Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2744/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Vagif oğluna qarşı tikililərin sökülməsi, torpaqğın boşaldılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Vagif oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edirək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Ləəc" (Ləhic) bağlarında yerləşən 4216 №-li 1200 kv metr bağ sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülərək, torpaq sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Ləəc" (Ləhic) bağ sahələrində yerləşən 4216 №-li 1200 kv metr torpaq sahəsi Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli №36/11 №-li Sərəncamı ilə İddiaçı fərdi bağ evinin tikintisi üçün istifadəsinə verilmişdir. Həmçinin qeyd olunan torpaq sahəsinə görə iddiaçı vergi ödəyicisi kimi uçota alınmışdır və ona xx.xx.2019-cu il tarixli 5697 №-li Şəhadətnamə verilmişdir. Bir müddət öncə iddiaçı onun sahibliyi və istifadəsində olan torpaq sahəsini özəlləşdirmək istəyərkən ona məlum olmuşdur ki, torpaq sahəsində qanunsuz tikili inşa edilmiş və faktiki olaraq torpaq sahəsinin yarısından çox hissəsi zəbt edilmişdir. Təbii ki, mübahisə olduğu halda daşınmaz əmlak reyestrinin mütəxəssisləri ölçü işləri aparmırlar və plan-cizgi verməkdən imtina edirlər. Tərəfindən Sabunçu RPİ-nə müraciət edilərək, torpaq sahəsinin kim tərəfindən zəbt olunmasına dair məlumat öyrənilmiş, sahə müvəkkilinin verdiyi cavabdan aydın olur ki, torpaq sahəsini faktiki zəbt edərək, oarada özbaşına tikili inşa edən Cavabdeh və onun hazırda vəfat etmiş atası X2 olmuşdur. Cavabdehin atası ilə iddiaçı tanış olmuşlar, hazırda cavabdeh bildirir ki, güya bağ sahəsi onun atasından qalmışdır, lakin bu uydurma iddiadır. Mübahisəli torpaq sahəsində tikilmiş özbaşına fərdi yaşayış sahəsini kirayə verirlər. Orada kənar tikilinin olması səbəbindən iddiaçı hazırda həmin torpağı öz adına özəlləşdirə bilmir, bununla da gözlənilən mülkiyyət hüquqları pozulur. Cavabdeh Vagif oğlunun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. Tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Maştağa qəsəbəsi. “Ləəç” bağ massivi, sahə 4216-da 1200 kv.m torpaq sahəsinin dövlət mülkiyyətində, xüsusi mülkiyyətdə və ya bələdiyyənin mülkiyyətində olub-olmaması barədə məlumatın əldə edilməsi ilə bağlı sorğu edilmişdir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivi ünvanında yerləşən “4216” saylı torpaq sahəsinin mülkiyyəti barədə məlumatların göndərilməsi ilə bağlı ********** №-li, xx.xx.2023-cü il tarixli müıaciətinizə baxılmışdır. Qeyd olunan torpaq sahəsi Ləhiş bağ massivində yerləşməklə Dövlət mülkiyyəti torpağıdır. Həmçinin **********0071 reyestr nömrəli ləğv edilmiş X3 Komitəsi tərəfindən verilmiş kadastr planının baza məlumatı mövcuddur. Burdan belə bir nəticəyə gəlmək olar ki, həmin torpaq sahəsi heç bələdiyyənin mülkiyyətində olmamışdır. Bu səbəbdən iddia rədd olunmalıdır. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil ərizə verərək işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə mahiyyəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Vagif oğlunun nümayəndəsi (vəkili) Vəkil etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixlli 36/11 №-li Sərəncamı (qərarı) təqdim edilmişdir. Həmin qərara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Ləəc" bağ sahələrində yerləşən 4216 №-li 1200 kv metr torpaq sahəsinin İddiaçı fərdi bağ evinin tikintisi üçün ayrılmasının məqsədəuyğun sayılması, şəhadətnamənin alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə İdarəsinə müraciət etməsi qərara alınmışdır. İddiaçı tərəfindən eyni tarixli, eyni məzmunlu, eyni nömrəli Maştağa Bələdiyyəsinin «Sərəncam» adlanan sənədi təqdim edilmişdir. İddiaçı Maştağa Bələdiyyəsində xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin vergi ödəyicisi kimi uçota alınmışdır. Maştağa Bələdiyyəsi tərəfindən İddiaçı istifadəsində olan 1200 kv metr torpaq sahəsinin cizgi plan sxemi tərtib edilmiş, həmin sxemdən 44 metr uzunluğu, 27 metr eni olan bir dörbucaq göstərilmiş, torpaq sahəsinin yerləşmə yeri, koordinatları qeyd edilməmişdir. 1 saylı Bakı Ərazi idarəsi tərəfindən cavabdehin vəkilinə ünvanlanmış xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi Ləhiş bağ massivində yerləşməklə Dövlət mülkiyyəti torpağıdır. Həmçinin **********0071 reyestr nömrəli ləğv edilmiş X3 Komitəsi tərəfindən verilmiş kadastr planının baza məlumatı mövcuddur. Bu əsasdan məhkəmə tərəfindən 1 saylı Bakı Ərazi idarəsinə sorğu göndərilərək **********0071 reyestr nömrəli kadastr planı istənilmişdir. Lakin, göndərilən sənədlərdən müəyyən olunmuşdur ki, həmin kadastr planı 4216 deyil, 4216a bağ sahəsinə aiddir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin arayışından görünür ki, cavabdeh Sabunçu rayonu, Nardaran, Ləhic bağları, ev 0005, mənzil 8569 üzrə "xxxx" ASC-də abonent kimi qeydiyyata alınmışdır. İddia ərizəsinə əsasən hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və orada tikili inşa edilmişdir. Hazırda iddiaçı bağ sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin söküləməsi, torpaq sahəsinin ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə olan hüququnu təsdiq edən sənədlər mövcud deyil. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətidədir, yəni Sabunçu Bələdiyyəsi öz mülkiyyətində olmayan torpaq sahəsinə dair sərəncam verə bilməzdi. Bundan başqa, iddiaçıya Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin koordinatları mövcudl olmadığından, məhkəmə həmin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi olub-olmadığını müəyyən etmək iqtidarında olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüququnu sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2744/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2744/2024
20.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver