Məhkəmə qərarları › İş №2(008)-2710/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2710/2020

28.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2710/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 Məmməd oğlu, X10, X5 və X11 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 Məmməd oğlu, X10, X5 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqları X6, X7, X15, X9, X3 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 11-dən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 11 №-li evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 11 №-li evin mülkiyyətçisidir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 Məmməd oğlu, X10, X5, X13 və onların yetkinlik yaşına çatmayan uşaqları X6, X7, X15, X9, X12 həmin ünvanda qeydiyyatdadırlar. Lakin buna baxmayaraq onlar həmin ünvanda formal olaraq qeydiyyatda qalmışlar. Onlar evdə yaşamırlar və orada heç bir əşyaları yoxdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildirişlər göndərilmiş, həmin bildirişlər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi «bu ünvanda qeydiyyatdadırlar, yaşamırlar» qeydi ilə məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 11 №-li evi (sonradan - mübahisəli ev) Cavabdeh1 satın almışdır (Bakı şəhəri 24 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li xx.xx.2018-cü il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi). Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixinədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mübahisəli ev İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 Məmməd oğlu, X10, X5 və X13 və onların yetkinlik yaşına çatmayan uşaqları X6, X7, X15, X9, X12 mübahisəli evdə qeydiyyatdadırlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 4 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2020-ci il tarixli arayış). Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli evi qanuni yollə əldə etmiş, lakin cavabdehlər ev üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, iddiaçı mübahisəli evə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırda iddiaçı cavabdehlərin mübahisəli evə istifadə hüquqlarına xitam verilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlər mübahisəli evdə qeydiyyatda olmasına baxmayaraq iddiaçının ailə üzvləri deyillər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının ailə üzvləri olmadığından, mübahisəli ev üzrə istifadə hüququnun yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından, həmçinin belə razılaşmanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onların həmin mənzilə istifadə hüququ yaranmamışdır. Göründüyü kimi, mübahisəli ev iddiaçının mülkiyyətindədir, cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalmaları yalnız formal xarakter daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 Məmməd oğlu, X10, X5 və X8 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 11 №-li evdən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 Məmməd oğlu, X10, X5 və X8 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 11 №-li evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar