Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2731/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1859-cu il təvəllüdlü X11 xx.xx.1921-ci il tarixdə yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsində vəfat etmiş, “Aqil Baba qəbristanlığı”nda dəfn edilmiş X11 ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ərizəçi 1859-cu il təvəllüdlü babası, X14 xx.xx.1921-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində vəfat etmiş və Maştağa qəsəbəsi, "Aqil Baba qəbristanlığı"nda dəfn edilmişdir. Qafqaz Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X15" məscidi və “Aqil Baba türbəsi"nin İmam və Axundu tərəfindən 05 fevral 2024-cü il tarixdə verilmiş Q/A 002 li arayışda göstərilir ki, Ərizəçi mərhum babası, X3 qəsəbəsində "Aqil Baba qəbristanlığı”nda dəfn edilmişdir. Ərizəçi babası, X11 Bakı şəhəri, Maştağa qəsəbəsində "Sallaqxana”sı və evi vardır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2018-ci il tarixli, H-14 nömrəli Arxiv Arayışında ərizəçi, Ərizəçi atası Həsənov Hacı-bala Hacı-Dadaş oğlunun 1921-ci ilin İİ yarımilliyində doğulması və atasının H.Dadaş Həsən oğlu, anasının isə Səriyyə Abasqulu qızı olması qeyd edilmişdir. Ərizəçi İ-ИЕ 300666 nömrəli doğum haqqında şəhadətnaməsində «atası» qrafasında Həsənov Hacı-bala Hacı-Dadaş oğlu, azərbaycanlı, «anası» qrafasında isə X6, azərbaycanlı qeyd edilmişdir. Ərizəçi babası, X8 miras qalmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən evi və X5 və Reystrində qeydiyyatdan keçirmək istəyir, lakin xx.xx.1921-ci il tarixdə vəfat etmiş babası, X11 ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən miras əmlaka dair vərəsəliyi ala bilmir. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası, Həsənov Hacı-bala Hacı-Dadaş oğlu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X11 «ölüm haqqında şəhadətnamə»sini almaq üçün xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə ərizə ilə müraciət edilmiş və Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-141/24 nömrəli cavab məktubu ilə "1859-cu il təvəllüdlü X11 xx.xx.1921-ci il tarixdə vəfat etməsi ilə əlaqədar «ölüm haqqında şəhadətnamə»sinin" verilməsi üçün təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydiyyata alınması ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunub. Məhkəmə iclasında iştirak Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 141/24 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 X7”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 12 mart 2018-ci il tarixli, 71-14 nömrəli arxiv arayışında Ərizəçi 02 mart 2018-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitablarında 1921-ci ilin İİ yarımilliyində doğulan Həsənov Hacıbala (sənəddə olduğu kimi) H.Dadaş (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: (soyadı qeyd olunmayıb) H.Dadaş (sənəddə olduğu kimi) Həsən oğlu; Anası (soyadı qeyd olunmayıb) Səriyyə (sənəddə olduğu kimi) Abasqulu qızı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 11 may 2023-cü il tarixli, 3-48-TA/2-H-00313/2023 nömrəli arxiv arayışında Ərizəçi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş 3-48-TA/1-H-***195/2023 saylı, xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı quberniya idarəsi” fondunun 1905-ci ilə dair "Sallaqxananın tikilməsi barədə" sənədlərindən məlum olur ki, 16 avqust 1905-ci il tarixli qərara əsasən X11 adına Maştağa kəndində sallaqxananın inşa edilməsinə icazə verilmişdir. Həmçinin “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun Bakı vergi idarəsinin Maştağa kənd sakinlərindən 1910-cu ilə dair vergi yığımı sənədlərində Maştağa kənd icmasının kənd sakinlərindən töycü vergisi, torpaq rüsumu və hərbi vergi tutulması barədə 30 iyun 1911-ci ilə dair qərarından məlum olur ki, X11 Maştağa kəndində evi olmuşdur. İş materiallarında olan Qafqaz Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X15" məscidi tərəfindən 05 fevral 2024-cü il tarixdə verilmiş Q/A/N002 nömrəli arayışdan görünür ki, arayış verilir Ərizəçi ki, təqdim etdiyi foto-şəkillərə əsasən X4 aid məzar daşı Sabunçu rayon Maştağa qəsəbəsi Aqilbaba qəbristanlığında dəfn edilmişdir. İş materiallarına X2 qəbir daşının foto-şəkili də əlavə olunmuşdur. İş materiallarında olan Ərizəçi İ-ИЕ 300666 nömrəli doğum haqqında şəhadətnaməsində «atası» qrafasında Həsənov Hacı-bala Hacı-Dadaş oğlu, azərbaycanlı, «anası» qrafasında isə X6, azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası, Həsənov Hacı-bala Hacı-Dadaş oğlu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1859-cu il tarixdə doğulmuş X11 xx.xx.1921-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2731/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2731/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver