdir. Həmin əmək kitabçasının surətindən və Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 587K №-li əmrdən məlum olur ki, İddiaçı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşdə olan, Cavabdeh MMC-nin direktoru tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müraciətlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin üzrlü səbəbi barədə sənəd təqdim olunması, əks halda onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, lakin işçinin cavab müraciətində göstərdiyi faktlar təsdiqini tapmadığından, barəsində çıxarılmış əmr diqqətinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından, müraciətə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh MMC-nin Gəncə şəhərində yerləşən mağazasında müdir müavini vəzifəsində işləyən Gülməmmədova (Məlikova) Samirə Asif qızı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, xx.xx.2022-ci il tarixdən gəlməli olduğu halda, işə gəlməmiş və bunun üzrlü halı barədə təsdiqedici sənəd sənədi işəgötürənə təqdim edə bilməmiş, bununla da əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Məhkəmə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, İddiaçı Cavabdeh MMC-nin Gəncə regional mağazasında müdir müavini vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin məsuliyyətinə baxmayaraq, xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməmiş və bununla da əmək müqaviləsi üzrə işəgötürən qarşısında üzərinə götürdüyü vəzifələrini üzrlü səbəb olmadan icra etməmişdir. Bu hal - işçinin bütöv iş günü(ləri) iş yerində olmaması özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Beləliklə, iddiaçı məhkəmə iclasında onun işdən azad edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 587K №-li əmrinin qanunsuz və əsassız çıxarılması, xx.xx.2022-ci il tarixdən etibarən onun işə əsassız olaraq buraxılmaması və bu əsasa görə heç bir təqsiri olmadığı halda, işəgötürən tərəfindən əsassız olaraq müqaviləyə birtərəfli qaydada xitam verildiyi ilə əsaslandırsa da, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən iddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızı iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Ona görə görə də göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızının Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə belə nəticəyə gəlir ki, həmin ərizənin dəlilləri əsassızdır və iddiaçı tərəfindən hazırkı iddia qaldırılan zaman iddia müddəti ötürülməmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.20232-cü il tarixli arayışından göründüyü ki, İddiaçı hazırkı tələblə mediasiyanın təklifi barədə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, hazırkı iddia tələbi, iddia müddətinin ötürülməsinə görə deyil, yuxarıda məhkəmənin göstərdiyi hallara görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızının Cavabdehnə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərildiyi “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar