Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2684/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsi üzrə ödənilmiş pulun reqress qaydada geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsi üzrə ödənilmiş pulun reqress qaydada geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 09P000018311 saylı zaminlik müqaviləsi üzrə cavabdehin əvəzinə "xxxx" QSC-nin hesabına ödədiyi 1400 manat pulun və məhkəməyə ödədiyi 34 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacısı qızının tələbə yoldaşıdır. Bacısı qızı 2013-cü ilin oktyabr ayında ondan xahiş etmişdir ki, cavabdeh bankdan kredit götürmək istəyir ona zamin dayansın. O da bacısı qızına inanıb köməklik etməyi qərara almış və cavabdehlə bir yerdə xx.xx.2013-cü il tarixdə "xxxx" QSC-nə getmiş, cavabdeh orada kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə görə cavabdeh 18 ay müddətinə 25 faiz hesablanmaqla 3000 manat məbləğində pul götümüşdür. Həmin tarixdə həmin kreditlə bağlı bankla onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və krediti vaxtında banka qaytarmamışdır. Nəticədə bank kredit pulunun bir hissəsini ondan tələb etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən və ondan cəmi 3590 manat 34 qəpik mələğində borcun alınaraq "xxxx" QSC-nə verilməsi qət edilmişdir. İcra mərhələsində də cavabdeh kredit pulunu ödəməmişdir. O da məcburiyyət qarşısında qalaraq cavabdehin əvəzinə banka 1400 manat pul ödəmişdir. O, həmin məbləği cavabdehdən almağa çalışsa da, cavabdeh telefon zənglərinə cavab verməmişdir. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 34 manat dövlət rüsumu ödəmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6377/2015 nömrəli xx.xx.2015ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 2734 manat 59 qəpik məbləğində əsas borc, 555 manat 75 qəpik məbləğində faiz və 300 manat məbləğində cərimə, cəmi 3590 manat 34 qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. - "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış 166 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh zamin olduğu xx.xx.2013-cü il tarixində 3000 manat məbləğində **********01599501 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" QSC qarşısında öhdəliyi yoxdur. - 09A000025694 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 18 ay müddətinə aylıq 2.5% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Abuzər Əlizadənin icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6377/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 3590 manat 34 qəpik alınaraq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. - "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 0250 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh ilə "xxxx" QSC arasında müvafiq kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müştərinin "xxxx" QSC-nə olan borc öhdəliyinin yerinə yetirilməsində gecikmələrin yaranması ilə əlaqədar ona və zaminə kredit üzrə şərtlərlə bağlı güzəştlər təklif olunmuş, zamin İddiaçı təklif olunan güzəşt şərtləri ilə razılaşaraq xx.xx.2022-ci il tarixdə ödəniş terminalı vasitəsilə 1386 manat ödəniş etmişdir. Məktuba əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nə 1386 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 09A000025694 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən, bank tərəfindən məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6377/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 3590.34 manat məbləğində borcun tutularaq "xxxx" QSC-nə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı cavabdehin "xxxx" QSC-nə olan borcundan 1400 manat ödədiyini iddia edərək, həmin pulun reqres qaydada cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Lakin məhkəmə sorğusu əsasında "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 0250 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" QSC-nə olan borc öhdəliyindən İddiaçı xx.xx.2022-ci il tarixdə 1386 manat ödəmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1386 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun 33.86 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1386 manat məbləğində pul vəsaiti və 33.86 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2684/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2684/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver