Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2731/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X2 İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli ******* saylı aktın və həmin akt əsasında hesablanmış cərimənin ləğv edilməsi, yeni sayğaca qaz yükləmək üçün kartın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 972 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin oktyabr ayında Cavabdeh İB-nin əməkdaşları qaz sayğaclarını ailə üzvlərinə heç bir söz demədən və heç bir akt yazmadan götürüb getmişlər. Bir neçə gündən sonra təzə sayğac qoyulduğunu, lakin qazın gəlmədiyini görmüşdür. Cavabdeh İB-nə getmiş, orada ona iddia ərizəsinə əlavə olunan aktlardan birini vermişlər və Babək prospektindəki idarəyə gedib digər aktı ordan götürməsini bildirmişlər. Məhkəməyə ərizə yazmaq üçün aktları hüquqşünasa təqdim etdikdə ona məlum olmuşdur ki, ona şikayət ediləsi əsas xx.xx.2018-ci il tarixli ******* saylı aktı təqdim etməmişlər. Cavabdeh İB-nə getsə də həmin akt ona verilməmiş, buna görədə aktda göstərilən hesabat əsasında hesablanmış ziyanı da bilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda göstərilmişdir ki, abonent kodu **********00000 olan sayğacın plasmas borusu deşildiyindən sayğac yararsız hesab edilmiş, tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktda isə göstərilmişdir ki, guya sayğaca müdaxilə olunub və qaz itkisi yaranıb. Son nəticədə sadalananlar istehlakçının təqsiri hesab olunmuş və zərər hesablanmışdır. Həmin aktların tərtibindən məlumatı olmamış, onların nə vaxt tərtib olunduğunu bilməmişdir. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkəti və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, cərimə hesablanması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı 972 manat borc düzgün olaraq hesablanmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "Cavabdeh" İB-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli QSN-29/1710-02022/3-5 nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacı yararsız hesab edilmiş, yararsızlığın səbəbi kimi sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilmişdir. İş materiallarından görünür ki, "Cavabdeh" İB-nin əməkdaşları tərəfindən xx.xx.2018ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 9720 m3, dəyəri 972 manat hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 972 manat pulun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçı Cavabdeh cavabdeh İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 972 manat dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Cavabdehn tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 972 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehn tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 972 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2731/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2731/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver