Məhkəmə qərarları › İş №2(008)-2724/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2724/2021

01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2724/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “övladlığa götürmə” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “övladlığa götürmə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 onun tərəfindən övladlığa götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 347.1-c maddəsi ilə müəyyən olunmuş övladlığa götürmə barədə ərizəyə əlavə olunmalı sənədlərin siyahısına əməl edilmədiyindən Mülki Prosesual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosesual Məcəllə övladlığa götürmə barədə ərizələri məhkəməyə təqdim edilərkən həmin məcəllənin 149-cu maddəsi ilə yanaşı 347-ci maddəsində nəzərdə tutulmuş sənədlərin mövcudluğunuda məcburi hal kimi göstərərək konkret olaraq sadalamışdır. Mülki Prosesual Məcəllənin 347.1-ci maddsəinə əsasən Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır: 347.1.1. uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti; 347.1.2. uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə— övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti; 347.1.3. uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir; 347.1.4. övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; 347.1.5. övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd; 347.1.6. yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd; 347.1.7. müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizəyə Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2 razılığı, övladlığa götürənin səhhətinin vəziyyyəti barədə tibbi rəy, tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd, həmçinin yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı, ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “övladlığa götürmə” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar